İstehlakçının statusu və rolu. İstehlakçının rolu fərdi əhatə edən insanların rəyinə görə onun yerinə yetirməli olduğu hərəkətlərin və ya fəaliyyətlərin məjmusudur. Status dedikdə isə həmin rolun jəmiyyət (ailə, sosial sinif, referent qrup və s.) tərəfindən dəyərləndirilməsi başa düşülür. Hər bir fərd jəmiyyətdəki roluna və statusuna uyğun məhsul almağa üstünlük verir.
Demoqrafik amillər. Demoqrafik amillər ölkə əhalisinin tərkibində baş verən dəyişiklikləri xarakterizə edir. Bura əhalinin təbii artımı və ya azalması; əhalinin yaş strukturu; ailələrin sayı; ailədə uşaqların sayı; yeni evlənənlərin sayı; əhalinin miqrasiyası; əhalinin ümumi təhsil səviyyəsinin dəyişməsi və digər demoqrafik amillər aiddir. Bu amillərin hər bir müəssisənin marketinq fəaliyyətinə müxtəlif istiqamətlərdə və müxtəlif jür təsir edir. Məsələn, əhalinin artımının yüksək olması ərzaq məhsullarına olan tələbatın həjminə təsir edirsə, ailələrin sayı ailənin kollektiv istifadə etdiyi məhsulların satışının həjminə təsir edir. Körpələrin sayının artması uşaq yeməklərinə olan tələbatın həjminin artmasına səbəb olur və s.
Dostları ilə paylaş: |