Müasir tarixin (1918-1945-ci illər) mövzusunu Avropa və Amerika ölkə



Yüklə 5,01 Kb.
Pdf görüntüsü
səhifə23/33
tarix16.11.2017
ölçüsü5,01 Kb.
#10451
1   ...   19   20   21   22   23   24   25   26   ...   33

69 
 
sətində  Hitler  Almaniyasına  rəğbət  geniş  yayılmışdı.Bolqarıstan  bazarlarında 
alman kapitalı hökmranlıq edirdi. 
  Rumıniya 1918-1939-cu illərdə Birinci dünya müharibəsindən 
  
 
sonra Rumıniyanın iqtisadi və siyasi vəziyyəti 
 
1916-cı ilin avqustunda Rumıniya Antanta tərəfində müharibəyə daxil olur. 
1918-ci  ilin  yanvarında  Antantapərəst  hökumət  istefa  verir,yeni  hökumət  isə  al- 
man komandanlığı ilə sülh müqaviləsi imzalayır.Buxarest sülhünə görə Rumıniya 
Cənubi Dobrucanı Bolqarıstana verdi.1918-ci ilin payızında kral Ferdinand Buxa- 
rest sülhünü ratifikasiya etməkdən imtina etdi.Nəticədə,1919-cu ildə Bolqarıstan- 
la bağlanmış müqaviləyə görə Rumıniya Cənubi Dobrucanı özündə saxladı.Rumı- 
niyanın  sahəsi  137  min  km
2
-dən  295  min  km
2
-ə  qədər  artdı.Ölkə  əhalisinin  sayı 
isə  7,9  mln  nəfərdən  17,3  mln  nəfərə  çatdı.Rumıniya  əhalisinin  6  mln  nəfərini 
macarlar,bolqarlar  və  ukraynalılar  təşkil  edirdi.Müharibədən  sonrakı  dövrdə 
Rumıniyanın  iqtisadi  vəziyyəti  ağır  olaraq  qalırdı.Tətil  hərəkatı  genişlənir  və  si- 
yasi vəziyyət kəskinləşirdi.Fəhlələr əmək haqlarının artırılmasını tələb edir,8 saat- 
lıq iş günü və demokratik azadlıqların bərpası uğrunda mübarizə aparırdılar.1918- 
ci ilin dekabrında kişilər üçün ümumi səsvermə hüququ  müəyyənləşdirildi. 
1919-cu ildə isə parlament 8 saatlıq iş günü haqqında qanun qəbul etdi.La- 
kin,bu qanun  həyata keçirilmədi.Averesko  hökuməti  xalq kütlələrinə qarşı repre- 
siyaları  gücləndirdi.1921-1922-ci  illərdə  burjuaziyanın  təzyiqləri  şəraitində  “Aq- 
rar  islahat  haqqında”  qanun  qəbul  edildi.Lakin,bu  islahat  iri  mülkədar  torpaq 
sahibliyini və kəndliləri torpaqla təmin etmədi.1923-cü ilin  martında yeni konsti- 
tusiya  qəbul  olundu  ki,  bununla  burjuaziyanın  siyasi  hakimiyyəti  möhkəmləndi- 
rildi.1923- cü ilin konstitusiyası ölkəni parlamentli monarxiya elan etdi.Parlament 
deputatlar palatasından və senatdan ibarət olmalı idi.Krala iki dəfə veto hüququn- 
dan istifadə etmək hüququ verildi.Həmçinin, ölkədə söz,yığıncaq və birgə toplaş- 
maq  azadlığı  qəbul  olundu.Bütün  bunlar  ölkədə  ictimai-siyasi  ziddiyyətlərin 
dərinləşməsinin  qarşısını  aldı  və  ayrı-ayrı  qüvvələr  arasında  münasibətləri  tən- 
zimlədi. 


70 
 
               Rumıniya kapitalizmin nisbi sabitləşməsi və  
                          dünya iqtisadi böhranı dövründə
 
Kapitalizmin nisbi sabitləşməsi dövründə Rumıniya aqrar ölkə olaraq qalır-  
dı.Əhalinin 80%-i kənd təsərrüfatında çalışırdı.Rumıniya neft ehtiyatına görə Av-  
ropada  II  yerdə  idi.Xarici  kapital  neft-qaz  sənayesinin  95%-nə  nəzarət  edirdi. 
1924-cü  ilin  sentyabrında  Cənubi  Bessarabiyada  iri  kəndli  hərəkatı  baş  verdi. 
Hərəkat  rumın  hökumətini  qovdu  və  Moldova  Sovet  Respublikasını  elan  etdi. 
Lakin,L.Bretanu  hökuməti  hərəkat  iştirakçılarına  qarşı  qüvvə  tətbiq  etdi  və  bu- 
nunla  da  Tatarbunar  hərəkatı  yatırıldı.Çox  keçmədən  kral  Ferdinand  vəfat  etdi. 
Onun 4 yaşlı oğlu Karol Muxay kral elan edildi.Lakin,onun nüfuzu orduda və ha- 
kim  dairələrdə  qəbul  olunmadı.Buna  görə  də  1928-ci  ilin  mayında  Alba-Yulidə 
qurultay  çağırıldı  ki,bu  qurultayda  150  min  nəfərdən  yuxarı  kəndlinin  nümayən- 
dəsi  iştirak  edirdi.1928-ci  ilin  noyabr  ayında  Yuli  Maniu  birinci  Milli  Saranist 
(kəndli)  hökuməti təşkil etdi.Həmin  ilin dekabrında parlament seçkiləri keçirildi. 
Bu seçkilərdə Milli Saranist Partiyası 324 mandat əldə etdi.Milli liberallar isə 13 
mandata  sahib oldu. 
1928-ci  ilin sonlarında Rumıniya  iqtisadi  böhranla qarşılaşdı.Əgər 1928-ci 
ildə  Rumıniyanın  ixracatı  28,9  mlrd.ley  təşkil  edirdisə,1930-cu  ildə  bu  rəqəm 
14,1 mlrd.leyə çatmışdı.Əmək haqqı 1933-cü ildə 1929-cu il səviyyəsinin 60%-nə 
bərabər  idi.1930-cu  ilin  iyulunda  prins  Karol  Rumıniyaya  qayıtdı  və  özünü  kral 
elan etdi.Yeni kral II Karol faşist təşkilatı ilə əlaqəni möhkəmləndirdi və özünün 
şəxsi  diktaturasını  yaratdı.Almaniyada  faşist  diktaturasının  qurulmasından  sonra 
Rumıniyanın  xarici  siyasətində  də  dəyişiklər  baş  verdi.1932-1936-cı  illərdə  Ru-
mıniyanın Xarici İşlər Naziri vəzifəsini Nikolay Titulesku tutdu. 
     Rumıniya İkinci dünya müharibəsi ərəfəsində
 
           1934-cü ildə Sovet İttifaqı ilə diplomatik münasibətlər quruldu. Bu, II Ka-  
rolun prinsiplərinə uyğun gəlmədiyinə görə Nikolay Titulesku 1936-cı ilin avqus- 
tunda  istefaya  föndərildi.1937-ci  ilin  seçiklərində  milli  liberallar  ağır  məğlubiy- 
yətə  uğradılar,Milli  Saranist  Partiyası  isə  böyük  səs  qazandı.Lakin,II  Karol  Yuli 


71 
 
Maniuna  hökumət  formalaşdırmağa  imkan  vermədi.Faşist Milli Xristian Partiya- 
sının lideri O.Qoq hökumət təşkil etdi.Ancaq, bu hökumət 1938-ci il fevralın 10-
dək hakimiyyətdə qala bildi. 
 
Kral  II  Karol  parlamenti  buraxdı.1923-cü  il  konstitusiyası  dəyişdirildi, 
ölkədə kral diktaturası  yaradıldı.1938-ci  il  martın 1-də kral II  Karol  yeni konsti- 
tusiya hazırladı ki,bununla ölkədə demokratik azadlıqlar ləğv edildi.Konstitusiya- 
ya görə bütün icraedici və qanunverici hakimiyyət kralın əlində birləşdi.Hökumət 
yalnız kralın qarşısında məsuliyyət daşıyırdı.Bütün siyasi partiyalar və həmkarlar 
ittifaqları buraxıldı.Həmçinin, mütərəqqi qəzetlər bağlandı.Kral diktaturası ölkədə 
faşist qaydalarını möhkəmləndirdi. 
 
1939-cu ilin martında  kral diktaturası hökuməti A.Kalinesku başda olmaq- 
la  Hitler  Almaniyası  ilə “İqtisadi əməkdaşlıq  haqqında” saziş  imzaladı.Bu sazişə 
əsasən Almaniya Rumıniya iqtisadiyyatı üzərində böyük üstünlüklər əldə etdi. 
Latın Amerikan ölkələri 
 
 
 
         Argentina 1918-1939-cu illərdə 
                 Birinci dünya müharibəsinin Argentinanın siyasi və  
                                        iqtisadi vəziyyətinə təsiri 
Birinci  dünya  müharibəsi dövründə  Argentina  neytrallığını qoruyub saxla- 
mışdı.Buna görə də ölkə iqtisadiyyatı tənəzzülə uğramamış,əksinə,dirçəliş başlan- 
mışdı.Ancaq,Argentina iqtisadiyyatı ABŞ və İngiltərə kapitalından asılı vəziyyətə 
düşmüşdü.Buna görə də Argentinada iqtisadiyyatın əsasını təşkil edən kənd təsər-
rüfatında  milli  kapitalın  nümayəndələri  azlıq  təşkil  edirdi.Ölkədə  katolik  kilsəsi 
və yuxarı hərbi dairələr böyük nüfuza malik idi.Onların ictimai-siyasi hadisələrin 
inkişafına  təsiri  ölkənin  bütün  ərazisində  özünü  açıqcasına  göstərirdi.Bu  dövrdə 
Argentinanın  siyasi  həyatında  Vətəndaş  Radikal  İttifaqı  aparıcı  rol  oynayırdı. 
1916-cı  ilin prezident seçkilərində Radikallar Partiyası  qələbə qazandı.Argentina 
prezidenti vəzifəsinə radikalların lideri İpolito İroqeyn seçildi.Bununla da 1916-cı 
ildən  1930-cu  ilədək  Radikallar  Partiyası  hakimiyyətdə  oldu.Radikallar  hər  şey-
dən öncə ölkənin  müstəqil  xarici siyasətinə çalışır,milli sənayenin  inkişaf etdiril-
məsi  uğrunda  mübarizə  aparır  və  xarici  kapitalın  müdaxiləsinin  məhdudlaş- 


Yüklə 5,01 Kb.

Dostları ilə paylaş:
1   ...   19   20   21   22   23   24   25   26   ...   33




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə