|
Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarova Təhsil Qanunu. Təhsil sisteminin prinsipləri və quruluşuali-mekteb-pedaqogokasi-muhazire-1doc2. Təhsil Qanunu. Təhsil sisteminin prinsipləri və quruluşu
Azərbaycan Respublikasında təhsil sistemi Təhsil Qanunu ilə idarə və tənzim
olunur. Təhsil Qanunu vətəndaşların təhsil hüququnun təmin edilməsi sahəsində döv-
lət siyasətinin əsas prinsiplərini və təhsil fəaliyyətinin tənzimlənməsi şərtlərini müəy-
yən edir. Təhsil Qanunu 19 iyun 2009-cu ildə Azərbaycan Respublikası Milli Məclisi
tərəfindən qəbul olunmuş, 5 sentyabr 2009-cu ildə qüvvəyə minmişdir. Təhsil Qanu-
nu 6 fəsildən ibarətdir. “Ümumi müddəalar” adlanan I fəsildə əsas anlayışlar, təhsil
hüququna dövlət təminatı, təhsil sahəsində dövlət standartları, tədris dili kimi məsə-
lələr öz əksini tapmışdır. II fəsildə Azərbaycan Respublikasının təhsil sistemi şərh
olunur. Burada təhsil sisteminin quruluşu, təhsildə keyfiyyət səviyyəsi, təhsilin məz-
munu və təşkilinə dair ümumi tələblər, təhsilin formaları, təhsil müəssisələri, təhsilin
pillələri və s. məsələlərdən bəhs edilir. III fəsil təhsilin idarə olunmasına, təhsil sub-
yektlərinin hüquqları, vəzifələri və sosial müdafiəsinə, IV fəsil təhsil iqtisadiyyatı və
təhsil müəssisələrində sahibkarlıq fəaliyyətinə, V fəsil təhsil sahəsində beynəlxalq
əlaqələrə, IV fəsil keçid və yekun müddəalarına həsr olunmuşdur.
Təhsil Qanununda
Dostları ilə paylaş: |
|
|