Mühazirə Məruzə Çıxış Ədəbiyyat: Abdullayev N., Məmmədov Z. Nitq mədəniyyətinin əsasları. Bakı, 2008



Yüklə 195,81 Kb.
səhifə81/83
tarix08.06.2023
ölçüsü195,81 Kb.
#116069
növüMühazirə
1   ...   75   76   77   78   79   80   81   82   83
az dili

Fakültə: Pedaqoji
İxtisas: Azərbaycan dili və ədəbiyyat müəllimliyi
Kurs: I
Fənn: Azərbaycan dilində işgüzar və akademik kommunikasiya
Müəllim: Xuraman Hacizadə
Mövzu: Reklam, elan, bildiriş, afişa, annotasiya, anons.

Reklam məktubu


Reklam məktubu əldə edilməsinə həvəsləndirmə formasında əmtəə və xidmətlərin təsvirini birləşdirən ticari məktubdur. Ticari fəaliyyəti həyata keçirən istənilən şirkət istehsal olunmuş məhsul və ya göstərilən xidmətlərin reklamı ilə məşğul ola bilər. İşgüzar yazışma təcrübəsində məzmununa görə müxtəlif reklam məktublarından istifadə olunur. Onları şərti olaraq iki qrupa ayırmaq olar:
- əmtəə və xidmətlər təklifini verən məktublar;
- şirkət haqqında məlumatı özündə ehtiva edən məktublar.
İşgüzar məktubların göstərilən növlərindən başqa reklamda əmtəə və xidmətlər haqqında ətraflı, bəzən isə bütün təfsilatı ilə göstərilən müxtəlif növ elanlar, bülletenlər (qısa rəsmi məlumatlar) geniş tətbiq olunur. Onlar reklam məktubları deyil, lakin reklam fəaliyyətini dəstəkləyir və bir qayda olaraq şirkət və ya əmtəə haqqında ilkin informasiyanı məhz reklam məktubundan və ya digər üsulla maraqlı tərəfin tələbinə müvafiq şəkildə təqdim olunurlar.
Reklam məktubları
Reklam məktubları aşağıdakı qaydalara riayət edilməklə tərtib olunur:
1. Müxtəsərlik. Reklam məktubu bir səhifədən artıq olmamalıdır, belə ki, bir səhifədən artıq həcmə malik reklam mətni çox güman ki, axıra qədər oxunmayacaqdır. 2. Zərurilik. Reklam məktubunun mətni lakonik, aydın, məlumatverici olmalıdır. Reklam məktubunda şirkət, onun təklif etdiyi əmtəə və xidmətlər haqqında ətraflı məlumat verilməsinə ehtiyac yoxdur. Yalnız şirkəti, onun mallarını digər istehsalçılardan fərqləndirən cəhətləri nəzərə çatdıran ən əhəmiyyətli məlumatları göstərmək lazımdır. 3. Dəqiqlik. Reklam məktubunda şirkətin xidmətlərini, onun nailiyyətlərini və üstünlüklərini həddən artıq tərifləmək lüzumsuzdur, belə ki, istənilən məlumatı hər zaman yoxlamaq heç də çətin məsələ deyil. 4. Bezdirici olmamaq. Əmtəə və xidmətlərin təklifi hədsiz dərəcədə təkidlə təklif olunmamalıdır. Təklifin hətta müxtəlif variantlarda belə dəfələrlə təkrarı alıcıda ondan imtina hissi yarada bilər. Reklam məktubu bezdirici deyil, inandırıcı olmalıdır. 5. Qəti tərtibat. Reklam məktubu şirkətin təqdimolunma forması olduğundan, heç bir bəzək elementi (qızıl güllər, çiçəklər, budaqlar və s.) istifadə olunmadan yazı üçün gərəkli bütün rekvizitlərlə blankda tərtib olunmalıdır.
6. Üslubi tərtibatın səmərəliliyi. Reklam məktubunun tərtibatında şrift 13dən, sətirlərarası interval isə 1,5-dən kiçik olmamalıdır. Reklam məktubunun tərtibi zamanı müəyyən qaydalara riayət olunmalıdır.
Belə ki, reklam məktubunda təklif olunan əmtəə və xidmətlər haqqında məlumat verildiyindən, o aşağıdakı sxem üzrə yaradılır:
1. Adresata müraciət (məsələn, “Hörmətli cənablar!” və ya “Hörmətli məsləkdaşlar!”). 2. Şirkətin qısa xarakteristikası. 3. Əmtəə və xidmətlərin əsas dəyərlərinin sadalanması ilə təqdim olunması. 4. Əlavə və ya əlaqədar şərtlərin göstərilməsi. 5. Əməkdaşlığın konkret formaları (topdan və pərakəndə satış, göstərilən xidmətlər) haqqında təklif. 6. Lazım gəldikdə malların nümunəsinin verilməsi, əmtəə və xidmətlər haqqında ətraflı məlumatın verilməsinə hazırlığın bildirilməsi və möhtəməl alıcıda yarana biləcək bütün mümkün suallara cavab. 7. Əməkdaşlığa ümidin ifadəsi. 8. İmza (vəzifə, inisiallar, soyad). Şirkəti təqdim edən reklam məktubu aşağıdakı sxem əsasında tərtib olunur:
1. Adresata müraciət. 2. Şirkətin qısa xarakteristikası. 3. Eyni əmtəə və xidmətləri təqdim edən rəqiblərlə müqayisədə şirkətin əsas fəaliyyət istiqaməti, onun nailiyyətləri, dəyər və üstünlükləri haqqında məlumat. 4. Əməkdaşlığın konkret formaları haqqında təklif. 5. Şirkət haqqında ətraflı məlumat verməyə hazırlığın bildirilməsi və əməkdaşlığa dair bütün suallara cavab vermək. 7. Əməkdaşlığa ümidin ifadəsi.
8. İmza (vəzifə, inisiallar, soyad).
İş təcrübəsində nəinki şirkət və onun struktur bölmələrinin rəhbərləri, hətta sıravi işçilər – menecerlər, baş menecerlər, mütəxəssislər və s. tərəfindən imzalanan reklam məktubları ilə qarşılaşmaq olar. Lakin məktuba daha yüksək etimadın yaranması və alıcıya təsir göstərilməsi üçün yaxşı olar ki, məktub struktur bölmə rəhbəri vəzifəsindən aşağı vəzifəli şəxs tərəfindən imzalanmasın, şirkəti təmsil edən məktublar isə ümumiyyətlə rəhbər və ya onun müavinlərindən biri tərəfindən imzalansa daha yaxşı olar.
Reklam məktublarının tərtibi zamanı işgüzar yazışmanın ümumi qaydalarına riayət olunmalıdır, lakin yazıya diqqət cəlb etmək üçün mətnin müxtəlif üslubi tərtibat növündən istifadə olunması mümkündür. Məsələn, ayrı-ayrı, daha önəmli mətn hissələri üçün müxtəlif şriftlərdən istifadə etmək, mətnin ayrı-ayrı hissələrini yarımqara şriftlə ayırmaq olar. Lakin bu zaman tərtibat effektinin məktubun məğzindən diqqəti yayındırmaması üçün müəyyən qaydalar gözlənilməlidir.

BİLDİRİŞ


Bildiriş əməli yazıların sadə və çox işlənən formasıdır. Anons, bildiriş, alışa, reklam və s. kimi əməli yazılar elan xarakterlidir. Məzmun və məqsədinə, əhatə dairəsinə görə bildiriş-elanlar müxtəlifdir. Bildiriş hər hansı bir tədbir (hadisə) haqqında müəyyən kollektivə və ya ictimayyətə əvvəlcədən verilən məlumat anlamındadır. Bildiriş (elan) yazılarkən aşağıdakı məqamlar diqqət mərkəzində saxlanmalıdır: 1. Vərəqin ortasında böyük hərflə "Bildiriş" yazılır; 2. Məlumatın mahiyyəti, məzmunu aydın və dəqiq olmalıdır; 3. Ayın tarixi, saatı və il dəqiq qeyd edilməlidir; 4. Tədbirin keçiriləcəyi yer, ünvan (ərazi, bina), lazım gələrsə təşkilatın yerləşdiyi otağın nömrəsi, varsa telefonu göstərilir; 5. Məlumatın kim tərəfindən verildiyi bilinməlidir; 6. Məlumatda hər hansı bir məsələ gizli saxlanıla bilər; Bildiriş respublika və ya şəhər miqyaslı olarsa qəzetdə, radio və televiziyada da verilə bilər.

Nümunə:
Bildiriş


Tələbələrin nəzərinə.
Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının əyani şöbəsində II yanmilin dərsləri 15 fevral 2010-cu il tarixdən başlanacaq.
Tədris hissəsi.

Nümunə:
ELAN


2010-cu il may ayının 20-də saat ll""-da akt zalında IV kurs tələbələrinin "Pedaqoji təcrübə"yə həsr olunmuş konfransı ke- çirilicək. Təcrübə rəhbərlərinin və tələbələrin iştirakı vacibdir.
"Bədən tərbiyəsinin nəzəriyyəsi və onun tədrisi metodikası" kafedrası

ANNOTASİYA


Annotasiya latınca "annotamik" sözündən olub "qeyd aparmaq", "əlavə etmək" deməkdir. a) Annotasiyanın mahiyyəti-hər hansı bədii və ya elmi əsər, eləcə də dərslik, dərs vəsaiti, məqalə, tamaşa və s. haqqında qabaqcadan müəllifin və ya işə məsul şəxsin məlumatını, işin məzmununu qısa şəkildə şərh etməkdir. b) Annotasiyanın məzmunu hissəsində əsərin müəllifi, jann, həcmi, məzmunu haqqında məlumaf verilir. Annotasiyada əsərə (kitaba) qısaca rəy də verilə bilər. c) Forması. Vərəqin ortasında annotasiya sözü yazılır, ondan aşağıda müəllifin adı, afasmın adı və soyadı gösfərilir. Sonrakı səfirdə əsərin mövzusu, nəşriyyafm adı, nəşr ili, həcmi gösfərilir. Nümunə: Annotasiya
Nazim Məcidov. "İdman nəzəriyyəsi' saiti, Bakı, 2009-cu il, 110 səh.
Pedaqoji elmlər namizədi, professor, Azərbaycan Respublikasının əməkdar müəllimi, ADBTİA-nm elmi işlər üzrə prorektoru Nazim Məcidovun dərs vəsaiti giriş, üç fəsil, nəticə və istifadə olunmuş ədəbiyyatın siyahısından ibarətdir. Müəllif dərs vəsaitinin giriş hissəsində tədqiq etdiyi mövzunun aktuallığından, tədqiqatın məqsəd və vəzifəsindən, obyekti və materialından, işin metodlarından, yeniliyindən, nəzəri və praktik əhəmiyyətindən bəhs edir. Vəsaitin birinci fəslində filan ..., ikinci fəslində filan ... və üçüncü fəslində (adı göstərilməklə) filan ... məsələlərdən əhatəli danışılmışdır. Nəticədə müəllif öz dəlil və sübutlarını konkret şəktldə yekunlaşdırmışdır. Dərs vəsaiti Bədən Tərbiyəsi və İdman Akademiyasının ixtisasçı müəllimləri və tələbələri üçün nəzərdə tutulmuşdur.

AFİŞA
Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirliyi Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyası


28 may 2010 Respublikanın xalq artisti, professor Məsum İbrahimovun iştirakı ilə Niyazi adma Azərbaycan Dövlət Filarmoniyası artistlərinin
Xeyriyyə konserti Proqramda: Azərbaycan muğamları, xalq mahnıları və bəstəkarların populyar musiqi əsərləri Əldə olunan vəsait Qarabağ Veteranlannm Yardım Fondunun hesabına köçürüləcəkdir. Konsert saat 15""-da Akademiyanın akt zalında olacaqdır. Biletlər foyedə satılır.


Yüklə 195,81 Kb.

Dostları ilə paylaş:
1   ...   75   76   77   78   79   80   81   82   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə