MüNDƏRĠcat beynəlxalq münasġBƏTLƏr və ĠQTĠsadġyyat



Yüklə 2,49 Mb.
Pdf görüntüsü
səhifə24/71
tarix15.07.2018
ölçüsü2,49 Mb.
#55811
1   ...   20   21   22   23   24   25   26   27   ...   71

Tezislər 
 
53 
―camıĢ  dərisi  rəngli‖  keramika  adı  ilə  tanınan  qəhvəyi  gilli  qablar    Giyan, 
Mussiana və Suzda geniĢ yayılmıĢdır. I Kültəpə, II Kültəpə  yaĢayıĢ yerlərindən 
əldə  olunmuĢ  üzəri  zıqzaq  ornamentlərlə  naxıĢlanmıĢ  gil  qabların  bənzərləri 
Cənubi Qafqazın, Ön Asyanın həmdövr arxeoloji abidələrdən tapılmıĢdır.   
Aparılan  araĢdırma  nəticəsində  sonda  onu  qeyd  etmək  olar  ki, 
Naxçıvanın  Erkən  Tunc  dövrü  sənətkarlıq  sahələri  içərisində  dulusçuluq 
özünəməxsus  yer  tutur.  Dulusçuluğun  bu  dövrdə  inkiĢaf  etməsi  nəticəsində 
əvvəlki  dövrlədən  fərqli  olaraq  məhsulların  həm  çeĢidləri  çoxalmıĢ,  həm  də 
keyfiyyəti  yaxĢılaĢmıĢdır.  Onların  forma  və  xüsusiyyətlərinə  görə  müxtəlif 
olması  dulusçu  məhsullarının  hamısının  eyni  sənətkarlar  tərəfindən 
düzədilmədiyini, müxtəlif sənətkar  emalatxanalarının məhsulu olduğunu sübut 
edir.   
Açar sözlər: Naxçıvan, dulusçuluq, keramika, arxeoloji abidələr  
 
 
ORTA ƏSR NAXÇIVAN ġƏHƏRĠ MADDĠ MƏDƏNĠYYƏTĠNĠN BƏZĠ 
XÜSUSĠYYƏTLƏRĠNƏ DAĠR  
(tarixi-etnoqrafik tədqiqat) 
ASƏF ORUCOV 
AMEA Naxçıvan Bölməsi 
orucov_a@mail.ru 
 
Orta əsr mənbələrinə əsaslanaraq demək olar ki, Naxçıvan Ģəhəri indiki 
Ģəhər ərazisinin  mərkəzi  və cənub hissələrini əhatə etmiĢdir.  Naxçıvan  Ģəhəri 
eyni  adlı  diyarın  mərkəzi  Ģəhəri  idi.  Orta  əsr  ərəb  mənbələrində  Ģəhərin  adı 
əsasən  NəĢəva  kimi  iĢlədilmiĢdir.  Tarixin  müəyyən  dövrlərində  Naxçıvan 
Ģahlığın  və  Atabəylər  dövlətinin  paytaxtı  olmuĢdur.  XIII  əsrin  ortalarında 
Azərbaycanın  bir  çox  Ģəhərlərini  gəzmiĢ  səyyah  Vilhelm  Rubruk  Naxçıvan 
Ģəhərinin vəziyyətini təsvir edərkən yazırdı ki, monqollar Ģəhəri demək olar ki, 
boĢ  səhraya  çevirmiĢdilər.  Monqol  iĢğallarının  ağır  nəticələrinə  baxmayaraq 
Azərbaycanın  digər  Ģəhərləri  kimi,  Naxçıvan  Ģəhəri  də  XIII  əsrin  sonlarından 
baĢlayaraq tədricən bərpa olunmağa baĢlamıĢdı. Həmdullah Qəzvini (XIV-əsr) 
Naxçıvan  tüməninin  5  Ģəhərinin  olduğunu  qeyd  edir  ki,  onlardan  biri  də 
Naxçıvan  Ģəhəri  idi.  ġəhərin  əsas  mərkəzi  isə  indiki  Atabəylər  memarlıq 
kompleksinin  (Mömünə  xatın  məqbərəsinin  ətrafı-  A.O)  yerləĢdiyi  meydan 
olmuĢdur.  XVI  əsrin  sonu-  XVII  əsrin  əvvəllərində  Səfəvi-Osmanlı 
müharibələrində Ģəhər xeyli dağıntıya məruz qalmıĢdı. XVIII əsrin sonu- XIX 
əsrin əvvəllərində Naxçıvan bölgəsində yalnız iki Ģəhər- Naxçıvan və Ordubad 
orta əsr Ģəhərləri kimi qalmıĢdı. 
Naxçıvan Ģəhərində yerləĢən tikililər əsasən yaĢayıĢ evlərindən, inzibati 
binalardan,  məscid  və  mədrəsələrdən,  ticarət  obyektlərindən,  hamamlardan, 
mehmanxanalardan  ibarət  olmuĢdur.  ġəhərləri  bildirmək  üçün  ―Ģəhər‖  istilahı 


Beynəlxalq  İpək Yolu  
 
 
54 
ilə  yanaĢı,  digər istilahlar da, məsələn, ―bələdə‖  (ərəbcə  cəm  halında  ―bəlad‖) 
iĢlədilirdi. Müasir fars dilində bu istilah kiçik Ģəhərlərə Ģamil edilir. Ancaq bu 
istila yəni ―bələdə‖ Naxçıvana Ģamil edilməmiĢdir ki, bu da onun nə qədər iri 
Ģəhər  olduğunu  bir  daha  ortaya  qoyur.  Lakin  XV-XVI  əsrlərdə  bu  ad  altında 
yalnız  kiçik  Ģəhərlər  deyil,  eyni  zamanda  siyasi  və  inzibati  mərkəzlər  də 
nəzərdə tutulurdu. 
 Tarixi  sənədlərdə  XVI  əsrdə  Naxçıvan  Ģəhərinin  Qaziyi-cahan,  Seyid 
Hüseyn,  ġahab,  Qala,  Künbəz  və  s.  adlarla  bilinən  məhəlləri  olduğu  qeyd 
edilmiĢdir. Evlərin quruluĢuna gəldikdə isə evlər əsasən bir mərtəbəli, yastı və 
palçıqdan hörülmüĢdür. Hasarlar isə hündür idi. Suvarma sistemi əsasən iki çay 
vasitəsi ilə aparılırdı. 
Səfəvi-Osmanlı müharibələrini nəzərə almasaq Azərbaycanda Ģəhər hə-
yatının  nəzərə  çarpacaq  dərəcədə  canlanması,  Ģəhərlərin,  o  cümlədən 
Naxçıvanın 
ticarət-sənətkarlıq 
əhəmiyyətinin 
artması 
dövrü 
kimi 
qiymətləndirilə bilər.  
 
Açar sözlər: Naxçıvan Ģəhəri, Monqol iĢğalları, Səfəvi-Osmanlı 
müharibələri, ġahab, Qala  
 
 
QARABAĞLAR  KURQANLARI 
ELVĠN  ƏLĠYEV 
AMEA Arxeologiya və Etnoqrafiya Ġnstitutu 
elvinaliyev@yandex.ru 
 
Qarabağlar  kurqanları Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu 
ərazisində  eyni  adlı    kəndin    təqribən  5  km  Ģimal-qərbində,  daĢ  karxanası  və 
atəĢ  meydanı  yaxınlığında,  el  arasında  ―Süzgünlər  dərəsi‖  adlanan  yerdə 
yerləĢir.  Süzgünlər  dərəsi  5  ha  artıq  bir  ərazini  əhatə  edir.  Ərazidə  müxtəlif 
ölçülü  kurqanlar,  daĢ  qutu  qəbirlər,  yaĢayıĢ  yeri,  daĢdan  hörülmüĢ  müdafiə 
səddi qalıqları  və s. aĢkar edilmiĢdir. 
2014-cü  ilin  avqust  ayında  ―ġərur‖  arxeoloji  ekspedisiyasının 
―Qarabağlar‖  dəstəsi  t.ü.f.d.  E.H.Əliyevin  rəhbərliyi  altında  abidədə  arxeoloji 
tədqiqatlara  baĢladı.  Ġlk  olaraq  bütün  ərazi  dəstə  üzvləri  tərəfindən  dəqiqliklə 
nəzərdən  keçirildi.  Qeydə  alınan  yaĢayıĢ  yerinin,  kurqanların,  daĢ  qutu 
qəbirlərin, daĢ divar sədlərinin, təyinatı tam müəyyən edilməmiĢ tikililərin GPS 
vasitəsilə dəqiq koordinatları götürüldü, foto və video çəkiliĢlər aparıldı.  
Süzgünlər  dərəsi  ərazisində  20-dən  artıq  müxtəlif  ölçülü  kurqanlar 
qeydə  alınmıĢdır.  ġərti  olaraq  ―Qarabağlar  kurqanları‖  adını  verdiyimiz  bu 
kurqanların  əksəriyyəti  Süzgünlər  dərəsinin  Ģimalında,  ―AtəĢ  meydanının‖ 
qarĢısında  qeydə  alınmıĢdır.  Dərənin  baĢında,  Ģimaldan  qərbə  doğru  bir  cərgə 
ilə  uzanan  kurqanların  ən  böyüyünün  diametri  təqribən  20  metrə  yaxın,  ən 
kiçiyinin ölçüsü 5 metrə yaxın olmuĢdur. Onların  yer səthindən hündürlüyü  - 


Yüklə 2,49 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   71




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə