Müasir diplomatiya imtahan cavabları “Diplomatiya” anlayışı, mahiyyəti


Axşam qəbulları və onların keçirilməsi qaydası



Yüklə 81,96 Kb.
səhifə39/72
tarix11.01.2022
ölçüsü81,96 Kb.
#82807
1   ...   35   36   37   38   39   40   41   42   ...   72
MUASIR DIPLOMATIYA CAVAB 2021

Axşam qəbulları və onların keçirilməsi qaydası

Axşam qəbulları gündüz qəbullarına nisbətən daha sanballı, təntənəli hesab edilir. Axşam qəbulları: kokteyl, a lya furşet, nahar, şam yeməyi, nahar-bufet, çay. Kokteyl 17-18.00 radələrində başlayır və saat-yarımiki saat davam edir. Bu tədbir təşrifat xarakteri daşıyır və hansısa hadisəni qeyd etmək və ya kimisə təbrik etmək üçün təşkil edilir. Məsələn, bu cür qəbulu etimadnamənin verilməsi, müqavilənin imzalanması və ya nümayəndə heyətinin gəlişi ilə bağlı keçirmək olar. Kokteyllərdə ofisiantlar alkoqollu (adətən şampan) və alkoqolsuz içkiləri və kanape şəklində qəlyanaltılar paylayırlar. Hərdən isti yeməklər verilir və ofisiantların içkilər təqdim etdiyi bufetlər təşkil edilir.

Nahar diplomatik praktikada ən şərəfli, hörmətli qəbul növlərindən biri hesab edilir. O, bir qayda olaraq, 20 yaxud 21.00 radələrində başlayır. Menyu milli ənənələri nəzərə almaqla tərtib olunur və iki-üç soyuq qəlyanaltı, birinci yemək, isti balıq və isti ət yeməklərini, desert, menyuya müvafiq quru üzüm şərablarını ehtiva edir. Qəbul aşağısı iki-üç saat, onlardan bir saat bilavasitə masa arxasında davam edir. Sonra qonaq otağında qəhvə və çay verilir və bu zaman qonaqlar söhbətlərini davam etdirirlər. Hərdən qəhvə və çay masa arxasında da verilir. Bir qayda olaraq, nahara dəvətdə geyim forması göstərilir. Şam yeməyi nahardan az fərqlənən, ən hörmətli qəbul növlərindən biridir. Xüsusən təntənəli hallarda ölkədə dövlət başçısının olması ilə əlaqədar dalbadal iki qəbul təşkil edilir: nahardan dərhal sonra ali qonaqların iştirakı ilə daha geniş iştirakçılar dairəsi üçün kokteyl yaxud furşet keçirilir.


  1. Yüklə 81,96 Kb.

    Dostları ilə paylaş:
1   ...   35   36   37   38   39   40   41   42   ...   72




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə