Nəqliyyatın ətraf mühitə mənfi təsiri, onunla mübarizə tədbirləri
Müasir avtomobillərdə işlədilən daxili yanma mühərrikləri işlənmiş qazların tərkibində
ətraf mühitə böyük miqdarda zəhərli birləşmələr (dəm qazı - CO, azot oksidləri - NOx,
karbohidrogenlər - CH və s.) buraxır. Bu zərərli birləşmələrin nəinki təbiət, hətta cəmiyyət üçün
də böyük təhlükəsi var. Atmosferə atılan zəhərli maddələrin gündəlik miqdarı (mütləq qiyməti)
dövlət standartı ilə aşağıdakı hədlərdə normalaşdırılmışdır: CO - 1 mq./
3
m
, NOx - 0,085 mq/
3
m
, CH - 0,035 mq/
3
m
. Onkoloqların apardıqları elmi-tədqiqat işləri göstərir ki, xərçəng
xəstəliyinin yayılmasında avtomobil nəqliyyatı tərəfindən atmosferə buraxılan zəhərli
birləşmələrin rolu kifayət qədərdir /23, 32/.
İşlənmiş qazların tərkibində zəhərli komponentlərin miqdarının çox olması ilk növbədə
mühərrikin konstruktiv xüsusiyyətləri, işlədilən istismar materiallarının keyfiyyəti, qida və
alışdırma sistemlərində nizamlama işlərinin vaxtında və keyfiyyətlə aparılmaması, yanma
prosesinin səlis getməməsi, mühərrikin texniki vəziyyəti və s. amillər ilə izah edilir. Bu
baxımdan ətraf mühitin qorunması üçün konstruktiv-texnoloji və istismar amilləri bir-birləri ilə
sıx əlaqədə öyrənilməlidir ki, bu da avtomobil sənayesi və nəqliyyatı işçiləri tərəfindən nəzərə
alınmalıdır.
Atmosferə
buraxılan işlənmiş qazların tərkibi daxili yanma mühərrikinin
konstruksiyasından asılı olaraq dəyişir. Zəhərli komponentlərin əsasını təşkil edən dəm qazı, azot
oksidləri və karbohidrogenlərin miqdarı benzin və dizel mühərrikləri üçün aşağıdakı qiymətlərə
qədər dəyişirlər (%-lə):
CO NOx CH
Benzin mühərrikləri üçün 8 0,8 2
Dizel mühərrikləri üçün 0,5 0,4 0,1
90
Bu göstərilən zəhərli maddələr insan orqanizminə daxil olaraq başgicəllənmə, qıcolma,
təngnəfəslik, ürək bulanma və s. bu kimi qeyri-normal hallar əmələ gətirir.
Avtomobil nəqliyyatının ətraf mühitə mənfi təsirinin ikinci əlaməti onun işinin səslə
əlaqədar olmasıdır. Belə ki, avtomobil işlədikdə sakitliyi pozan (təsir edici dərəcədə) səs əmələ
gətirir. Səsin də sürəti 300 m/san. olduğu üçün ətrafı tez bürüyür. Səsin yayılma sürətini qrafiki
şəkildə sinusoid kimi təsəvvür etmək olar ki, onun da amplitudası səsin gücünü (səviyyəsini),
dalğanın uzunluğu isə onun yüksəkliyini (tonunu) göstərmiş olur. Bildiyimiz kimi səsin gücünün
ölçü vahidi desibeldir (dB - 1000 hers tezlikli səsin gücü). Təcrübə məqsədi ilə aparılan tədqiqat
işləri göstərir ki, istehsal sahəsində səsin gücü artdıqca orada işçinin qalma müddəti və buna
mütənasib olaraq işləmə qabiliyyəti azalır. Məsələn, səsin gücü 90 dB oları yerdə insan normal
olaraq 8 saat qala bilər. Səsin gücünün hər 5 dB artımında (90 dB-dən sonra) insanın həmin
sahədə qalma müddəti 2 dəfə qısalır /2, 16/. Bunları nəzərə alaraq səsin gücü normalaşdırılır.
Avtomobilin ətraf mühitə mənfi təsirinin üçüncü əlaməti onun işinin yol-nəqliyyat
hadisələrinin (qəzalarının) törəməsinə səbəb olmasıdır. Yol-nəqliyyat hadisələrinin analizi
göstərir ki, bütün ağır təsirli qəzaların 4...7%-i texniki cəhətdən saz olmayan avtomobillərin
üzərinə düşür.
Dostları ilə paylaş: |