Mühazirə-1 Beynəlxalq kulinariya fənninin predmeti və məqsədi



Yüklə 355,6 Kb.
səhifə66/68
tarix24.12.2022
ölçüsü355,6 Kb.
#97871
növüMühazirə
1   ...   60   61   62   63   64   65   66   67   68
Mühazirə- Beynəlxalq kulinariya

İtaliya qəhvəsi


İtaliyalıların sevimli içkisi qəhvədir – axı kofeqaynadan romalıların ixtirasıdır. İtalyanlar günü bir fincan kapuççino ilə başlayırlar. Kapuççinoya ad verən onun kapusin rahiblərinin əbasını xatırladan darçını rəngidir. Gün boyu italyanlar böyük miqdarda şəkər ilə tünd espressonu kiçik fincanlarda içirlər.

Parma


Paytaxtı Parma olan Emiliya-Romanya regionunun mətbəxi delikateslərlə boldur. Bunların ən məşhurları parmezan vetçinası və parmezan pendiridir. Region dünyanın ən yaxşı balzam sirkəsi olan və təkcə bir neçə istehsalçı tərəfindən hazırlanan Aceto Balsamino Tradizionale ilə məşhurdur. Prosciutto Di Parma, yəni parmezan vetçinası böyük qayğı və çalışqanlıqla hazırlanır. Bütün bu prosesə donuzların müəyyən növləri, onların yemlənməsi və istehsalat prosesinin özü də daxil olmaqla bütün tələblərin riayət etməsinə zəmanət verən xüsusi konsorsium nəzarət edir. Əsl Prosciutto Di Parma lazım olan şəkildə duzlanmış, 10-dan 12 aya qədər sərin otaqda yetişir. Amma bundan daha çox vaxt da yetişə bilər, bu halda daha zərif və gözəl dadı əldə edir. Parmezan pendiri – Parmigian Reggiano bundan heç də az populyar deyil. Onun adı 13-cü əsrdən bəri onu istehsal edən Parma və Reggio şəhərlərinin adından əmələ gəlir. “Parmezan” adı ancaq bir neçə əyalətdə istehsal edilən pendir üçün rezervləşdirilmişdir: Parma, Reggio Emiliya, Modena, Mantuya və Bolonya. Ancaq otlaqlarda təzə ot ilə qidalanan inəklərin süd istifadə olunmalıdir. Parmezan 10-dan 36 aya qədər yetişir; yetişmə vaxtından asılı olaraq müxtəlif tiplər var: təzə (fresko), orta köhnə (vekkio) və ya köhnə (stravekkio). Həmçinin, bu tiplərin hər birindən müxtəlif məqsədlər üçün istifadə olunur. Təzə parmezandan masa pendiri kimi, köhnə parmezandan isə makaron və düyü xörəklərində, salatlarda, şorbalarda və souslarda istifadə edilir.

Təbii balzam sirkəsi


Aceto Balsamino, yəni balzam sirkəsi təbii yolla istehsal edilir. Xammal ehtiyatla taxta boçkalara doldurularaq qıcqırma prosesi üçün orada saxlanılır. Qıcqırma prosesləri 3 ildən sonra tamamlanır. Buna baxmayaraq, yaxşı balzam sirkəsi yetişmək üçün ən azı 12 il tələb olunur, 30 və ya hətta 50 ildən sonra isə sirkə daha da yaxşı olur.Italian Steam Manufacturers

Yüklə 355,6 Kb.

Dostları ilə paylaş:
1   ...   60   61   62   63   64   65   66   67   68




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə