Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   19   20   21   22   23   24   25   26   ...   84

46 
 
2)  payız sessiyası - sentyabrın 30-dan dekabrın 30-dək davam edir. 
Növbədənkənar  sessiyaları  isə  Milli  Məclisin  sədri  Azərbaycan  Respublikası 
Prezidentinin  və  ya  Milli  Məclisin  42  deputatının  tələbi  əsasında  çağırır.  Əgər  bu  sessiyalar 
deputatların tətil dövründə cağırılarsa, bu zaman tətil dayandırılır və deputatlar məzuniyyətdən 
geri  çağırılır.  Növbəti  və  növbədənkənar  sessiyalar  dövründə  Milli  Məclis  iclaslar  keçirir. 
Növbəti çağırışın I iclasını ən qocaman deputat açır, seçilmiş deputatların siyahısını oxuyur. O, 
sədr  seçilənədək  I  iclası  aparır.  I  iclasda  hesablayıcı  komissiya,  sonra  isə  sədr  seçilir  və 
bununla  da  I  iclas  işini  bitirir.  Sədrin  seçilməsi  üçün  onun  63  deputatın  səsini  alması  tələb 
olunur. 
Daxili nizamnaməyə görə Milli Məclisin iclasları ayda 2 dəfədən az olmayaraq keçirilir. 
İclasların günü və saatını Milli Məclisin sədri təyin edir. Əgər 83 deputat iclasda iştirak edirsə, 
iclas  səlahiyyətli  hesab  olunur.  Milli  Məclisin  iclasları  açıq,  aşkarlıq  şəraitində  keçirilir  və 
kütləvi  informasiya  vasitələri  ilə  işıqlandırılır.  İclaslar  qapalı  keçirilə  bilər.  Bu  haqda  qərar 
qəbul  olunmalıdır.  Bunun  üçün  deputatların  sadə  səs  çoxluğu  tələb  olunur.  Milli  Məclisin 
iclaslarında  Respublika  Prezidenti,  kütləvi  informasiya  vasitələrinin  nümayəndələri  və  sədrin 
dəvətilə başqa şəxslər iştirak edə bilər. Milli Məclisin iclasları protokollaşdırılır və stenoqrama 
alınır.  İclasın  protokolunu  sədr  imzalayır.  Açıq  iclasların  stenoqramları  dərc  olunur.  Amma 
qapalı iclas  stenoqramı  dərc  oluna  bilməz.  Stenoqram  dərc  olunanadək  deputat  öz  çıxışının 
mətni ilə tanış ola bilər. Bununla əlaqədar mübahisə yaranarsa, məsələni intizam komissiyası 
həll  edir.  Milli  Məclisin  iclaslarında  çıxışların  vaxtı  və  ardıcıllığı  onun  daxili  nizamnaməsi  ilə 
müəyyən  olunur.  İclaslarda  deputatların  iştirakı  məcburidir.  Əgər  deputat  üzrlü  səbəbdən 
iclasda  iştirak  etmirsə,  əvvəlcədən  Milli  Məclisin  katibliyinə  məlumat  verməlidir.  Daxili 
nizamnaməyə görə Milli Məclisin iclaslarını sədr aparır. 
Daxili  Nizamnamədə  Milli  Məclisin  orqanları  kimi  Milli  Məclisin  daimi  komissiyalarının, 
hesablama palatası, hesablayıcı komissiya və intizam komissiyasını adı çəkilir. 
Hesablama  palatası  -  Milli  Məclisə  hesabat  verən,  daimi  fəaliyyət  göstərən  dövlət 
büdcə  nəzarəti  orqanıdır.  Bu  orqan  sədr,  sədr  müavini  və  7  auditordan ibarətdir.  Onlar  Milli 
Məclis tərəfindən təyin olunurlar. 
Hesablayıcı  komissiya  -  elektron  sistemindən  istifadə  etmədən  açıq  və  gizli 
səsvermələri keçirmək və onların nəticələrini müəyyən etmək məqsədilə yalnız Milli Məclisin 
iclaslarında  fəaliyyət  göstərir.  Bu  orqan  bir  il  müddətinə  7  üzvdən  ibarət  tərkibdə  seçilir. 
Hesablayıcı  komissiyanın  iclası  onun  azı  4  üzvü  iştirak  etdikdə  səlahiyyətli  hesab  olunur. 
Hesablayıcı komissiyanın bütün qərarları onun üzvlərinin sadə səs çoxluğu ilə qəbul edilir. 
İntizam  komissiyası  -  deputatların  parlamentdaxili  məsuliyyətə  cəlbetmə  işlərinə, 
deputat  toxunulmazlığına  xitam  verilməsi  və  səlahiyyətlərinin  itirilməsi  işlərinə  baxır  və  həll 
edir. Bu komissiya 7 üzvdən ibarət tərkibdə bir il müddətinə seçilir. 


47 
 
Parlament Konstitusiya və Azərbaycan Respublikası Milli Məclisinin Daxili Nizamnaməsi 
əsasında  fəaliyyət  göstərir.  Milli  Məclisin  Daxili  Nizamnaməsi  17  may  1996-cı  il  tarixli 
Azərbaycan  Respublikası  qanunu  ilə  təsdiq  edilib.  Bu  nizamnamə  4  fəsil  və  53  maddədən 
ibarətdir: 

fəsil - Azərbaycan Respublikası Milli Məclisinin fəaliyyətinin ümumi qaydaları. 
II 
fəsil - Milli Məclisin orqanları. 
III  fəsil - Milli Məclis deputatının parlamentdaxili məsuliyyəti. 
IV  fəsil - Keçid və yekun müddəaları.  
Nizamnamənin 50-ci maddəsində göstərilir: 
Milli Məclisin Daxili Nizamnaməsi Milli Məclis tərəfindən qanunla təsdiq edildikdən və 
Prezident  tərəfindən  imzalandıqdan  sonra  dərc  olunduğu  gündən  qüvvəyə  minir. 
Nizamnamədə  dəyişikliklər  Azərbaycan  Respublikası  qanunları  üçün  nəzərdə  tutulmuş 
qaydada  edilir.  Milli  Məclisin  deputatları  Daxili  Nizamnaməyə  riayət  etməlidir.  Bu  işə  Milli 
Məclisin rəhbərliyi nəzarət edir. 
Milli Məclis öz səlahiyyət müddətində daimi və başqa komissiyalarını yaradır. 
Milli  Məclisin  hər  cağırışının  I  sessiyasında  daimi  komissiyaları  yaradılır.  Daimi 
komissiyalar «Daimi komissiyalar haqqında» Qanun əsasında fəaliyyət göstərirlər. 
Onların fəaliyyəti aşağıdakı prinsiplərə əsaslanır: 

siyasi plüralizm; 

fikir plüralizmi; 

aşkarlıq; 

məsələlərin sərbəst müzakirəsi. 
Daimi  Komissiyaların  say  tərkibi  Milli  Məclis  tərəfindən  müəyyən  olunur,  azı  5,  çoxu 
20  deputatdan  ibarət  olmalıdır.  15  üzvdən  çox  tərkibə  malik  daimi  komissiya  köməkçi 
komissiya  yarada  bilər.  Hər  bir  deputat  daimi  komissiyalardan  birinin  üzvü  olmalıdır.  Daimi 
komissiyanın  sədri,  müavini  və  üzvləri  azı  63  deputatın  səs  çoxluğu  ilə  seçilirlər.  Daxili 
Nizamnaməyə  görə  deputat  heç  bir  daimi  komissiyanın  üzvlüyünə  daxil  olmursa,  Milli 
Məclisin sədri sərəncamla həmin deputatı daimi komissiyaların birinə daxil edir. 
Daimi  komissiyalar  iclaslar  keçirir.  Əgər  komissiyanın  üzvlərinin  yarısı  iştirak  edirsə, 
iclas  səlahiyyətli  hesab  olunur.  İclası  daimi  komissiyanın  sədri,  o,  olmadıqda  və  ya  onun 
tapşırığı ilə müavin aparır. Milli Məclisin sədrinin tələbi ilə Milli Məclisin daimi komissiyasının 
növbədənkənar iclası çağırılır. İclas haqqında komissiya üzvü, iclas gününə azı 2 gün qalmış 
xəbərdar  edilməlidir.  Komissiya  üzvlərinin  daimi  komissiyanın  iclasında  iştirakı  məcburidir. 
Amma üzrlü səbəbdən icazə almaq şərtilə iştirak etməmək olar. 
Nizamnaməyə  görə  2  və  ya  daha  çox  komissiya  birgə  iclas  keçirə  bilər.  Daimi 
komissiyaların  fəaliyyət  forması  qərar  və  rəydir.  Azərbaycan  Respublikasının  Milli  Məclisi 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə