|
Mühazirə mətnləri Tərtibçilər: Məcid İsmixanov, Rəfiqə Bəxtiyarovaali-mekteb-pedaqogokasi-muhazire-1doctəhsilin məzmununa dair
müxtəlif nəzəriyyələr
mövcud olmuşdur: maddi, formal
və dialektik təhsil nəzəriyyələri.
Maddi təhsil nəzəriyyəsinə
görə, təlimin məqsədi tələbələrə həyatda lazım olan
bilik və bacarıqlar verməkdən ibarətdir.
Formal təhsil nəzəriyyəsinə
görə, təlimin məqsədi ağlı, zehni qabiliyyətləri inki-
şaf etdirməkdir.
Göstərilən hər iki mövqe yanlış olub, təlimin əsas məqsədlərini bir-birinə qarşı
qoyur. Bu birtərəfli, metafizik nəzəriyyələrdən fərqli olaraq
dialektik təhsil nəzəriy-
yəsi
təlimin hər iki məqsədini vəhdətdə götürür: təlim həm bilik verməli, həm də
zehni qabiliyyətləri (ağlı) inkişaf etdirməlidir. Ali təhsilin məzmunu elə qurulmalıdır
ki, tələbələr elmi biliklərlə yanaşı, zehni qabiliyyətlərə, təfəkkür metodlarına da yiyə-
lənmiş olsunlar.
Dostları ilə paylaş: |
|
|