Mühazirələr konspekti Tərtib etdi: dosent Hüseynli Z. S. Bakı 2022 FƏNNİn məQSƏd və VƏZİFƏLƏRI



Yüklə 1,12 Mb.
səhifə17/20
tarix21.06.2023
ölçüsü1,12 Mb.
#118367
növüMühazirə
1   ...   12   13   14   15   16   17   18   19   20
C fakepathTMAMMP mühazireler konspekti

15. SÜRTÜNMƏ MAŞINLARI

Sürtünmə maşınları sürtünmə materialları tədqiq etmək üçün tətbiq olunmuş sınaq qurğularıdır. Sürtünmə maşınları xüsusiləşdirilmiş və universal tipdə ola bilərlər. Ən geniş yayılmış maşınlara nəzər salaq.


AE – 5 yağlama və süni termotənzimləmə şəraitində materialları sürtünməyə və yeyilməyə qarşı tədqiq etmə üçün sınaq qurğusudur. Təmas sxemi: barmaqcıq nümunələri – müstəvi üç. Onlar etalon diskə sıxılır. Termotənzimləmə vasitəsilə ya soyudulur, yaxud 473˚ K qədər qızdırır.
Əsas texniki göstəricilər:
Nümunələrin diametri, mm 10
Diskin diametri, mm 200 . . . 300
Sürüşmə sürəti, m  20
Arçard maşını – sürtünmə materialları nümunələrinin yeyilməyə davamlılığını tədqiq etmək üçün laboratoriya sınaq qurğusudur. Iki təmas sxemi istifadə oluna bilər: barmaqcıq nümunənin baş səthi (Ø6) – silindrin (Ø25 . . . ØF30) yan səthi; barmaqcıq nümunənin yan səthi – slindrin yan səthi. Oxboyu qüvvənin geniş həddə dəyişərək müxtəlif yeyilmə növlərini tədqiq etmək olar. xətti yeyilmə mikrometrlə yaxud profiloqraf vasitəsilə ölçülür.
QP (MPT – 1) maşını sürtünmə zamanı sışrayışlı hərəkəti tədqiq etmək və sükunət sürtünmə əmsalını təyin etmə üçün tətbiq olunmuş laboratoriya sınaq qurğusudur. Maşının işci orqanı tədqiq olunacaq materialdan hazırlanmış lövhəli sürüngəcdir. Nümunələrdə qüvvə simmetrik yüklərlə verilir. Osilloqrafda sürtünmə momentinin ölçülməsi və qeyd olunması cevik elementə yapışdırılmış tenzovericilərin köməyi ilə həyata kecirilir.
Əsas xarakteristikaları:
Lövhənin ölçüləri, mm 150 x 60 x 10
Nümunənin ölcüləri, mm
Dairəvi   10
Düzbucaqlı 10 x 15 x 10
Sürüngəcin gedişi, mm 30 . . . 100
Sürüngəcin gediş sürəti, m/dəq 0,006 . . . 0,600
Nümunəyə olan qüvvə, N   200
Temperatur tənzimləmə həddi, K 293 . . . 473
Əyləclərin sınaq maşını – avtomobil əyləclərinin friksion materiallarının model sınağı üçün laboratoriya qurğusudur. Təmas sxemi: disklərin üz səthləri. Miqyas amili 1 : 10. Sınaqlar dəyişməz sürtünmə momentində aparılır. Sürət taxogeneratorla qetd olunur, dövrlər sayı induktiv verici ilə, temperatur – sürüşkən termocüt vasitəsilə ölçülür.
Texniki xarakteristikası:
Diskin diametri, mm 80
Nümunələrin eni, mm 17
Orta sürtünmə radiusu, mm 31
Valın fırlanma sürəti, s-1 30,6 Təkan kütlələrinin ətalət momenti, C s2 0,28



Yüklə 1,12 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   20




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə