III FƏSİL AZƏRBAYCAN CİNA YƏT-PROSESSUAL QANUNVERİCİLİYİNİN
İNKİŞAFI
Respublika prokurorluq orqanlarının fəaliyyəti müstəqillik əldə
edildiyi vaxtdan keçən bu müddət ərzində, ilk növbədə, cəmiyyətdə
sabitlik üzrə tədbirlərin görülməsinə, vətəndaşların sosial hüquqlarının
müdafiəsinə
yönəlmiş
qanunların
icrasının
təmininə
istiqamətləndirilmişdir. Bununla bağlı prokurorluğun Azərbaycan
Respublikası Prezidentinin 9 avqust 1994-cü il tarixli “Cinayətkarlığa
qarşı mübarizənin gücləndirilməsi, qanunçuluğun və hüquq qaydasının
möhkəmləndirilməsi tədbirləri haqqında” Fərmanın icrasının təmini
sahəsində fəaliyyəti xüsusi qeyd edilməlidir.
Azərbaycan Respublikası Prezidentinin 17 iyul 1998-ci il tarixli
Sərəncamı səksən ildən sonra prokurorluğun tarixini yenidən özünə
qaytardı.
Prokurorluğun statusunu və səlahiyyətlərini müəyyən edən müstəqil
respublikanın “Prokurorluq haqqında” Qanunu Milli Məclis tərəfindən
1999-cu il 7 dekabr tarixində qəbul edilmiş və Azərbaycan Respublikası
Prezidentinin 1999-cu il 24 dekabr tarixli Fərmanı ilə təsdiq edilmişdir
(21). Bu Qanunla Avropa Şurasının tövsiyələrinə əsasən prokurorluq
artıq ümumi nəzarəti, məhkəmə nəzarəti, cəzalann və digər məcburi
xarakterli tədbirlərin icrası zamanı qanunçuluğa əməl edilməsi üzərində
prokuror nəzarəti funksiyalarından məhrum edilmiş və beləliklə, tam
demokratikləşdirilmiş bir orqana çevrilmişdir.
“Prokurorluq haqqında” Qanun prokuror fəaliyyətinin, onun
qanunvericilik qaydasında tənzimlənməsinin onillərlə toplanmış
təcrübəsini,
elmi
tədqiqatların
nəticələrini
(36,62),
nəinki
prokurorluğun müasir hüquqi vəziyyətini, həm də başlıca olaraq, onun
inkişaf perspektivlərini özündə təcəssüm etmişdir. Prokurorluğun
funksiyalannın dairəsi ilə əlaqədar Qanunda aşağıdakılar öz həllini
tapmışdır: 1) hüquqi dövlət quruculuğu şəraitində Azərbaycan
Respublikasının hər bir vətəndaşının insan və vətəndaş hüquq və
azadlıqlanna dair konstitusiya normalannm təmin olunması
prokurorluğun funksiyalan sırasında ön plana çəkilmiş və onun
fəaliyyətinin mərkəzində dunnuşdur; 2) prokurorluğun ənənəvi ümumi
nəzarət funksiyasından imtina edilmiş; prokurorluq orqanlan- nın
dövlət və təsərrüfat idarəçiliyi və nəzarət orqanlanm əvəz etməməsi,
hüquqi şəxslərin əməli-təsərrüfat fəaliyyətinə müdaxilə etməməsi,
onlann hüquqlanna əməl və hönnət edilməsi xüsusilə vurğulanmışdır.
’’Prokurorluq haqqında” Qanunun 4-cü maddəsinə müvafiq olaraq,
prokurorluq orqanları aşağıdakı əsas istiqamətlərdə qanunla nəzərdə
Mirağa CəfdrquHyev
tutulmuş hallarda və qaydada fəaliyyət göstərir: a) cinayət işi başlayır və
ibtidai istintaq aparır; b) ibtidai istintaqa prosessual rəhbərlik edir və
qanunlara riayət edilməsini təmin edir; c) təhqiqat və əməliyyat- axtarış
orqanlarının fəaliyyətində qanunların icra və tətbiq olunmasına nəzarət
edir; ç) məhkəmədə iddia qaldırır (ərizə verir), mülki və iqtisadi
mübahisələrə dair işlərə baxılmasında iddiaçı kimi iştirak edir; d)
məhkəmədə cinayət işlərinə baxılmasında tərəf kimi iştirak edir, dövlət
ittihamını müdafiə edir; e) məhkəmə qərarlarından protest verir;
məhkəmələr tərəfindən təyin edilmiş cəzaların məqsədinə nail
olunmasında iştirak edir.
Azərbaycan Respublikası qanunvericiliyinin tələblərinə uyğun
olaraq, yuxarıda göstərilən funksiyalardan başqa, prokurorluq orqanları
bir sıra digər vəzifələri də yerinə yetirir
(37. s.34, 35; 36.S.35-47).
Belə ki,
prokurorluq orqanları digər hüquq-mühafizə orqanları ilə birlikdə
cinayətkarlığın müasir dinamikasını, vəziyyətini və səbəblərini öyrənir,
cinayətlərin qarşısının alınması və açılması üzrə birgə tədbirlər işləyib
həyata keçirirlər. Bu funksiyanın yerinə yetirilməsi prokurorluğa
təhqiqat və ibtidai istintaq orqanlarına tabeçiliyindən asılı olmayaraq
istintaq təcrübəsinin formalaşmasına təsir etmək imkanı yaradır.
Məhkəmə orqanlarına gəldikdə isə, prokurorluq orqanlan
məhkəmənin müstəqillik prinsipinə ciddi riayət etməklə, cinayətkarlıqla
mübarizə üzrə birgə tədbirlərin hazırlanması üçün onlarla qarşılıqlı
əlaqə yaradır. Hakimlərin müstəqilliyi və onların yalnız qanuna tabe
olması prinsipinə dönmədən əməl edilməklə prokurorlar Azərbaycan
Respublikasının prosessual qanunvericiliyində nəzərdə tutulmuş
qaydada və hallarda məhkəmələrdə cinayət işlərinə birinci instansiya,
apellyasiya və kassasiya qaydasında baxılmasında tərəf kimi iştirak edir,
rəy verir, dövlət ittihamını müdafiə edir, məhkəmədə iddia qaldırır,
mülki və iqtisadi mübahisələrə dair işlərə baxılmasında iddiaçı qismində
iştirak edir, məhkəmə qərarlarından protest verir
(1. mad.133;
65; 100).
Yeni cinayət-prosessual qanunvericiliyə görə ibtidai istintaq aparan
və ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən prokuror
məhkəmədə dövlət ittihamını müdafiə edə bilməz
(3. mad. 84.4).
Yeni qanunvericiliyə əsasən məhkəmə prokurorluğun və müdafiə
tərəfinin iştirakı ilə cinayət və mülki işlərə baxarkən eyni məqsədləri
rəhbər tutur: qanunauyğun və əsaslandırılmış hökmün və ya qərarın