Muqeddes subh indd



Yüklə 0,74 Mb.
Pdf görüntüsü
səhifə31/52
tarix30.10.2018
ölçüsü0,74 Mb.
#76050
1   ...   27   28   29   30   31   32   33   34   ...   52

105
Müqəddəs sübh
möcüzə görəndə üzlərini döndərərək “daimi bir sehrdir” 
deyərlər”
139
.
140
Zürarə  ibn  Əyən  deyib:  “Əbu  Abdullahın  (əleyhissəlam) 
belə buyurduğunu eşitdim: “Bir carçı səmadan belə nida edə-
cək: “Həqiqətən də, əmir  ilankəsdir”. Başqa bir nidaçı isə belə 
səslənəcək: “Həqiqətən də, yalnız Əli və onun şiələri nicat ta-
pan kəslərdir”. 
Dedim: Elə isə bundan sonra Məhdi ilə kim vuruşacaq? 
Buyurdu:  “Şeytan  da  belə  nida  edəcək:  “Həqiqətən  də, 
yalnız  ilankəs  və  onun  şiələri  nicat  tapan  kəslərdirlər”.  Bə-
ni-Üməyyədən olan bir şəxsin adını çəkəcək”. 
Dedim: “Düzü yalandan kim ayıra biləcək?” 
Buyurdu: “Bunu yalnız bizim hədislərimizi nəql edən, o baş 
verməmişdən əvvəl “o baş verəcək” – deyən və özlərinin haqq 
və doğru olduqlarını bilən şəxslər ayırd edə biləcəklər”.
141
Bu  nida  Allah-taalanın  ayəsinin  misdaqıdır:  “Belə isə, 
arxasınca gedilməyə haqqa tərəf hidayət edən kəs daha la-
yiqdir, yoxsa hidayət edilməyincə doğru yolu tapa bilməyən 
kəs? Sizə nə olmuşdur? Necə mühakimə yürüdürsünüz?!”
142
Deməli, bu nida və səmavi fəryad (Cəbrailin səsi) zaman-
sız baş verən varlığı saran böyük bir hadisə kimidir. Bu sədada 
möcüzəlik ünsürü vardır, Allah düşmənlərinin qəlbində qorxu 
və hürküyə səbəb olacaqdır. Həmçinin möminlər üçün fərəcin 
yaxınlaşmasına dair böyük bir müjdə olacaqdır. Bu isə Allah-ta-
alanın ayəsinin misdaqıdır: “Əgər istəsək göydən onlara elə 
bir nişanə nazil edərik ki, onun müqabilində onlar (məcbu-
ri şəkildə) boyun əyib itaət edərlər”.
143
 Həmçinin bu ayəsinin: 
“Carçının yaxın yerdən car çəkəcəyi gün qulaq as (və həmin 
139
 Qamər, 2.
140
 Ğeybətun-Numani, s.173; Biharul-ənvar, c.52, s.292. 
141
 Ğeybətun-Numani, s.175; Biharul-ənvar, c.52, s.295.
142
 Yunus, 35.
143
 Şuəra, 4.


106
Müctəba Sadət
nidanı gözlə)Haqq olan həmin bağırtını eşidəcəkləri gün! 
(Həmin) o gün  çıxma günüdür”.
144
Çığırtı, yaxud qorxu baş verdiyi əsnada möminlərə nə et-
mələri gərəkdir?
Əhli-beyt təlimləri aşağıdakıları təkid edir:
A – Qeyd olunan cümə günü sübh namazını qıldıqda evlə-
rinizə daxil olun, qapılarınızı bağlayın, pəncərələri örtün, özü-
nüzü gizlədin, qulağlarınızı qapadın. Xəbərdə gəlmişdir ki: Bu 
çığırtının əlamətlərindən biri budur ki, bu səsin qüvvətindən 
yetmiş min nəfər kar və yetmiş min nəfər lal olar.
145
 Çığırtını 
hiss  etdiyiniz  zaman  səcdəyə  qapılıb  deyin:  “Çox  müqəddəs 
Rəbbimiz Sübhandır (hər bir eyib və nöqsandan pak və münəz-
zəhdir)”. Çünki kim bu cür etsə nicat tapar, kim səsin üstünə 
çıxsa həlak olar”.
146
Bundan əlavə, Allah-taala hər kimi intizarı çəkilən Qaimin 
(əccələllahu fərəcəh) zühuru ilə əlaqədar xeyirli əhdi (zamanı) 
idrak etmək nemətinə yetişməyə müvəffəq etmişsə, Allaha va-
cib şükür etməlidir.
B – Bir il müddətinə fərdə və onun ailəsinə kifayət edəcək 
yemək azuqə etmək:
İmam Baqir (əleyhissəlam) buyurmuşdur: “Ramazan ayın-
da  baş  verəcək  hadisələrin  əlaməti:  Səmada  əlamət,  ardınca 
insanların  ixtilafa  düşməsidir.  Buna  yetişsən,  yeməyi  (yemək 
azuqəsini) çoxalt”.
147
Səmavi  nida  baş  verdikdən  sonra  insanlar  ixtilafa  düşə-
cəkdir, müharibələr və  itnələr baş qaldıracaqdır (bu, Qirqisi-
ya mərəkəsinə işarədir). Həmçinin bundan sonra qəhətlik, qida 
məhsulları  bahalaşacaqdır....  İmamlar  (əleyhissəlam)  şiələrin-
144
 Qaf, 41, 42.
145
 Bəyanul-Əimmə, c.1, s.434.
146
 Yəumul-xilas, s.542.
147
 Yəumul-xilas, s.513; Bəyanul-Əimmə, c.2, s.361.


107
Müqəddəs sübh
dən olan müsəlman və möminlərə qida məhsullarını qorumağı 
(yığıb saxlamağı)  xəbər  verərək  qiymətli  məlumat  vermişlər. 
Çünki hadisələr baş verdikdə darlığa düşməsinlər. Qida azuqə-
sini çoxaltmaq və ərzaq hazırlığından məqsəd fərdə və təmin 
etdiyi kəslərə bir il müddətində kifayət edəcək miqdardır. Bu 
mövzunun  qeydi  tezliklə  gələcəkdir.  Allah  eşqinə,  görün  bu 
böyük imamlar (əleyhimussəlam) nə qədər mükəmməl, şiələ-
rinə  və  sevdiklərinə  qarşı  mərhəmətləri  nə  qədər  böyükdür. 
Həqiqətən də, onlar – onları dost tutan və onlarla əlaqəli olan 
(rabitəsi olan) kəs üçün bir fəxrdir.
3 – Bəni Kəlb qəbiləsindən otuz min adamın Süfyani ilə 
beyət etməsi
Süfyani Rəcəb ayında çıxacaqdır. O, hərbi, cəbhə və siyasi 
müvəffəqiyyətlər  əldə  edəcək,  onun  nüfuz  dairəsi  genişlənə-
cək, insanlar və dindar olmayan qəbilələr ona qoşulacaq və onu 
dəstəkləyəcəklər... Peyğəmbər (sallallahu əleyhi və alih) buyur-
muşdur: “Süfyani üç yüz altmış süvari ilə çıxacaq və Dəməşqə 
gələcəkdir. Ramazan ayı onlara çatmamış, onunla Kəlb qəbilə-
sindən üç min adam beyət edəcəkdir”.
148
 Kəlb qəbiləsi Süfya-
ninin dayılarıdır. Onlar elə Dəruz qəbilələridir. Onlar Süfyanilə 
birlikdə  inqilab  edəcəklər.  Bu  qəbilə  Müaviyənin  dönəmində 
xristianlığa  bağlanmışdırlar.  Müaviyə  onlardan  İmam  Hüsey-
nin  (əleyhissəlam)  qatili  Yezidin  anası  ilə  evlənmişdi.  Süfyani 
Yezid ibn Müaviyə ibn Əbu Süfyanın nəslindəndir... Onun ailəsi 
Fələstinin şərqində Yabis vadisində Rəmlə məntəqəsində məs-
kunlaşacaqdır. Bura həm də İordaniyanın qərbi, Suriyanın və 
Dəməşqin cənub qərbi ilə bir neçə mil uzaqlıqda sərhəddir.
148
 Yəumul-xilas, s.671; Bəyanul-Əimmə, c.2, s.586.


Yüklə 0,74 Mb.

Dostları ilə paylaş:
1   ...   27   28   29   30   31   32   33   34   ...   52




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə