Mübariz Süleymanlı



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə30/65
tarix06.05.2018
ölçüsü2,8 Kb.
#42643
1   ...   26   27   28   29   30   31   32   33   ...   65

 
90 
səbəbi  ilə  yeniləşmənin  qaçılmaz  zərurət  halına  gəlməsi 
qənaətindən  çıxış  edərək,  bu  məsələdə  öz  baxışlarına  haqq 
qazandırma  yolunu  tuturdular.  Təzyiq  göstərən  digərləri  – 
mühafizəkarlar  isə,  yeniləşmənin  təxribat  doğuracağı  fik-
rindən  başqa  heç  bir  şey  düşünməməkdə  və  alternativ  bir 
həll yolundan da uzaq durmaqda idilər.  
Azərbaycanda yeniləşmə prosesinə və o cümlədən qadı-
nın ictimai və sosial həyatda iştirakı məsələsinin müzakirə-
sinə hələ XIX əsrdən başlanılmışdı. Bu problemləri ilk dəfə 
sistemli şəkildə, geniş miqyasda və rəsmi dairələrdə qaldıran 
şəxs  M.F.Axundov  (mühacirət  ədəbiyyatında  Axundzadə) 
olmuşdur. Belə ki, hürriyyət fikri, insanlıq şərəf və heysiy-
yəti,  düşüncə  sərbəstliyi  və  hər  cür  istibdad  təzyiqindən 
qurtulma  əzmi  M.Fətəli  yaradıcılığının  əsas  motivini  təşkil 
edirdi. O, bu azadlıqları boğan bütün siyasi, ictimai və dini 
təşkilatları böyük bir məharət və sənətkarlıqla qələmə aldığı 
əsərlərində  amansızcasına  ifşa  edirdi.  XVIII  əsr  Avropa 
mütərəqqi  fikirlərinin  Şərqdə  bir  təmsilçisi  kimi  çıxış  edən 
M.F.Axundzadə  insan  haqlarının  –  söz  azadlığı,  dini  və 
fəlsəfi düşüncənin sərbəstliyini tələb edirdi. Cəmiyyət həya-
tının  hər  sahəsində  cinsindən  asılı  olmayaraq  bütün  insan-
ların hüquq bərabərliyini, insani haqlarını arzulayırdı. Onun 
fəlsəfi  əsərlərinin  ana  xəttini  təşkil  edən  fikirləri  ümumi-
ləşdirilmiş  halda  belə  ifadə  edə  bilərik:  elm  təhrif  olunmuş 
dinçiliyin  məngənəsindən  qurtarmalı,  sivil  dünyanın  təcrü-
bəsindən  bəhrələnərək  islamiyyət  əsaslı  surətdə  islah  olun-
malıdır. Bu islah müasir mədəniyyətin ruhuna uyğun olmalı, 
insanların  haqq  və  azadlıqlarının  bərqərar  olmaları  əsasına 
dayanmalı, siyasi təşkilatların tədbirli şəkildə islahı surətilə 
Şərq istibdadı məhv edilməli, müsəlman qadın və kişilərinin 
ümumi  və  məcburi  təhsilini  təmin  edən  bir  dövlət  rejimi 
qurulmalıdır. Belə bir rejimin bərqərar olması üçün ilkin şərt 
olaraq  əlifba  islahatının  vacibliyini  zəruri  hesab  edən 


 
91 
M.F.Axundzadə ərəb hərflərindən  latın hərflərinə keçilməsi 
təşəbbüsündə  olmuş,  bununla  bağlı  İstanbula  getmiş,  Teh-
rana  müraciət  etmişdir  (133,  s. 380-386; 125,  s. 15). 
M.F.Axundovun  müsəlman  dünyasına  mənsub  ziyalılar 
zümrəsinə qarşı böyük bir imanla müdafiə etdiyi islahatçılıq 
sistemi,  Şərqdəki  mütləqiyyət  ideologiyasından  Qərbdəki 
hürriyyət  ideologiyasına  keçmək  zərurətini  duymaqdan  do-
ğurdu.  “Bu  yolla  ağıl  “nakilden”,  təcrübə  “nasden”,  iradə 
əmrdən,  hürriyyət  zərurətdən  xilas  olacaq;  din  dünyadan 
ayrılıcaq,  milli  hakimiyyət  avtoritar  səltənətindən  qurtu-
lacaqdı” (124, s. 1-2). 
Yeniləşmə  prosesinin  əsas  simaları  olan  M.F.Axundov 
və H.B.Zərdabinin digər fəaliyyətləri ilə yanaşı qadın prob-
lemi  ilə  bağlı  gördükləri  işlər  istər  müasirləri,  istərsə  də 
sonrakı nəslin nümayəndələri tərəfindən həmişə qədirşünas-
lıqla xatırlanmışdır. Həm XX əsrin əvvəllərinin mətbuatında, 
həm  cümhuriyyət  dövrünün  mədəniyyət  quruculuğunda  bu 
təcrübədən faydalanma səylərinə dair saysız-hesabsız faktlar 
gətirmək  olar.  Eləcə  də  mühacirət  mətbuatından  tutmuş 
sovet ədəbiyyatına qədər bu iki böyük şəxsiyyətin xidmətləri 
həmişə nümunə məktəbi kimi diqqət mərkəzində olmuşdur. 
M.B.Məmmədzadə  “Qadınlara  hürriyyət”  başlıqlı  məqalə-
sində  yazırdı  ki,  komediyalarında  qadına  mühüm  mövqe 
ayıran və qadını evinə və ərinə sadiq, bəzən kişisindən daha 
cəsur və daha zəki bir müsbət tip olaraq canlandıran Mirzə 
Fətəlidən  sonra  bu  mübarizəni  davam  etdirən  Məlikzadə 
Həsən  bəy,  ogünkü  şərtlər  daxilində,  Azərbaycan  qadınını 
“ərinin  köləsi”  hesab  edir  və  millətin  bütün  fərdləri  ilə 
birlikdə onların da hürriyyət işığından pay almaları arzusunu 
dilə  gətirirdi.  M.B.Məmmədzadə  belə  bir  məqamı  xüsusilə 
vurğulayırdı ki, Həsən bəy, yalnız türkcə ilk qəzeti (“Əkin-
çi”)  çıxaran  bir  mühərrir  və  ilk  teatrı  quran  bir  sənətkar 
deyildir.  Bütün  bunları  maarifi  yaymaq  uğrunda  bir  vasitə 


 
92 
hesab  edən  Həsən  bəyin  ana  davası  ana  dilində  müasir 
məktəb  idi.  Və  bu  davada  Azərbaycan  qadınını  və  onun 
təhsil və tərbiyəsini ön planda tuturdu (112, s. 3).  
“Tərcüman”ın  3  mart  1896-cı  il  tarixli  9-cu  sayında  isə 
İ.Qaspıralı yazırdı: “Həsən bəy Rusiyada ilk olaraq “Əkinçi” 
adında  milli  qəzet  təsis  etmişdi.  Bu  cəhətdən  ustaddır.  Bu 
dəfə  Bakıda  müsəlman  qızlarına  məxsus  məktəbi  fənniyə 
təsisi  üçün  ruhsat  tələbində  bulunuyor.  Həsən  bəyəfəndi 
həqiqət,  hamiyyət  nümunəsi  bir  şəxsdir-zattır.  Gənc  zama-
nını  mətbuata,  ixtiyarlığını  maarifə  və  bütün  ömrünü  isə 
milliyyəyə  vermişdir”.  Sonralar  məhz  bu  ziyalıların  təşəb-
büsü və mənəvi dəstəyi ilə Z.Tağıyevin açdığı ilk qız lisəsi 
qadınların təhsil və tərbiyəsində mühüm rol oynamışdır.  
Millət xadimlərinin bu böyük təşəbbüs və fəaliyyətlərini 
qiymətləndin  M.B.Məmmədzadə  bu  səylərin  dəyərini  dərk 
etməyənlərə  “Mədəniyyətli  və  tərbiyəli  anaların  əllərində 
bəslənmiş  uşaqların  gələcəkdə  millət  xadimi  və  camaata 
xeyir və fayda verən bir şəxs olacaqlarına əsla şəkk və şübhə 
edilməməlidir” – deyə müraciət edir, bu sahədəki bütün səy 
və  həmlələrin  millətin  mövcudiyyəti  və  istiqlalı  üçün  edil-
diyini  yazırdı:  “Bunun  üçün  də  ailədən  başlanırdı.  Çünki 
“Ruhulkava
nin” müəllifinin də dediyi kimi, bir millət bir çox 
ailələrin  məcmusundan  ibarət  böyük  bir  ailədən  başqa  bir 
şey deyildir. Ailədə hökm sürən qanun və nizamlar, eyni ilə, 
o  millətin  ictimai  həyatına  və  sonraları,  siyasi  həyatına  da 
hakim olur” (112, s. 3-4). 
Hadisələrin sonrakı gedişi də təsdiqlədi ki “ailənin təməl 
daşını təşkil edən ananın qucağını “ilk məktəb” olaraq alan 
və  milli  mövcudiyyətin  özü  hesab  edilən  o  qucağın  mədə-
niyyət  və  irfan  ocağı  halına  gəlməsinə  çalışan  mətbuatın 
əməyi boşa getməmişdi” (112, s. 4). Və təbii ki, M.F.Axun-
dovun səpdiyi ideya toxumlarının cücərməsi üçün XIX əsrlə 
müqayisədə  XX  əsrin  əvvəllərində  daha  münbit  şərait 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   65




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə