64
BURADA VƏ BU TARİXDƏ
DÜNYA ƏBƏDİ DƏYİŞDİ
Parlaq lövhədə Konsorsiumun müştərisinin imzası
onu təlaşlandırdı. Tarixin sabah olması isə Noultonu daha
çox narahat edirdi. Amma Noultonu lap çaşdıran növbəti
görüntü oldu.
Kamera sol tərəfə hərəkət edərək suyun altında
parıldayan əşyaya tərəf çevrildi.
Qısa iplə yerə hörülmüş, nazik plastikdən olan kürə
suda dalğalanırdı. Böyük sabun köpüyünə bənzər kövrək
kürə sualtı şara oxşayırdı... lakin şardan fərqli olaraq,
helium qazı ilə deyil, bir növ sarı-qəhvəyiyə çalan jelatin
maye ilə doldurulmuşdu.
Amorfa oxşayan torba genişlənmişdi, diametri
təqribən, otuz santimetr olardı. Şəffaf divarlan arasında
tutqun buluda bənzər maddə astadan fırlanırdı. Yavaşca
qalxan burulğan kimi.
Ekran tədricən qaralmağa başladı.
Yeni görüntü yarandı - mağaranın nəm divarında
sanki titrəyən parıltılar. Divarda bir kölgə əmələ gəldi...
kişi kölgəsi idi... mağarada dayanmışdı...
Kişinin başı çox eybəcər idi.
Burun əvəzinə uzun dimdiyi var idi - sanki yarıquş idi.
Danışdıqca axıcı səsi eşidilirdi... özü də müdhiş
downloaded from KitabYurdu.org
65
bəlağətlə danışırdı... səlis ritmlə... elə bil hansısa klassik
xorun müşayiətilə hekayə nəql edirdi.
Bədheybət kölgə danışdıqca Noulton hərəkətsiz və
nəfəs çəkmədən oturmuşdu.
“Mən Kölgəyəm.
Əgər bu videonu izləyirsinizsə, deməli, nəhayət ki,
mənim ruhum rahatlıq tapa bilər.
Mən dünyaya yerin altından səslənirəm. İşığı əks
etdirməyən al qırmızı göl sularının toplaşdığı qaranlıq bir
- mağardan.
Lakin bura mənim cənnətimdir... kövrək uşağımı
qoruya bildiyim bətndir.
Cəhənnəm.
Tezliklə məndən qalanlan öyrənəcəksiniz.
Və hətta burada olsam da, məni izləyən nadanların
ayaq səslərini eşidə bilirəm... mənim əməllərimin
qarşısını almağa can atırlar.
Mənə deyə bilərsiniz ki, onlan əfv et... nə etdiklərini
bilmədikləri üçün. Amma tarixin elə bir anı gəlir ki,
nadanlığı əfv etmək mümkün olmayacaq... bəraət
qazanmaq üçün yalnız aqillik keçərli olacaq.
Vicdanımın bütün saflığı ilə sizə ümid üçün, qurtuluş
üçün, sabah üçün ərməğan miras qoymuşam.
Amma yenə də məni tula kimi izləyən özündən razı
downloaded from KitabYurdu.org
66
insanlar var. Onlar mənim dəli olduğumu düşünürlər.
Gümüşü saçlı bir gözəl isə məni “vəhşi” adlandırır.
Kopernikin ölümünə etiraz edən kor dindar kimi o da
mənə nifrət edir. Həqiqəti açdığım üçün məndən dəhşətə
gəlir.
Lakin mən peyğəmbər deyiləm.
Mən sizin qurtuluşunuzam.
Mən Kölgəyəm”.
ıo fəsil
“Əyləş, - Sienna dedi, - bir neçə sualım var”.
Mətbəxə girən Lenqdon özünü daha inamlı hiss
edirdi. Qonşunun “Brioni” kostyumunu geyinmişdi.
Təəccüblü olsa da, əyninə qutu kimi oturmuşdu. Hətta
dəri mokasin ayaqqabı da çox rahat idi. Lenqdon həmin
an evə qayıtdıqdan sonra italyan ayaqqabıları geyinməyə
başlayacağı barədə beynində kiçik bir qeyd etdi.
“Əgər evə qayıda bilsəm”, - Lenqdon fikirləşdi.
Sienna dəyişmişdi - təbii gözəllik - əyninə tam
oturmuş cins şalvar və krem rəngli sviter geyinmişdi.
Geyimi elastik bədən quruluşunu incə şəkildə
tamamlayırdı. Saçlan eyni formada arxaya dartılaraq at
quyruğu kimi yığılmışdı və kimyəvi bəzəyin verdiyi
hökmlü görünüş həssas cizgilərlə əvəz olunmuşdu.
Lenqdon onun gözlərinin ağlamaqdan qızardığını anladı.
downloaded from KitabYurdu.org
67
Eyni günah hissi Lenqdonu da bürüdü.
“Sienna, bağışla. Telefondakı ismarışı eşitdim. Nə
deyəcəyimi bilmirəm”.
“Çox sağ ol,” - o cavab verdi. “Biz indi bütün
diqqətimizi sənə yönəltməliyik. Zəhmət olmasa, otur”.
Səsinin tonu daha inadlı idi. Lenqdonun təsəvvüründə
onun intellekti və yaşından tez böyüyən uşaq kimi
haqqında oxuduğu məqalələr canlandı.
“İstəyirəm fikirləşəsən”, - Sienna ona başı ilə
oturmağı işarə edərək sözə başladı. “Bu mənzilə necə
gəldiyimiz - yadındadır?”
Lenqdon sualın niyə verildiyinə əmin deyildi. “Taksi
ilə”, - o əyləşərək cavab verdi. “Kimsə bizə güllə atırdı”.
“Sənə güllə atırdı, professor. Gəlin dəqiq danışaq”.
“Doğrudur. Bağışla”.
“Taksidə olarkən güllə atıldığı yadındadırım?”
Qəribə sualdır. “Hə, iki dənə. Biri yan şüşəyə, o birisi
isə arxa şüşəyə dəydi”.
“Yaxşı, indisə gözlərini yum”.
Lenqdon onun yaddaşını yoxladığını anladı. Gözlərini
qapadı.
“Mən nə geyinmişəm?”
Lenqdon onu tam görə bilirdi. “Qara ayaqqabı, mavi
cins, krem rəngli V-yaxalıqlı sviter. Saçların sandır,
downloaded from KitabYurdu.org
68
çiyninə dəyir, arxaya dartılıb. Gözlərin qəhvəyi
rəngdədir”.
Sonra gözlərini açıb ona baxdı. Yaddaşından razı
qalmışdı.
“Görüntünü təsbit edən yaddaşın əladır, amneziya
artıq geriləyib, yaddaş yaratma prosesin zədələnməyib.
Ötən bir neçə gün ərzində olanlardan nə isə yadına
düşürmü?”
“Çox təəssüf ki, yox. Amma sən burda olmayanda,
yenidən görüntülər gözümə göründü”.
Lenqdon ona təkrar gördüyü hallüsinasiyanı - çadralı
qadın, ölü və can verən insanlar, yerə basdırılmış və
ayaqlarına R hərfi yazılan bədənlərdən danışdı. Sonra isə
səmada qəribə, dimdikli bir maskanın göründüyünü dedi.
“Mən ölüməm?” - Sienna soruşdu. Çox narahat
görünürdü.
“Hə, - elə dedi”.
“Hm... Məncə, “Mən Vişnuyam, dünyaları
dağıdanam”,
- mənasını verir”.
Gənc qadın Robert Openheymerin (Oppenheimer) ilk
dəfə atom bombasını test edərkən dediyi ifadəni işlətdi.
“Və dimdik burunlu... yaşıl gözlü maska?” - Sienna
çaşqın halda soruşdu. “Bəs şüurunun niyə məhz o təsviri
downloaded from KitabYurdu.org
Dostları ilə paylaş: |