MühaziRƏ 4 Təsərrüfat-maliyyə əməliyyatlarının auditi


Valyuta əməliyyatları auditinin aparılması qaydaları



Yüklə 32,08 Kb.
səhifə3/4
tarix19.01.2022
ölçüsü32,08 Kb.
#82981
1   2   3   4
audit muhaziremuhazire 4

Valyuta əməliyyatları auditinin aparılması qaydaları.

Valyuta əməliyyatları bankların və müəssisələrin həm yerli pul vahidi ilə həm də xarici pul vahidi ilə əməliyyatlar aparmasıdır. Bu əmləliyyatlar bankların valyuta alqı-satqısı əməliyyatları, xarici valyutada qiymətli kağızların alqı-satqısı əməliyyatları və eləcə də müəssisələrin xarici valyutada ticarət əməliyyatları ola bilər. Valyuta əməliyyatları banklarda və eləcə də müəssiələrdə önəmli əməliyyatlardan biri sayılır. Bu baxımdan bu əməliyyatların audit tərəfindən yoxlanması müstəsna əhəmiyyət kəsb edir. Valyuta əməliyyatları auditinin metodikası dedikdə, bank və müəssisələrdə aparılan valyuta əməliyyatları üzrə audit yoxlamasının prosedur qaydaları və burada istifadə olunan üsullar başa düşülür. Bir qayda olaraq auditor müəssisələrdə yoxlama işləri apararkən, pul əməliyyatlarının yoxlama nəzarətindən keçirərkən valyuta əməliyyatlarına diqqət yetirməlidir. Valyuta əməliyyatları pul əməliyyatlarının tərkib hissəsidir. Lakin onlar bir sıra spesifık xüsusiyyətlərə malikdir. İlk növbədə hər hansı təsərrüfat-maliyyə əməliyyatlarını xarici valyutalarla aparmaq üçün xüsusi razılıq olmalıdır. Yəni muessisələrin bu əməliyyatı aparmaq səlahiyyətinin olması vacibdir. Eyni zamanda valyuta əməliyyatlarında məzənnə kurslarına düzgün əməl edilməlidir. Auditor müəssisələrdə valyuta əməliyyatının normativ hüquqi sənədlərə uyğun olaraq təşkilinin audit yoxlamasını keçirdikdən sonra valyuta əməliyyatlarının yoxlanmasına başlamalıdır. Valyuta əməliyyatlarının yoxlama metodikası burada da nağd və nağdsız pul əməliyyatlarında olduğu kimi, yoxlamanın əhatə etdiyi bütün dövrün başdan-başa yoxlanmasını nəzərdə tutur. Audit yoxlaması ilə ilk növbədə müəssisənin valyuta əməliyyatlarının aparılmasına dair muvafiq lisenziyanın olub-olmaması yoxlanılmalıdır. Növbəti mərhələdə müəssisələrin aparılan valyuta əməliyyatlarına dair müvafıq müqavilələrin və bu müqavilədə nəzərdə tutulan məbləğlərin faktiki əməliyyatların məbləğlərə uyğun olması üzləşdirilməlidir. Audit yoxlamasında, həmçinin müəssisənin ölkəyə gətirdiyi valyutanın həcmi, bu valyuta dəyərinin manata olan məzənnəsi nəzərdən keçirilməlidir. Valyuta əməliyyatlarının audit yoxlaması aparılan zaman idxal vasitəsilə alınmış məhsulların müəssisəyə mədaxil edilməsinə, onların qiymətləndirilməsinə baxılmalı və bu qiymətləndirmənin nəticələri vergi bəyannamələrində əks olunan məbləğlərlə üzləşdirilməlidir.


  1. Yüklə 32,08 Kb.

    Dostları ilə paylaş:
1   2   3   4




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə