MüƏllifdən II



Yüklə 6,32 Mb.
Pdf görüntüsü
səhifə260/266
tarix14.02.2018
ölçüsü6,32 Mb.
#26864
1   ...   256   257   258   259   260   261   262   263   ...   266



Mirağa Cəfərquliyev 

təliyin yenidən baş qaldırması və nəticədə cəza çəkməyə ciddi maneə 

törədilməsindən  gedir.  Deməli,  hökmün  icraya  yönəldilməsində 

məhkum  ağır  xəstəliyə  deyil,  hökmün  icrasına  maneçilik  törətməyən 

hər hansı adi bir xəstəliyə tutulubsa, CPM-in 516-cı maddəsinə əsasən, 

o  icra  müəssisələrində  mövcud  olan  bağlı  tipli  xəstəxanada  müalicə 

olunmaqla  yanaşı,  eyni  zamanda,  ona  təyin  olunmuş  cəzanı  da  çəkə 

bilər. Yuxanda qeyd olunanlan əsas götürərək biz hesab edirik ki, yeni 

cinayət-prosessual  qanunvericilik  düzgün  olaraq  510-cu  maddədə 

hökmün  icrasının  təxirə  salınması  üçün  xəstəlik  faktorunu  nəzərdə 

tutmamışdır. 

Qanunvericiliklə  bağlı  başqa  bir  tənqidi  fikir  də  söylənilir.  Qeyd 

edilir  ki,  bir  sıra  hallarda  məhkumun  cəza  çəkməkdən  şərti  olaraq 

vaxtından  əvvəl  azad  edilməsi  məsələsinə  baxılması  gecikdirilir  və 

bunun  başlıca  səbəbini  onda  görürlər  ki,  bu  qəbildən  olan  işlərə 

baxılmasının  müddəti  guya  qanunvericilikdə  konkret  olaraq  nəzərdə 

tutulmamışdır. Bu mülahizələrlə də razılaşmaq çətindir, çünki belə bir 

müddət  CPM-in  520-ci  maddəsində  geniş  və  aydın  şəkildə  şərh 

edilmişdir. Adı çəkilən maddənin birinci bəndində xüsusi olaraq qeyd 

edilir  ki,  “hökmün  və  ya  məhkəmənin  digər  yekun  qərarının  icrası 

qaydasında  məsələlərə  dair  müraciətlərə  onlar  məhkəməyə  daxil 

olduqdan  sonra  10  (on)  gündən  gec  olmayaraq  məhkəmə  iclasında 

baxılır”. 

Cinayət  mühakimə  icraatının  vəzifələrinin,  başqa  sözlə  desək, 

ədalət mühakiməsinin həyata keçirilməsinin başa çatdıniması mahiyyət 

etibarı ilə öz ifadəsini hökmün icra edilməsində tapır. Belə ki, şəxsin 

təqsirli  olub-olmamasını  müəyyən  etmək,  təqsirli  hesab  edildikdə  isə 

ona  cəza  tətbiq  edilib-edilməməsi  məhz  hökmün  icrası  prosesində 

həyata keçirilmiş olur. Prosessual mənada hökmün icrası mərhələsi üç 

hissəyə bölünür: 1. hökmün icraya yönəldilməsi; 2. hökmün bilavasitə 

icra  edilməsi;  3.  hökmün  icrası  mərhələsində  ortaya  çıxan  prosessual 

məsələlərin həll edilməsi. 

Hökmü  icraya  yönəldən  əsas  orqan  onu  çıxarmış  məhkəmə  və  ya 

hakimdir.  Lakin  hökmün  bilavasitə  onu  çıxarmış  hakim  (məhkəmə) 

tərəfindən icraya  yönəldilməsi  vəzifəsini  mütləq  şəkildə başa  düşmək 

düzgün deyildir. Əgər hökmdən apellyasiya şikayəti və yaxud protesti 

verilmişsə  və  eyni  zamanda  apellyasiya  məhkəməsi  tərəfindən  hökm 

olduğu  kimi  saxlanılmışsa  və  yaxud  ona  müəyyən  dəyişikliklər  ediL 

mişsə, belə hallarda hökmün icraya yönəldilməsi iş birinci instansiya 



XX FƏSİL XÜSUSİ İCRAA TLAR 

ya qaytanidıqdan sonra baş verir. Apellyasiya məhkəməsi cinayət işini 

xitam etdikdə isə iş üzrə yekun məhkəmə qərarını özü icraya yönəldir. 

Bir  məsələyə  də  diqqət  yetirmək  lazımdır  ki,  hakim  (məhkəmə) 

tərəfindən hökmün icraya  yönəldilməsinin konkret prosessual forması 

haqqında qanunda göstəriş yoxdur. CPM-in 506-cı maddəsinin birinci 

hissəsinin  1-ci  bəndinə  görə  hakim  qanuni  qüvvəyə  minmiş  hökmün 

icrası  barədə  dərhal  göstəriş  verməyə  borcludur.  Bu  o  deməkdir  ki, 

hökmün  icraya  yönəldilməsinin  prosessual  forması  hakim  tərəfindən 

verilən  göstərişdən  ibarətdir.  Lakin  həmin  göstərişin  məhz  hansı 

formada  verilməsi  qanunda  göstərilmir.  Buradan  belə  aydın  olur  ki, 

hakim  həmin  göstərişi  konkret  olaraq  qərar,  sərəncam  və  ya  məktub 

formasında  verə  bilər.  Hökmün  icraya  yönəldilməsi  barədə  hakimin 

verdiyi göstəriş prosessual formasından asılı olmayaraq bütün hallarda 

yazılı  şəkildə  verilməlidir  və  bu  barədə  qanunda  konkret  göstərişin 

olması daha məqsədəmüvafiq olardı. Bir daha qeyd etmək lazımdır ki, 

prosessual  formasından  asılı  olmayaraq  hökmün  icraya  yönəldilməsi 

haqqında  hakimin  göstərişində  aşağıdakılar  öz  əksini  tapmalıdır:  a) 

hökmün hansı məhkəmə tərəfindən çıxarılması; b) hökmün çıxarıldığı 

vaxt və yer; c) məhkumun soyadı, adı və atasının adı; ç) hökmün qanuni 

qüvvəyə minməsi tarixi; d) hökmü icra etməli orqanın adı. 

Hökmü icraya yönəldən hakimin üzərinə bir sıra vəzifələr də düşür. 

Hər  şeydən  əvvəl  hakim  hökmün  icra  edilməsi  haqqında  göstərişlə 

yanaşı,  eyni  zamanda,  həbsdə  olan  və  azadlıqdan  məhrum  etməyə 

məhkum  edilmiş  şəxsin  ailəsinə  hökmün  icraya  yönəldilməsi  barədə 

məlumat  verməlidir.  Bundan  başqa,  CPM-in  507-ci  maddəsinin  6-cı 

hissəsinə görə hökmdə məhkumun xüsusi və ya hərbi rütbədən məhrum 

edilməsi,  fəxri  addan,  yaxud  məhkumun  dövlət  təltifindən  məhrum 

edilməsi haqqında məsələnin qoyulmasının zəruriliyi nəzərdə tutulduğu 

halda  hakim  müvafiq  təqdimatı  və  məhkəmə  hökmünün  surətini 

məhkuma xüsusi və ya hərbi rütbə vermiş fəxri ad, yaxud dövlət təltifi 

ilə təltif etmiş orqana göndərməlidir. 

Hökmü  icraya  yönəldən  hakim  məhkumun  ailə  üzvləri  və  yaxın 

qohumları  ilə,  habelə  məhkumun  bu  barədə  xahişi  olduqda  digər 

şəxslərlə  görüş  verməyə  haqlıdır.  Belə  olan  halda  hakim  yaxın 

qohumların  dairəsi  haqqında  qanunun  göstərişinə  istinad  etməlidir. 

Digər  şəxslərə  gəldikdə  isə  məhkumun  onlarla  görüşməsinə  icazə 

verilməsi ha 




Mirağa Cəfərquliyev 

kim tərəfindən həmin şəxslərin məhkuma olan səmimi əlaqələri nəzərə 

alınmaqla verilə bilər. 

Hökmün  vaxtında  icraya  yönəldilməsinin  əhəmiyyəti  belə  bir 

cəhətlə  də  xarakterizə  olunur  ki,  əgər  hökm  vaxtında  icraya 

yönəldilməzsə, sonradan onun icrası mümkün olmaya da bilər. Belə ki, 

müddətlərin keçməsi ilə əlaqədar olaraq hökm öz qüvvəsini itirdikdə və 

yaxud  cinayət  əməli  və  ya  cinayət  etmiş  şəxs  artıq  ictimai-təhlükəli 

hesab edilmədikdə həmin hökmlərin icrası praktiki olaraq əhəmiyyətini 

itirir.  Bu  da  nəticə  etibarilə  o  deməkdir  ki,  hökmün  vaxtında  icraya 

yönəldilməməsi  onun  məhkuma,  habelə  digər  şəxslərə  tərbiyəvi  təsir 

göstərməməsinə gətirib çıxaracaq. 

Hökmün və ya məhkəmənin digər yekun qərarının icrası zamanı bir 

sıra  şübhələrin  və  anlaşılmazlıqların  araşdırılması  və  həll  edilməsi 

zərurəti yarana bilər. Bununla əlaqədar CPM-in 518-ci maddəsində izah 

edilir  ki,  hökmü  və  ya  digər  yekun  qərarını  çıxarmış  məhkəmə  onun 

icrası zamanı yaranan şübhə və anlaşılmazlıqları məhkumun ərizəsinə, 

cəzanı icra edən müəssisə və ya orqanın təqdimatı əsasında, habelə öz 

təşəbbüsü  ilə  həll  etmək  hüququna  malikdir.  Adı  çəkilən  şübhə  və 

anlaşılmazlıqlara  aşağıdakı  məsələlər  daxildir:  hökmlə  müəyyən 

edilmədiyi  halda  cəzanın  həddini  dəqiq  müəyyən  etmək;  hökmlə 

müəyyən edilmədiyi halda azadlıqdan məhrum etmə növündə cəzanın 

çəkilməli  olduğu  cəzaçəkmə  və  ya  tərbiyə  müəssisəsinin  növünü 

müəyyən  etmək;  hökmlə  həll  edilmədiyi  və  ya  anlaşılmazlıqla  həll 

edildiyi  halda  qətimkan  tədbiri,  məhkəmə  xərclərinin  bölüşdürülməsi 

və  ya  maddi  sübutların  taleyi  haqqında  məsələləri  həll  etmək;  öz 

hökmünün və ya digər yekun qərarının başqa anlaşılmazlıqlanm aradan 

qaldırmaq. Aydın məsələdir ki, yuxarıda sadalanan hər bir anlaşılmazlıq 

aradan  qaldınlmasa,  nəticədə  hökmün  tam  və  dürüst  icrasına  əngəl 

törədəcək.  Çox  müsbət  bir  haldır  ki,  bu  məsələlərin  həllini 

qanunvericilik birinci instansiya məhkəmələrinin öz ixtiyarına buraxır. 

Yəni bü- rokratizmin təzahürü kimi, formalizm əsasında hökmlərin ləğv 

edilməsinə və yenidən baxılmasına heç bir ehtiyac qalmır. 

Qanunda  göstərildiyi  kimi,  cəzaları  icra  edən  müəssisə  və  ya 

orqanların təqdimatı əsasında hökmün və ya məhkəmənin digər yekun 

qərarının icrası ilə bağlı bir sıra başqa məsələlərin də həll edilməsi tələb 

olunur. Belə ki, CPM-in 519-cu maddəsinə müvafiq olaraq, məh 



Yüklə 6,32 Mb.

Dostları ilə paylaş:
1   ...   256   257   258   259   260   261   262   263   ...   266




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə