Muhazir texnologiyanin nəZƏRİ Əsaslari. Texnologiya anlayişI, XÜsusiYYƏTLƏRİ komponent strukturu


İnformasiya texnologiyasının növləri



Yüklə 146,97 Kb.
səhifə6/11
tarix22.05.2023
ölçüsü146,97 Kb.
#111949
1   2   3   4   5   6   7   8   9   10   11
MUHAZİRƏ1

İnformasiya texnologiyasının növləri
Mövcud olan informasiya texnologiyalarını 2 növə ayırmaq olar:

  1. verilənlərin emalı texnologiyası;

  2. idarəetmənin informasiya təminatı texnologiyası.

Hər bir konkret texnologiya bu növlərdən birinə və ya hər ikisinə aid edilə bilər.
Verilənlərin emalı texnologiyası lazımi ilkin verilənlərə malik olan, emal üçün alqoritmlər və digər standart proseduraları olan yaxşı strukturlaşdırılmış məsələlərin həlli üçün nəzərdə tutulur. Bu texnologiyadan elm, təhsil, istehsalat və digər sahələrdə mürəkkəb əməliyyatların avtomatlaşdırılması məqsədilə əməli fəaliyyət səviyyəsində istifadə edilir. Bu səviyyədə informasiya texnologiyalarının və sistemlərinin tətbiqi əmək məhsuldarlığını artırır, onu yorucu əməliyyatlardan azad edir və bəzi hallarda işçilərin sayını azaldır.
Əməli fəaliyyət səviyyəsində aşağıdakı məsələlər həll olunur:

  • yerinə yetirdiyi əməliyyatlar haqqında verilənlərin emalı;

  • işlərin vəziyyəti haqqında vaxtaşırı nəzarət hesabatlarının hazırlanması;

  • cari sorğulara cavab almaq və onları kağız sənədlər və ya hesabatlar formasında tərtib etmək.


  • Verilənlərin emalı texnologiyasının əsas komponentləri

  • Verilənlərin toplanması. Təşkilatın fəaliyyəti (xidmət göstərilməsi) ərəfəsində onun hər bir əməliyyatı uyğun verilənlərin qeydiyyatı ilə müşayiət olunur. Xarici mühitlə (sifarişçilərlə, kənar təşkilatlarla və s.) aparılan əməliyyatlar da bu sıraya daxildir.


Verilənlərin emalı. Daxil olunan verilənlərdən təşkilatın fəaliyyətini əks etdirən informasiya almaq üçün aşağıdakı tipik əməliyyatlardan istifadə olunur:

  • ümumiləşdirmə və ya qruplaşdırma. Verilənlər, onların aid olduğu obyektlərə (idarələrə, şöbə və bölmələrə) görə qruplara ayrılır;

  • birləşdirmə. Obyektin oxşar xassələrini əks etdirən verilənlər bir yerə yığılır;


  • Yüklə 146,97 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   10   11




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə