Mövzu: 21 Nitqin üslubları



Yüklə 58,64 Kb.
səhifə20/23
tarix15.04.2022
ölçüsü58,64 Kb.
#85466
növüYazı
1   ...   15   16   17   18   19   20   21   22   23
Mövzu -21 1

Adi üslubda. “Dağın ətəyində bir yer. Çoban ney çalır. Meşə yuxudan oyanır. Günəş çıxır. Şeh quruyur. Qoyunlar mələşir, quzulara qarışır,ana qoyunlar öz balalarını tumarlayır. Quzular analarını əmirlər. Sürü yavaş-yavaş dağın ətək-lərinə yayılır. Bizim maşınımız yola düşür. Maşın bizi mənzərədən uzaqlaşdırır”.
Bədii üslubda. “Sıldırım qayalı, başı qarlı, ətəkləri yaşıl çəmənli dağın yaxınlığında bir yer. Səhərin şirin yuxusundan yenicə oyanmış çoban ətrafa züm-zümə salan ney çalırdı. Gecənin dəhşətli qaranlığında yorğun adamlar kimi ağır yatmış meşə öz şirin yuxusundan yavaş-yavaş oyanırdı. Utancaq şərqli qızlarına məxsus bir əda ilə gizlənqaç oynayırmış kimi görünüb batan günəş sıldırım qayaların arxasından nəhəng yanar kürə kimi çıxırdı. Günəşin göz qamaşdıran şüaları altında inci dənələri kimi parlayan yaşıl yarpaqları və çiçəkləri bahar nuru ilə çimdirən səhər mehi körpə uşağın üzünə çilənmiş ana südü kimi izsiz, ləkəsiz quruyurdu. Köpüklənən dağ çayı kimi yaşıl yamaca yayılan qoyunlar ətrafdakı sükutu pozaraq mələşir, səbirsizliklə ana qoynuna sığınmaq üçün can atan quzulara qarışır. Anaş-anaş qoyunlar balalarını sinələrinin altına alaraq elə bil ki, onları tumarlayırdı. Dəcəl, çevik quzular isə ana südünə həsrət uşaqlar kimi acgözlüklə öz analarını əmirdilər. Sürü insan gözünün güclə seçə biləcəyi bir sürətlə dağın ətəklərinə yayılırdı. Bizim içi müxtəlif eksponatlarla dolu maşınımız yola düşür. Əyri-üyrü yollarla al-əlvan çiçəklərlə bəzənmiş qarşıdakı böyük düzə çıxır, təbiətin insana bəxş etdiyi bu gözəl mənzərədən bizi uzaqlaşdırırdı”.
Bədii dil iki üsluba bölünür: nəzm və nəsr üslubu. Nəzm üslubunda müəyyən ölçülər: söz və ifadələrin heca tərkibi, bölgü, qafiyə, ritm, sətirdəki sözlərin mütənasib şəkildə növbələnməsi və s. gözlənilir. Daha çox yığcam, mənalı, təsirli, ahəngdar, müsiqili söz və ifadələr işlədilir. Nəsr üslubunda yazılan əsərlərin (hekayə, oçerk, roman və s.) dili sərbəstdir. Oradakı sətirlərin həcmi və ya xüsusiyyətləri barədə şərtlər qoyulmur. Nəsr üslubunda şeir dilinə nisbətən həqiqi və müstəqim mənalı sözlərə daha çox üstünlük verilir.

Yüklə 58,64 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   23




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə