Tədqiqatçılar yeniləşmə dövrünün ilk yaradıcılıq nümunə
ləri olaraq A.Bakıxanovun əsərlərini qeyd edirlər. Ona görə ki,
A.Bakıxanovun bədii və elmi əsərləri ilə orta əsrlərə yekun vu
rularaq yeni dövrə keçidin təməli qoyulur. Bu mənada “Bakı
xanov - orta əsrlərdən yeni dövrə, Asiyadan Qərbə, sxolastik-
ifratlardan, ənənədən müasir mənada elmə keçidi hazırlayan ilk
böyük maarifçi ədib və alimdir” (52, s. 194).
Çarizmin mövcud şərtləri altında belə A.A.Bakıxanov
çarlıq hökumətinə məktəb açmaq üçün layihə təqdim etmiş və
“Dünyada olan bütün şeylərin hamısı bütün fəzilətlərin dövləti
olan elmlə bağlıdır” demişdir (99, s. 59). Mirzə Şəfi Vazeh
Gəncədə ilk üsuli-cədid məktəbini açmışdır ki, bu məktəb də
Azərbaycana Mirzə Fətəli kimi bir reformator yetişdirmişdir.
Mirzə Kazım bəy uşaqlar üçün dərs kitabı tərtib etmiş, məktəb
açılması zərurətini göstərmişdir. İsmayıl bəy Qutqaşınlı və
Qasım bəy Zakir daima cəhalətlə mübarizə aparmağı tövsiyə
etmişlər. Bu böyük şəxsiyyətlərin başladıqları yeniləşmə fəa
liyyətlərinin əsasında həmişə məktəb məsələsi və cəhalətin ara
dan qaldırılması problemi durmuşdur. Zamanına görə modern
düşüncə sahibi olan bu yenilikçi ziyalılar xalqın cəhalət girda
bından qurtulmasının zəruri diaqnozunu qoyaraq səbir və əzm
lə Azərbaycanın maddi və mənəvi inkişaf üçün çalışmışlar.
Türkiyəli tədqiqatçılar (106; 124) da bu fikri təsdiqləyirlər
ki, “Azərbaycan ədəbiyyatında modernləşmə çalışmalarının
başladıldığı dönəm XIX yüzildir. Bu dönəmdən etibarən özəl
liklə Rusiya vasitəsi ilə Batılı etkilər çərçivəsində yeni bir ədə
bi tərz diqqətləri çəkməyə başlar”. XX əsrin əvvəllərində
Azərbaycan ədəbi-bədii irsini araşdıran tədqiqatçı Əli Erol
yazır ki “Rusiyanın Azərbaycanı işğalı ilə birlikdə Fransa
İnqilabının yaratdığı düşüncə cərəyanlarının təsirləri, Rusiyada
baş verən hürriyyətçi fəaliyyətlər və təhsil sahəsindəki irəlilə
yişlərin ardından yaşanacaq olan bu “çiçəklənmə” dövrünün ilk
nəticələri daha çox fərdi səylər şəklində olsa da XIX əsrin ilk
yarısına aiddir” (106, s. 16-17).
17
Ümumilikdə, XIX əsr Azərbaycan mədəniyyəti üçün yeni
bir mərhələ təşkil etmişdir. Azərbaycan Rusiya hüdudları
içərisinə salınmış, Azərbaycan oğullarının bir qismi Rusiyanın
içərilərinə sürgün edilmiş, əli qələm tutanlar həbsxanalara sa
lınmışdı. Bu dövrün mədəni səciyyəsini təhlil edən Ə.Cəfəroğ-
lu yazır ki, belə bir şəraitdə “yeganə xilas yolu, milli kültür
istiqlaliyyətini davam etdirmək, dil və ədəbiyyat sahəsində heç
bir fədakarlığa yol açmamaqdı (103, s. 22). Milli mədəniyyətin
mühafizəsi qayğısına isə ilk növbədə yenə qabaqcıl ziyalıları
qaldılar. “Nəsimi ilə başlayan Azərbaycan dil və ədəbiyyatı,
Həbibi, Füzuli və Xətai kimi üç vəfakar övladının şəxsində
özünü buldu” və bu “bəxtiyar üçlər”dən - bu üç ustadından
ilham alaraq yeni bir məcraya yönəldi (103, s. 11-16). Yeni bir
“üçlər” Azərbaycan “kültür tarlasını əkməyə, biçməyə və ol-
ğunlaşdırmağa qoyuldular”. Bunlar: Abbasqulu Ağa Bakıxanlı,
Mirzə Şəfi və Mirzə Fətəli Axundzadə idi. Ə.Cəfəroğluna görə
bu ziyalıları ideoloji baxımından öz sələfləri olan “üçlər”dən
ayrılmamaqla bərabər, yetişmə və çalışma cəhətindən müəyyən
dərəcə fərqli idilər. Vəzifələri yalnız qələmləri ilə iş görmək
deyildi, eyni zamanda gerçəkdən xalqın içərisinə enmək, ona
yol göstərmək idi. Bu isə “millət xadimi” olan bu üçlərin
yetişdirdikləri digər fədakar ziyalılarla bərabər Azərbaycanın
“renesans dövrü”nü hazırlamışdılar (103, s. 22).
Bu ziyalılar ilk növbədə rus dili, daha sonralar isə qərb
dilləri vasitəsilə Avropa, Qərb elm və mədəniyyətinin ayrı-ayrı
nümunələrinə, o dövrün müasir nailiyyətlərinə dərindən bələd
olur və yeni inkişaf səviyyəsinə qovuşurdular. Tədqiqatçı
T.Abdullayevaya görə tədricən ümumdünya sivilizasiyasına
inteqrasiya olmaq üçün imkan və şərait yaranırdı. Özü Qərb
azadfikirliyi və maarifçiliyindən bəhrələnən və getdikcə zən
ginləşən rus mədəniyyəti, elm və incəsənəti müstəmləkə bo
yunduruğu altında olan xalqlara, o cümlədən Azərbaycan
xalqına mütərəqqi təsir göstərirdi. Rusiya və Avropaya açılan
elm, maarif və mədəniyyət pəncərələri Azərbaycanın şərq
18
ədəbi-bədii ənənələrini yeni bir istiqamətdə daha da zəngin
ləşdirir, onu dünya standartlarına cavab verən müasir bir səviy
yəyə qovuşmağa yönəldirdi. Elə bu dövrdə özünü ədəbiyyat və
incəsənətin sonrakı inkişafına həsr etmiş mütəfəkkir, ictimai
xadim və şairlərin yeni nəsilləri yetişirdi (1, s. 9).
Təbii ki, yeniləşmə dövründə Azərbaycan mədəniyyətinin
tərəqqisində Şərq, Qərb və ya Rusiya amillərindən hansının
daha çox payı olmasına dair fikirlər fərqli ola bilər. Amma
bunlardan birini şişirdib, o biriləri kölgədə qoymaq nə qədər
subyektiv yanaşmadırsa, Azərbaycan mədəni dəyərlərinin mə
nimsənilməsində Rusiya amilinin rolunu da hədsiz qabartmaq
bir o qədər obyektivlikdən uzaqdır. Eləcə də heç bir halda
Azərbaycanın milli-mədəni irsindən nəinki imtina edilməmiş,
hər bir yeni nəsil özündən əvvəlki yaradıcılıq təcrübəsinin
dəyər və meyarlarına ehtiramla yanaşmışdır. Azərbaycan
“renosans dövrü”nün “eşiyində bulunan” bu üç mütəfəkkir -
A.A.Bakıxanov, M.Ş.Vazeh, M.F.Axundov da bu mənada
istisna deyildilər. Bu məqama toxunan Ə.Cəfəroğlu yazırdı ki,
Abbasqulu Ağa həqiqi Azərbaycan “tarixçiliyini” qurarkən,
Mirzə Fətəli həqiqi realizmin təməlini təşkil edən sosial-kiritik
ədəbiyyatı vücuda gətirmiş, Mirzə Şəfi də Azərbaycan kültürü-
nün məmləkəti dışında yayılmasının ələmdarı olmuşdur.
Ə.Cəfəroğlunun qənaətinə görə bir-birinə dəstək olan bu üçlə
rin ən böyük məziyyətləri, həm öz yetişmələrində, həm də
Azərbaycan mədəniyyətinin inkişafında ciddi bir “işbirliyi
yapmaları” olmuşdur (103, s. 22-23).
Ə.Cəfəroğlu mədəni inkişafda varislik amilinə xüsusi diq
qət yetirmiş, yaradıcılıq ənənəsinə dialektik aspektdən yanaş
mışdır. “Azərbaycan dil və ədəbiyyatının dönüm nöqtələri”nin
tarixi xronologiyasını verən Ə.Cəfəroğlu XX əsrin əvvəllərində
Azərbaycan kulturoloji fikrinin formalaşmasında mühüm xid
mətləri olmuş ziyalıların fəaliyyətini də şükranlıqla yad
etmişdir: “Azərbaycan kültürünə xidmət etmiş olan üç mümtaz
vətəndaşımızı burada xeyirlə anmadan keçə bilməyəcəm. Bu
19
Dostları ilə paylaş: |