Mövzu hüququn əsas anlayişi və kateqoriyalari



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə51/84
tarix20.09.2017
ölçüsü5,01 Kb.
#738
1   ...   47   48   49   50   51   52   53   54   ...   84

109 
 
Vətəndaşların  mülkiyyət  hüququnun  obyektlərindən,  əsasən  istehlak 
təyinatı  üzrə  istifadə  olunduğu  dövrlərdə,  mülkiyyət  hüququnun  həyata 
keçirilməsində ön plana mülkiyyətçinin sahiblik və istifadə səlahiyyətləri çəkilirdi. 
Mülkiyyətçi  sərəncam  hüququnun  həyata  keçirilməsinə  çox  nadir  hallarda 
müraciət  edirdi.  Lakin  sonralar  bazar  iqtisadiyyatına  keçidlə  əlaqədar 
mülkiyyətçinin  bu  vəziyyətində  köklü  dəyişikliklər  baş  verdi  və  o,  sərəncam 
səlahiyyətlərindən  daha  çox  istifadə  etməyə  başladı.  Belə  ki,  çox  vaxt  məhsul 
istehsalı və ya onun əldə edilməsi gəlir əldə etmək məqsədilə bazarda satılmaq 
üçün  nəzərdə  tutulur.  Mülkiyyət  hüququnun  obyektlərinin  dövriyyə  qabiliyyəti 
bazar iqtisadiyyatına uyğun olaraq daim yüksəlmiş olur. 
Mülki  qanunvericilik  xüsusi  mülkiyyət  hüququnun  obyektləri  üçün  ümumi 
və  xüsusi rejim müəyyən  etmişdir. Əgər qanunda və  ya digər normativ aktlarda 
vətəndaşların  xüsusi  mülkiyyətində  olan  obyektlər  üçün  xüsusi  rejim  nəzərdə 
tutulmamışdırsa, belə obyektlər ümumi rejim altına düşmüş olur. 
Hər  şeydən  əvvəl  daşınmaz  əmlak  xüsusi  rejimdə  olan  əmlakdır  (torpaq 
sahələri,  yaşayış  evləri,  çoxillik  əkmələr  və  s.).  Göstərilən  əmlaka  əşya 
hüquqları,  habelə  onlar  üzərində  bağlanan  əqdlər  dövlət  qeydiyyatından 
keçməlidir. 
Torpaq sahələrinin əldə edilməsi üçün də xüsusi qaydalar nəzərdə tutulur. 
Məsələn,  torpaq  sahəsinin  alınması  üçün  onun  ayrılması  qeydiyyatdan  keçir. 
Həmin torpaqda ev tikmək üçün torpağın ayrılması və qeydiyyata alınmasından 
başqa, evin tikilməsi üçün layihənin təsdiqi, evin tikintisinə razılığın alınması, bir 
sıra  yerquruluşu  qaydalarına,  sanitar,  ekoloji  qaydalara  və  normalara  əməl 
olunması  tələb  olunur.  Qanunla  müəyyən  olunmuş  qaydada  daşınmaz  əmlak 
əldə edəndən sonra mülkiyyətçi bir sıra mükəlləfiyyətlər yerinə yetirməli olur. 
Onlardan  biri  əmlaka  görə  vergidir.  Xüsusi  hüquqi  rejim  daşınmaz  hesab 
olunmayan  əmlaka  da  aid  oluna  bilər.  Nəqliyyat  vasitələri,  odlu  silah  əldəetmə 
və  s.  obyektlər  belə  xüsusi  rejimdə  ola  bilər.  Xüsusi  rejim  belə  obyektlərin 
qeydiyyatı və saxlanması, təhlükəsizlik qaydalarının gözlənilməsində və s. ifadə 
olunur. 
Bələdiyyə  mülkiyyət  hüququ.  Mülkiyyət  forması  kimi  bələdiyyə 
mülkiyyətinin 
dövlət 
mülkiyyətindən 
ayrılması 
ilk 
dəfə 
«Azərbaycan 
Respublikasında  mülkiyyət  haqqında»  Qanunla  müəyyən  olunmuşdur.  Sonralar 
Azərbaycan  Respublikasının  yeni  Konstitusiyasında  (13-cü  maddə)  mülkiyyət 
növü kimi bələdiyyə mülkiyyəti təsbit olunmuşdur. 
Bələdiyyə 
mülkiyyətinin 
formalaşmasında 
yuxarıda 
göstərilən 
qanunvericilik aktlarından başqa «Bələdiyyələrin statusu haqqında» 2 iyul 1999-
cu  il  tarixli  respublika  Qanunu,  «Bələdiyyə  mülkiyyətinə  əmlakın  verilməsi 
haqqında»,  «Bələdiyyələrin  əraziləri  və  torpaqları  haqqında»,  «Bələdiyyələrin 
maliyyəsinin əsasları haqqında» 7 dekabr 1999-cu il respublika qanunları, «Yerli 
(bələdiyyə)  vergilər  və  ödənişlər  haqqında»,  27  dekabr  2001-ci  il  respublika 
Qanunu  və  s.  qanunlar,  o  cümlədən  Azərbaycan  Respublikası  Mülki  Məcəlləsi 
mühüm rol oynamışdır. 
Mülki  Məcəllənin  156.1-ci  maddəsinə  əsasən,  bələdiyyələrə  mülkiyyət 
hüququ ilə mənsub olan əmlak onların mülkiyyətidir. 
Bələdiyyə əmlakının yaranması mənbələri aşağıdakılardır: 
-  qanunvericiliyə  uyğun  olaraq  bələdiyyələrin  mülkiyyətinə  verilən  dövlət 
əmlakı; 
-  bələdiyyələrin fəaliyyəti nəticəsində əldə olunan və yaradılan əmlak; 
-  fiziki  və  hüquqi  şəxslərin,  beynəlxalq  təşkilatların  və  fondların 
bələdiyyələrə könüllü maddi yardım şəklində verilən əmlak; 
-  varisi  olmayan  əmlakın  bələdiyyələrə  keçməsi  yolu  ilə  əldə  olunan 


110 
 
əmlak; 
-  bələdiyyələrə vəsiyyət edilən əmlak; 
-  qanunvericilikdə nəzərdə tutulan digər hallarda əldə olunan əmlak. 
Bələdiyyələr öz əmlakına dair mülkiyyətçi hüququna malikdir, yəni sərbəst 
olaraq əmlakına sahiblik edir, ondan istifadə edir və ona sərəncam verir. 
Bələdiyyələr  haqqında  respublika  qanunvericiliyinə  müvafiq  olaraq 
bələdiyyə mülkiyyətinin tərkibinə yerli vergilər və ödənişlər hesabına formalaşan 
yerli  büdcənin  vəsaiti,  bələdiyyənin  büdcədənkənar  fondları,  bələdiyyə  əmlakı, 
habelə  bələdiyyə  torpaqları,  bələdiyyə  müəssisələri  və  təşkilatları,  bələdiyyə 
mənzil fondları və qeyri-yaşayış binaları,  dövlət və  xüsusi mülkiyyətdə olmayan 
yollar,  bələdiyyə,  təhsil,  səhiyyə,  mədəniyyət  və  idman  müəssisələri,  digər 
daşınar və daşınmaz əmlak daxildir. 
Bələdiyyələr,  bələdiyyə  mülkiyyətini  idarə  edirlər.  Bələdiyyə  mülkiyyətinin 
tərkibinə  daxil  olan  əmlak  barəsində  mülkiyyət  hüququnu  bələdiyyələr, 
Azərbaycan  Respublikasının  qanunları  ilə  nəzərdə  tutulmuş  hallarda  isə 
bilavasitə əhali həyata keçirir. 
Qanunvericiliyə  əsasən,  bələdiyyələr,  bələdiyyə  mülkiyyəti  obyektlərini 
fiziki və hüquqi şəxslərin müvəqqəti və ya daimi istifadəsinə, icarəsinə verə bilər, 
qanunla  müəyyənləşdirilmiş  qaydada  özgəninkiləşdirə  bilər,  habelə  bələdiyyə 
mülkiyyətində olan əmlak barəsində başqa əqdlər bağlaya bilər, özəlləşdirilən və 
ya  istifadəyə  verilən  obyektlərdən  istifadə  şərtlərini  müqavilə  və  sazişlərlə 
müəyyənləşdirə bilərlər. 
Bələdiyyə  mülkiyyətinin  özəlləşdirilməsi  qaydasını  və  şərtlərini  əhali 
bilavasitə  və  ya  bələdiyyə  müstəqil  surətdə  müəyyənləşdirir.  Bələdiyyə 
mülkiyyəti  obyektlərinin  özəlləşdirilməsindən  daxil  olan vəsaitlər bütünlüklə  yerli 
büdcəyə daxil olur. 
Yerli büdcə bələdiyyə statusuna uyğun olaraq özünüidarəetmə prinsiplərini 
reallaşdırmaq,  Azərbaycan  Respublikasının  Konstitusiyası  və  qanunları  ilə 
müəyyənləşdirilmiş  bələdiyyə  səlahiyyətlərini  həyata  keçirmək  üçün  formalaşan 
və istifadə olunan maliyyə  vəsaitidir. Yerli büdcə  bələdiyyə  büdcəsi olub, dövlət 
büdcəsinin tərkib hissəsi deyil. 
Yerli büdcənin gəlirlərinə fiziki şəxslərdən alınan torpaq və əmlak vergiləri; 
yerli  əhəmiyyətli  tikinti  materialları  üzrə  mədən  vergisi;  bələdiyyə  mülkiyyətində 
olan  müəssisə  və  təşkilatlardan  mənfəət  vergisi;  bələdiyyə  mülkiyyətində  olan 
torpaqlarda, binalarda və digər obyektlərdə yerləşdirilən küçə reklamlarına görə 
ödəniş; kurort rüsumu, mehmanxana rüsumu, avtomobillərin dayanacaqları üçün 
rüsum  və  qanunla  müəyyən  edilən  digər  yerli  vergi  və  ödənişlər;  Azərbaycan 
Respublikasının  dövlət  büdcəsindən  verilən  dotasiya  və  subvensiyalar; 
bələdiyyə  əmlakının  özəlləşdirilməsindən  və  icarəyə  verilməsindən  gəlirlər, 
lotereyalardan daxil olan vəsait, habelə bələdiyyələrin fəaliyyətindən əldə edilən 
digər  gəlirlər;  fiziki  və  hüquqi  şəxslərin,  beynəlxalq  təşkilatların  və  fondların 
maliyyə  yardımları  və  qrantları;  dövlət  əhəmiyyətli  tədbirlərin  və  dövlət 
orqanlarının  qərarları  nəticəsində  yaranan  xərclərin  ödənilməsi  üçün  maliyyə 
vəsaitləri və s. aid edilir. 
Bələdiyyə  mülkiyyətinin  mühüm  bir  hissəsini  bələdiyyə  torpaqları  təşkil 
edir. Müvafiq inzibati ərazi daxilində qanunvericiliklə müəyyən olunmuş qaydada 
dövlət  mülkiyyətində  saxlanılmış  və  xüsusi  mülkiyyətə  verilmiş  torpaqlar 
sıxılmaqla qalan torpaqlar  bələdiyyə torpaqlarıdır.  İstifadə  xüsusiyyətlərinə görə 
bələdiyyə  torpaqları  Azərbaycan  Respublikasının  qanunvericiliyi  ilə  müəyyən 
edilmiş  ümumi  istifadədə  olan  torpaqlara,  hüquqi  və  fiziki  şəxslərin  qanuni 
istifadəsində  və  icarəsində  olan  torpaqlara,  habelə  ehtiyat  fondu  torpaqlarına 
bölünür. 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   47   48   49   50   51   52   53   54   ...   84




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə