MühaziRƏ 1 Mülki müdafiə, onun vəzifələri və qurma prinsipləri


MÜLKİ MÜDAFİƏNİN MÜHAFİZƏ QURĞULARl



Yüklə 336,78 Kb.
səhifə17/22
tarix21.05.2022
ölçüsü336,78 Kb.
#87615
1   ...   14   15   16   17   18   19   20   21   22
M haziR 1 M lki m dafi , onun v zif l ri v qurma prinsipl ri

MÜLKİ MÜDAFİƏNİN MÜHAFİZƏ QURĞULARl
Mülki müdafiə qurğularının tə'yinatı və təsnifatı. Mühafizə qurğuları fondunun yaradılması yolları
Mülki müdafıənin mühafızə qurğuları fövqəladə hallarda adamların daldalanıb hər cür zədələyici vasitələrdən qorunması üçündür və onlardan sülh dövründə müəssisələrin ehtiyacları və əhaliyə xidmət məqsədilə istifadə edilməlidir.
Fövqəladə hallar qəfil yaranan hallarda belə xüsusi qurğular əhalinin mühafızəsi üçün ən etibarlı və səmərəli vasitədir.
Mühafızə qurğuları kollektiv mühafizə vasitələridir. Onlar tə'yinatına, yerləşdirilməsinə, tikilmə müddətinə, materialına, xassələrinə görə belə təsnif edilir Tə'yinatına görə:
• idarəetmə məntəqələrinin mühafızəsi üçün qurğular;
• əhalinin mühafızəsi üçün qurğular;
Yerləşdirilməsinə görə:
•bina ilə birgə tikilən qurğular (binaların zirzəmisində kürsü və birinci mərtəbələrində, sənaye müəssisələrinin yeraltı mərtəbələrində və yardımçı binalarında);
Tikilmə müddətlərinə görə :
•əvvəlcədən tikilən qurğular (sülh dövründə təsərrüfat obyektlərinin planları üzrə tikilən; əsaslı tikinti və rekonstruksiya prosesində tikilən);
•teztikilən qurğular.
Yüklənən konstruksiyaların materialına görə:
• dəmir-beton konstruksiyalı qurğular;
• daş divarlı qurğular;
• meşə materiallarından hazırlanmış konstruksiyalı qurğular.
Mühafızə xassələrinə görə:
• sığınacaqlar;
• radiasiya daldalanacaqları (radiasiyadan qoruyan daldanacaqlar);
• sadə daldanacaqlar (sığınacaqlar və radiasiya daldanacaqları çatışmadıqda)
Sığınacaqlar mühafızə dərəcələrinə görə siniflərə, radiasiya daldanacaqları isə radiasiyanı zəiflətmə dərəcəsinə görə qruplara ayrılır.
Böyük şəhərlərdə və iri obyektlərdə əhalinin mühafızəsi üçün əvvəlcədən sənaye avadanlıqlı sığınacaqlar tikilir ki, bunlardan sülh dövründə təsərrüfatının ehtiyacları üçün istifadə edilməlidir.
Əvvəlcədən tikilən sığınacaqların inşa müddəti onların tutumundan asılı olaraq 1 ildən 1,5 ilə qədərdir.
Lazım gəldikdə tez tikilən sığınacaqların inşa edilməsi də planlaşdırılır ki, onların da mühafizə xüsusiyyətləri əvvəlcədən tikilən mühafizə qurğularınkı ilə eyni olmalıdır.
Teztikilən sığınacaqlar qısa müddətdə, birtipli layihələr üzrə, yerli İikinti bazasından və materiallardan istifadə edilməklə sənaye üsulu ilə tikilməlidir. Teztikilən sığınacaqlardan əlavə hər yerdə sadə daldanacaqların (üstü örtülən xəndəklərin) kütləvi tikintisi nəzərdə tutulur. Bunların tikilmə müddəti şəhərlərdə 24 saat, kənd yerlərinde isə 48-saat müəyyən edilmişdir.
Mühafızə qurğularının kütləvi qısa müddət ərzində tikilməsi üçün əvvəlcədən tam bir kompleks təşkilati və mühəndisi tədbirləri həyata keçirilməlidir. Bu tədbirlərə tikinti sahələrinin seçilməsi, yerli şəraitin aşkar edilməsi, həcm planlaşdırma və konstruksiya işlərinin məqsədyönlü həlli, material və mə'mulatların alınma mənbələrinin müəyyən olunması, onların gətirilməsi və quraşdırılması məsələləri daxildir.
Mühafızə qurğularının tikilməsi planında aşağıdakı əsas sənədlər olmalıdır:
1. Mühafizə qurğularının tikilməsi cədvəli (qurğunun tutumu, konstruktiv həlli (I layihə), tikilmə yeri, fəhlə və qulluqçuların daldalanması nəzərdə tutulan sexin (sahənin) adı və sayı.
2. Qurğunun yerləşdirilməsi planı (obyektdəki sexlərin adları və nömrələri, qurğunun yerləşdirilməsi və quraşdırılması qeyd olunan sənəd).
3. Obyektdə qurğunun tikilməsinin plan cədvəli (qurğunun tikilməsi üçün işçi qüvvəsinə, alətlərə və mexanizmlərə, eləcədə tikin¬ti hissələri və materialları daşımaq üçün müxtəlif növ nəqliyyat vasitələrinə olan ümumi tələbat göstərilir).
4. Qurğunun tikilməsi üçün lazımi material və hissələrin siyahısı (tikinti üçün şəhər (respublika) müəssisələrindən alınacaq material ve mə'mulatların adları və miqdarı, habelə gətirilmə müddəti)
• RD-nin mühəndis-texniki avadanlıqlarına bu sistemlər daxildir:
ventilyasiya;
• isitmə;
• su təchizatı;
•kanalizasiya;
• elektrik təchizatı və rabitə.
Daldalanan adamlar mühafizə qurğularından bu hallarda çıxarılırlar:
- “Hava həyacanı qurtardı” siqnalına əsasən (qurğunun yaxınlığındakı vəziyyət dəqiqləşdiriləndən sonra);
- Qurğuda müəyyən olunmuş müddət qurtardıqdan sonra;
- Qurğunu növbə üzrə t\rk etmək məcburiyyəti yarananda.
Məcburiyyət bunlardır:
- Sakit havada olarkən nəbzin bir dəqiqədə 120 ve daha artıq və ya 35-dən az olması;
- Bədənin temperaturu 38ºC və bundan artıq olması.

MÜHAFİZƏ QURĞULARI.


Hər bir adam yaşadığı, işlədiyi, oxuduğu yerlərdə mühafızə qurğularının harada olduğunu bilməlidir.


Təbii fəlakətlər və düşmən tərəfindən tətbiq edilən kütləvi qırğın sidlahının təsirindən yaranan fövqəladə şərait əhali üçün ən qorxulu şərait yaradır. Bu təhlükələrdən müdafiə olunmaq üçün kollektiv mühafızə vasitələri olan müharibə qurğuları tikilir.
Ümumiyyətlə, mühafizə qurğuları öz müdafiə xaraktertinə görə sığınacaqlara, radiasiya əleyhinə daldalanacaqlara və xüsusi mühafızə qurğusu olan xəndəklərə ayrılır. Bu qurğular əhalini demək olar ki, bütün təhlükələrdən tam qoruyur.
Mühafızə qurğuları sülh vaxtı müəssisə və idarə rəhbərləri, MM qərargahı ilə birlikdə hazırlayır. Müəssisələrdə və idarələrdə fəhlə və qulluqçuların hansı növbədə ən çox işləyən varsa onların sayına görə mühafızə qurğuları tikilir. Mühafızə qurğularının tikilməsində əsasən əldə olan materiallardan kərpicdən, daşdan, taxtadan, dəmir beton konstruksiyalarından istifadə edirlər.
Mühafızə qurğularından ən çox yayılmış və istifadə ediləni sığınacaqlardır. Sığınacaqlar digər mühafizə qurğularından öz möhkəmliliyi və davamlılığı, əhalinin yerləşdirilməsi və uzun müddət ondan istifadə edilməsi ilə fərqlənir.
SIĞINACAQLAR
Bu qurğular əhalini bütün təsiredici amillərdən (yüksək temperatur və zəhərləyici qəzalar olan yanğın zonalarında, partlayış təhlükəli radioaktiv və güclü təsirli zəhərləyici maddələrdən, dağılmış və uçulmuş bina və qurğulardan və s.) həm də KQS və adi hücum vasitələrindən demək olar ki, tam qoruyan mühafızə qurğusudur.
Sığınacaqlarda adamlar uzun müddət qala bilərlər. Hətta tam dağılmış ərazilərdə də onların təhlükəsizliyi bir neçə gün təmin olunur.
Mühafızənin davamlılığı və əhalinin müdafiəsi əsasən konstruksiyanın möhkəmliyindən, qurğunun üst örtüyünün qalınlığından, sanitar - gigiyenik şəraitdən asılıdır. Sığınacaqlar öz mühafızə xarakterlərinə görə 5 sinifə bölünür.
1. əhalinin yerləşməsinə görə: kiçik (150-300 nəfər), orta (300-600 nəfər), böyük (600 nəfərdən çox).
2. Yerləşdiyi əraziyə görə birgə tikilən, ayrı tikilən, metropoliten və dağ mədən qazmaları.
3. Hava təmizleyici qurğu təchizatma göre: FVU hava
təmizləyici qurğu sənaye tipli sadə avadanlıq olan əldə olan
materiallardan.
4. Tikilmə müddətinə görə: sülh vaxtı tikilən və tez tikilən.
Sığınacaqların sahəsi otıırma və uzanma yerlərinin sayına görə hesablanır. Sığınacaqda daldalanan adamlar üçün hər adama 0,5 ra2 sahə və 1,5 m3 həcmlik yer ayrılır. Bu quruluşda döşəmədən tavaııa qədər olan məsafə 2,2 m -ə qədər olur. Uzanma yerlərinin üst taxtından tavana qədər olan məsafə 0,75 m – dən az olmamalıdır. Sığmacaqlarda uzanma yerlərini müvafıq olaraq əhalinin sayına görə və sığınacaqların həcmiiııə görə 2 və 3 yaruslu ola bilər. 3 yaruslu otaqlarda hər adama 0,4 m2 yer ayrılır. İdarəetme punktunda işləyən fəhlə və qulluqçulara isə 2m2 olmaq şərti ilə ayrılır. Oturma yerləri hər adama 0,45 x 0,45, uzanma yerleri 0,55 x 1,8 m olmaq şərtilə normativ qəbul edilmişdir. İki yaruslu otaqlarda uzanma yerləri əhalinin 20 s/s-ni, üç yamslu otaqlarda isə əhalinin 30 s/s-ni təmin edir. Sığınacaqlarda 50 - 70 adam olmaq şərtilə ayrı - ayrı otaqlar tikilir. Bu otaqlarda da insanlara lazım olan avadanlıqlar mebel, cihazlar, alətlər, inşaat materialları, yanğın söndünnə vasitələri, tibbi ləvazimatlar yerləşdirilir. Sığınacaqlar və ayrı tikilməkle 2 növ olur. Birgə yəni hər hansı bir tikilinin və ya qurğunun zirzəmisində və ya yarım zirzəmisində olaıı sığınacaqlar daha çox yayılıb və istifadə edilir. Bu sığınacaqları inşa etmək daha asan başa gəlir, çünki zirzəmilərdə olan otaqları təmizləyib qapı və pəncərələri ümuıııiyyətlə bütün çat və yanıqları tutaraq oranı hermetikləşdirmək lazımdır. Həmin sığınacaqların konstruksiyaları tikilinin əsas hissələrinə qaynaq vasitəsilə birləşdirilir. Bütün kommunal enerji təchizatı da həmin biııa və qurğuların koınmunal enerji sistemiııə qoşulur, yəni işıq, qaz, su, kanalizasiya xətləri tikilinin bu xətlərinə qoşulur. Bu qurğuların, yəni birgə tikilən sığınacaqların möhkəmliyi və davamlığı, qapıların hermetikləşməsindən, üst örtüyündən, binanın möhkəınliyindən və dayanıqlığından, bütün qat və yarımqatların tutulmasından asılıdır. Birgə tikilən sığınacaqların müsbət cəhətinin çox olmasına baxmayaraq mənfi cəhətləri də var. Bele ki, dağıntı və fəlakət rayonlarında belə qurğular uçub dağılmış binaların altında qalaraq xilasetmə və digər təxirəsalınmaz qəza-Ьərpа işlərini çətinləşdirir.
Ayrı və ya xüsusi tikilən sığınacaqlar adətən birgə tikilən sığınacaqları inşa etmək mümkün olmadıqda tikilir. Bu sığınacaqlar birgə tikilən sığınacaqlardan fərqli olaraq açıq sahələrdə tikilir. Bu cür sığınacaqları inşa edərkən yerin relyefini nəzərə alaraq onu yeraltı qrunt sularından, su anbarlarından, yeraltı kanalizasiya və s kommunal eneıji xətlərindən kənarda tikmək lazımdır. Bu ona görə edilir ki, oraya su, qaz və s. insanlara təhlükə yaradan təsiredici amillər daxil olmasın. Bu sığınacaqları əsasən yeraltı keçidlərdən, ınetropolıteııdən, mədənlərdən, yeraltı qazma və qalereyalardan, yarğınlardan istifadə edərək inşa edirlər. Bundan başqa xüsusi avadanlıqlarla adamlar MM dəstələri ilə birlikdə də xüsusi sığınacaqlar tikə bilərlər. Ayrı tikilən sığınacaqlar ona yaxın olan bina və qurğulardan müəyyən məsafədə yerləşdirilməlidir. Belə ki, əgər binanın hündürlüyü 30 m olarsa onda sığınacağı həmin binadan 33 m – dən az olmayan məsafədə tikmək lazımdır.
Ayrı tikilən sığınacaqlar çox baha və əziyyətli başa gəlməsinə baxmayaraq, əhalinin müdafiəsi üçün əlverişlidir. Birgə tikilən sığınacaqlar dağıntı zonalarında uçğun qalıqları altında qaldıqları halda ayrı tikilən sığınacaqlar bu cür təsirlere məruz qalmırlar. Bu onun müsbət cəhətlərindən biridir.
Sığınacaqlar əsas və köməkçi otaqlardan ibarətdirlər. Əsas otaqlara aiddir - əhalinin yerləşdiyi otaqlar, idareetme punktu, tibbi otaqlar, müalicə mərkəzləri, cərrahiyə - sarğı və cərrahiyyə əməliyyatına hazırlıq otaqları.
Köməkçi otaqlarına isə aşağıdakılar aiddir: süzücü havatemizləyici otaqlar, sanitar qovşağı mühafizələnmiş dizel elektrik stansiyası (DES), ərzaq məhsullarının saxlanması otağı, tombur -keçid, tomburlar, oksigen balonları saxlanan və doldurulııb boşalma otaqları, giriş və çıxış qapıları, ehtiyat çıxış yolu.
Müalicə mərkəzləri olan sığınacaqlarda isə bufet və sanitar otaqları da olur. Bütün sığmacaqlarda giriş, çıxış qapısındaıı başqa ehtiyat qəza çıxışı da olur ki, bu çıxış həmin sığınacaqdan müəyyən məsafəyə kimi gedir. Ehtiyat çıxış yolu təhlükəsiz əraziyə kimi olmalıdır.
Sığınacaqlara giriş tombur - keçid vasitəsilə olur. Bele ki, adamlar əsas otağa keçmək üçün evvəlcə dəhlizə daxil olurlar. Bundan sonra qapılar bağlanır. Onları həmin dəhliz-keçiddə yoxlayırlar, üst paltarlarını, əşyalarını və özlərini müayinədən keçirilər. Sonra isə otaqlara buraxırlar. Əgər hər hansı bir adamda müəyyən bir xəstəlik, şüalanma və s. aşkar olunubsa, onda onu müalicə mərkəzlərinə yeriəşdirilər. Sığınacaqlarda yerdləşdirilən adamlara ilk növbədə hava lazımdır. Çünki, sığınacaqların qapılar bağlandıqda və xüsusi rejim işə düşdükdə oraya hava daxil olmur. Bu vaxt sığınacaqlarda havanın təzyiqi n.ş. atmosfer təzyiqindən bir neçə dəfə çox olur.
Havatəmizləyici qurğu sistemi daxildəki havanı xaricə vuraraq, əvəzinə təmiz havanı içəriye vurur. Havatəmizləyici qurğu sistemi aşağıdakı bir neçə hissələrdən ibarətdir.

Ümumiyyətlə, sığınacaqlar əsasən süzücü-veııtilyasiya sistemi ilə təmiz ventilyasiya rejimində işləyirlər. Yəni adi vaxtda oraya vurulan hava süzgəclər vasitəsilə mexaniki qarışıqdan təmizlənir (bu I rejimdir). Əgər havada, yəni sığınacağa vurulan havada zəhərli və radioaktiv maddələr, bakteroloji və bioloji mikroblar varsa, onda II rejim işə düşür. Bu vaxt sığmacaqlara vurulan hava süzücü-udııcu filtirlərdən keçərək təmizlənir və daxilə vurulur.


FŞ zamanı su və qaz basmış, GTZM dağılmış ərazilərdə, sığınacaqlar həmin ərazilərin altında qalıbsa, onda III rejim işə düşür. Bu vaxt sığınacaq bütün ətraf mühitdən təcrid olunur, oraya giriş çıxış bağlanır və havatəmizləyici qurğu regenerasiya edərək havanı içəridən bayıra vuraraq havanı dəyişdirir.
Sığınacaqlara vuralan hava adamların sayına görə hesablanır. Belə ki, I rejimdə hər adama 8 - dən 13 m3 I saat hava vurulur (bu da hava temperaturundan və sığmacağın yerləşdiyi ərazidən asılıdır)
II rejimdə hər adama 2 m3 I saat hava verilir. 3 — cü və 4-cü növ hava şəraiti olan zonalarda yerləşən sığınacaqlara, harada ki, ən isti ayda orta temperatur 25-30°S - çox olarsa, onda II rejimdə daxilə vurulan havanın həcmi 10 m3 I saat kimi artırıla bilər. Sığınacaqların elektrik təchizatı sistemi əsasən yerləşdiyi ərazinin elektrik stansiyasından gələn sistemə qoşulur. Əgər sığınacaqlar dağıntı və uçqun altında qalıbsa və bütün enerji sistemi dağılıbsa, onda daxili imkanlardan istifadə edilir. Belə ki, sığınacaqda olan mühafızələnmiş DES işə düşür və elektrik enerjisi ilə hava təmizləyici qurğunu, sığınacağa daxil olan suyu qazı təmizləmək üçün nasosları işə salaraq insanları təhlükədən qoruyur. DES başqa sığınacaqlarda ehtiyat işıq mənbələri: əl fanarları, akkumlyatorlar və s. olmalıdır. Hava təmizləyici qurğunu elektrik enerjisi olmadıqda əl ilə işə salırlar.
Hər bir sığınacaqda müəssisənin idareetmə punktu ilə rabitə əlaqəsi olmalıdır. Bundan başqa yerli radio–rabitə sisteminə qoşulmuş səs gücləndiriciləri, reproduktorlar olmalıdır ki, bunlar da əhalinin məlumatlandırılması üçündür.
Kanalizasiya və su xətləri isə həmin şəlıər və yaxııd rayonun baza xətlərinə qoşulur. Əgər bu xətlər dağılıbsa və təchizat sistemi pozulubsa, onda ehtiyat su anbarlarından istifadə cdilir.Tullantıları isə xüsusi qazmalara atmaq lazımdır.
Sığınacaqlarda hər adama, qaldığı müddətdən asılı olmayaraq içmək üçün б litr satiitar-gigiycrıik tənıizİik üçün isə 4 litr su ehtiyatı olur. 600 nəfərdən çox əhali yerleşdirən sığmacaqlarda isə bundan əlavo 4,5m3 sıı ehtiyatı saxlanılır.
Tez hazırlanan sığınacaqlar birgə və ayrı tikilən sığınacaqlardaıı fərqli olaraq adi şəraitdə deyil, qeyri - adi şəraitdə, yəni FŞ zamanı tikilir. Bu vaxtı adamlar əldə olan materiallardan istifadə edərək tez bir zamanda sığınacaq hazırlayırlar. Bunun üçün əsasən yığma - beton konstruksiyalardan, şəhərlərdə olan yeraltı muhəndis kollektor qurğıılarındaıı və s. istifadə etmək lazımdır. Həmin qurğulara qapılar qoyıılur, oranı hermetikləşdirir və ventilyasiya sistemi qoşulur. Teztikilən sığınacaqlarda da о biri sığmacaqlar kimi oturma və uzanma yerləri nəzərdə tutulur. Ancaq bu sığınacaqlarda 50-dən 300-ə kimi adamlar yerleşdirilə bilər. Bütün qalan sistenıləri yuxarıda qeyd etdiyimiz kimi birgə və ayrı tikilən sığınacaqlarda olduğıı kimidir.

RADİASİYA ƏLEYHİNƏ DALDANACAQLAR


Hər bir şəxs özü üçün daldanacaq tikməyi bacarmalıdır.
RƏD hermetik olmayan qurğulardır. Bu qurğulardan əsasən fövqəladə hallarda istifadə edilir. 50 nəfərdən çox yerləşən RƏD –da 2-dən az olmayaraq giriş, ÇLXİŞ olur. Bu qapıların ölçüsü 80x180 sm az olmamalıdır. Və bu qapılar bir birinə əks istiqamətlərdə 90° bucaq altında olmalıdır. Bu qurğularda ümumiyyətlə havatəmizləyici kameralar və aqreqatlar olmur. Ona görə də orada olan adamlar 4 -6 saatdan artıq qala bilməzlər. Çünki RƏD-da lıava getdikcə azalır və nəfəsalma çətinləşir. RƏD qurduqda pəncərələrini bütün qalınlığı qədər daş və ya kərpiclə hörurlər, bütün çat və yarıqları parça və yaxud kətanla tuturlar. Divarları qum — sement, palçıq və nəhayət torpaqla doldurmaq lazımdır. Qapıları çərçivəyə tərəf sıxaraq bərkitmək və üzərinə yun, pambıq və yaxud kətan parça ilə örtmək lazımdır. Dəhlizdə əlavə qapı qoymaq lazımdır, əgər bu mümkün deyilsə, onda qapının əvəzinə pərdədən də istifadə etmək olar.
Qida məhsullarının və suyu RƏD - da əsasən divarlarda açılmış rəflərdə saxlayırlar. Bu daldanacaqlar hermetik olmadığı üçün radioaktiv maddələr olaıı ərazilərdə RƏD - da qida məhsullarından və sudan istifadə etmək qadağandır. Sııyu xüsusi termoslarda ağzıbağlı halda saxlamaq lazımdır. Qida məhsullarını isə selofan zəmbillərə qoyub bağlayırlar.
Radioaktiv maddələrin RƏD-a düşməsi üçün dəhlizdə üst paltarlarını və əşyaları radioktiv maddələrdən təmizləmək lazımdır. Yalnız bundan sonra içəriyə girmək olar. Birinci 3-5 saat ərzində qapılar və havatəmiziəyici borular qapalı vəziyyətdə saxlanmalıdırlar.
Müəyyən vaxtdan sonra radiasiya səviyyəsi düşür və 4-6 saatdan bir otağın havasını döyişmək lazımdır. Bu zaman ikitərəfli qapıları açıb içəridə külək axını yaratmaq lazım deyil. Otağın lıavasını dəyişmək üçüıı içəridəkilər fərdi mühafizə paltarlararı geyinərək bayıra çıxırlar, bundan sonra havatəmizləyən sobanın qapağı açılır və içərinin havası dəyişir. Əgər çöldə radiasiya səviyyəsi çox yüksəkdirsə, onda otaqda fərdi mühafızə paltarlarıda lazımdır. Dəhlizdə elavə qapı qoymaq lazımdır, əgər bu mümkün deyilsə, onda qapının əvəzinə pərdədən də istifadə etmek olar.
Qida məhsullarının və suyu RƏD - da əsasən divarlarda açılmış rəflərdə saxlayırlar. Bu daldanacaqlar hermetik olmadığı üçün radioaktiv maddələr olan ərazilərdə RƏD - da qida məhsullarından və sudan istifadə etmək qadağandır. Suyu xüsusi termoslarda ağzıbağlı halda saxlamaq lazımdır. Qida məhsullarını isə selofan zəmbillərə qoyub bağlayırlar.
Radioaktiv maddələrin RƏD-a düşməsi üçün dəhlizdə üst paltarlarını və əşyaları radioktiv maddələrdən təmizləmək lazımdır. Yaİnız bundan sonra içəriye girmək olar. Birinci 3-5 saat ərzində qapılar və havatəmizləyici borular qapalı vəziyyətdə saxİanmalıdırlar.
Müəyyən vaxtdan sonra radiasiya səviyyəsı düşür və 4-6 saatdan bir otağın lıavasını dəyişmək lazımdır. Bu zaman ikitərəfli qapıları açıb içəridə külək axını yaratmaq lazəm deyil. Otağın havasını dəyişmək üçün içəridəkilər fərdi mühafizə paltarlarını geyinərək bayıra çıxırlar, bundaıı sonra havatəmizləyən sobanın qapağı açılır və içərinin havası dəyişir. Əgər çöldə radiasiya səviyyəsi çox yüksəkdirsə, onda otaqda fərdi mühafizə paltarlarında oturmaq lazımdır. 50 nəfərdən çox adam olan daldanacaqda əl və yaxud mexaniki hərakətli hava təmizləyicilərindən istifadə edirlər. Hər 2 — 3 gündən bir RƏD-in üst hissəsini və döşəməsini nəm əski ilə silib təmizləmək lazımdır.
SADƏ DALDANACAQLAR VƏ YAXUD XƏNDƏKLƏR
Hər bir kəs özü üçün sadə daldanacağı olan xərıdək tikməyi bacarmalıdır. Əhalinin müdafiəsini təmin etmək üçün ən sadə daldanacaq olan xəndəklərdən istifadə edirlər. Xəndəklər əhali tərəfindən kütləvi surətdə tez bir zamanda hazırlanır. Xəndəklər üstü örtülü və ya üstü açıq ola bilər. Üstü açıq xəndək radioaktiv zəhərlənməni 2-3 dəfə azaltdığı halda üstü örtülü xəndəklər 10-50 dəfə azaldır. Xəndəklər əsasən tikilərkəıı aşağıdakı qiymətlər üzrə hesablanır.
Dərinlik -200 sm
Eni — 120 sm
Uzunluğu - 80 sm
Xəndəklərin uzunluğu orada daldalanan adamların sayına görə hesablanır. Məsələn, 10 adam yerləşən xəndəklərin uzunluğu 8-10 m qədər olur. Burada 7 nəfərlik oturma və 3 nəfərlik uzanma yerləri olur. Xəndəklərin üstünü müxtəlif materiallarla örtmək olar. Divarlarını isə diametri 18 - 20 sm olan ağaclardan tikirlər. Xəndəyin üstünü əsasən radiasiyanı zəiflədən materiallardan, məsələn, dəmir-beton piltədən, polietilen torbaya doldurulmuş gil və ya qumdan, izoləedici mbroitdən və s. istifadə edərək örtürlər. 20 nəfərə kimi adam yerləşdirilən xəndəklərdə bir çıxış, 20 nəfərdən çox yerləşdirilən xəndəklərdə isə 2 çıxış olur. Xəndəyi elə tikmək lazımdırdır ki, gələcəkdə onu RƏD kimi qurmaq mümkün olsun. Xəndəyin ən müsbət cəhəti odur ki, onu tez bir zamanda hazırlamaq mümkündür.
Mühafizə qurğuları xüsusi dəstələr tərəfindən nəzarətdə saxlanır, hansı ki, bu dəstələr həmin qurğudların hər bir zaman hazır olmağına, onlardan istifadə edilməsinə, əhalinin həınin qurğularda yerləşdirilməsinə və nəhayət əhaliyə qulluq göstərilməsinə cavabdehdirlər. Bu dəstələrin rəhbərləri mühafizə qurğusunun istifadəsinin düzgün aparılmasını bilməlidir. FŞ baş verdikdə mühafizə qurğularını əhaliııin yerləşdirilməsinə hazırlamaq lazımdır. Həyəcan siqnalı verilən kimi əhalini, mühafizə qurğularını bərabər, normada yerləşdirmək və bundan sonra qapıları, giriş - çıxış yollarını bağlamaq, nəhayət havatəmizləyici qurğunu işə salmaq lazımdır.

Yüklə 336,78 Kb.

Dostları ilə paylaş:
1   ...   14   15   16   17   18   19   20   21   22




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə