N a m iq abbasov məDƏNİYYƏt siyasəTİ



Yüklə 3,48 Mb.
Pdf görüntüsü
səhifə30/145
tarix02.01.2018
ölçüsü3,48 Mb.
#19467
1   ...   26   27   28   29   30   31   32   33   ...   145

bazası  yaradan  ilk  ölkələrdən  biri  olmuşdur.  Beynəlxalq 

ekspertlərin  də  etiraf  etdiklərinə  görə  bu  qanun  demokratik, 

sivilizasiyalı  cəmiyyətlərin  meyarlarına  uyğundur.  “Müəlliflik 

hüquqları  və  əlaqəli  hüquqlar  haqqında”  qanun  müəlliflər 

(hüquq sahibləri),  əsərlər və istifadəçilər arasında münasibətləri 

tənzimləyir, müəlliflik hüququnun milli  qanunvericilik bazasını 

təmin edir.

Azərbaycan  Respublikasının  Prezidenti  cənab  Heydər 

Əliyevin  1996-cı  il  tarixli  sərəncamına  əsasən  bu  qanunun 

tətbiqi və müəlliflik hüququ  sferasının idarə olunması  qaydaları 

müəyyən edilmiş, müəlliflik hüququ qanunvericiliyinin icrasına 

dair ən mühüm tədbirlərin həyata keçirilməsi  təmin  olunmuş və 

milli  dövlət  orqanının  -   Azərbaycan  Respublikasının  M üəllif 

Hüquqları  Agentliyinin səlahiyyətləri  müəyyən edilmişdir.

Azərbaycan  Respublikası  Nazirlər  Kabinetinin  38  saylı  2 

may  1997-ci  il  tarixli  Qərarına  uyğun  olaraq  və  sonrakı 

hökumət  qərarları  əsasında  m üxtəlif əsər  növləri  üzrə  minimal 

tarif hədləri  təmin  edilmiş,  müəlliflik  hüququ  müqavilələrinin 

nümunəvi  formaları  təsdiq  olunmuş,  əsərlərin  könüllü  qeydiy­

yatdan  keçirilməsi  və  onların  qeydiyyatına  dair  şəhadətna­

mələrin  verilməsi  qaydaları  və  müəlliflik  hüququ  qanunve­

riciliyinin  tətbiqində  mühüm  rol  oynayan  digər  məsələlər 

nizama  salınmışdır. 

Bununla  bərabər, 

M üəllif  Hüququ 

Agentliyi  tərəfindən,  Ədliyyə  Nazirliyi  ilə  razılaşdırılmaqla, 

qanunun icrasının təmin  olunmasına köməklik göstərən  bir sıra 

normativ-hüquqi aktlar və xidməti təlimatlar təsdiq edilmişdir.

M üəlliflik  hüququna  dair  ауп-ауп  müddəalar  “ Sahibkarlıq 

fəaliyyəti  haqqında”,  “Mədəniyyət  haqqında”,  “Kinematoqra- 

fıya  haqqında”,  “Memarlıq  fəaliyyəti  haqqında”,  “ Şəhərsalma 

haqqında”,  “Reklam  haqqında”,  “Nəşriyyat  işi  haqqında”  və  s. 

kimi  bir  sıra  mühüm  qanunlarda  öz  əksini  tapmışdır.  Bütöv­

lükdə,  intellektual  mülkiyyət  haqqında  Azərbaycan  Respub­

likasının  qanunvericiliyi,  bütün  inkişaf etmiş  ölkələrdə  olduğu 

kimi  kompleks  xarakter  daşıyır  və  dövlət,  inzibati,  maliyyə,

91



əmək,  prossesual  və  hətta  cinayət  hüququnun  müddəalarını 

əhatə  edir.  Bu  deyilənlər  m üəllif hüququnun  kompleks,  tam a­

milə müstəqil  hüquqi  institut olması  haqda,  onun, tənzim edilən 

münasibətlərə  yalnız  m üxtəlif  hüquq  sahələrini  təşkil  edən 

normalarla  vəhdətdə  səmərəli  hüquqi  təsir  göstərməsi  haqda 

fikir yürütməyə imkan verir.  Bu halda əsərlərə və əlaqəli hüquq 

obyektlərinə  aid  edilən  hüquqların  özü  ənənəvi  olaraq  mülki 

hüquq strukturuna daxil edilir.

Azərbaycan  intellektual  mülkiyyət  sahəsində  beynəlxalq 

əməkdaşlıqda  fəal  iştirak  edir.  Azərbaycan Respublikası  1996- 

cı  ildən  ÜİMT-in  üzvüdür,  1997-ci  ildən  Müəlliflik  Hüququna 

dair Ümumdünya Konvensiyasında  öz  iştirakını  davam  etdirir. 

Azərbaycan  1998-ci  ildən  Ədəbiyyat  və  İncəsənət  Əsərlərinin 

Qorunmasına  dair  Bern  Konvensiyasının  üzvü,  2001-ci  ildən 

Fonoqramlara  dair  Cenevrə  Konvensiyasının  iştirakçısıdır. 

Bunlarla  yanaşı,  Azərbaycanın  əlaqəli  hüquqlar  üzrə  Roma 

Konvensiyasında,  ÜİMT-in  müəlliflik  hüququ  və  fonoqramlar 

və  ifalar  üzrə  İnternet-müqavilələrində  iştirakı  barədə  təkliflər 

səlahiyyətli  orqanların  müzakirəsinə  verilmişdir.  Respublika 

MDB  çərçivəsində  müəlliflik  hüququ  ilə  bağlı  sazişlərdə  fəal 

iştirak  edir,  habelə  bəzi  dövlətlərlə  ikitərəfli  hökumət  müqa­

vilələri bağlamışdır.

Dövlət  siyasətinin  təmin  olunması  sahəsində  müəlliflik 

hüququ  və  əlaqəli  hüquqlar  institutunun  inkişaf  Konsepsiyası 

həyata  keçirilir,  qanunvericiliyə  və  hüquqların  idarə  olun­

masına  dair  beynəlxalq  təcrübə  ümumiləşdirilir.  Bu  iş 

beynəlxalq  ekspertlərlə  sıx  əməkdaşlıq  şəraitində  görülür. 

Müəlliflərin  və  istifadəçilərin  uçot  şəbəkəsi  yaradılmışdır, 

istənilən maddi  daşıyıcıya yazılmış  əsərlərin  qeydiyyatı,  dövlət 

reyestrində  qeydə  alınmış  əsərlərin  elektron  arxivləşdirilməsi 

və  onların  ekspertizasının  təşkili  təmin  edilir.  Agentlik  m üəllif 

hüquqları  sahəsində  fəaliyyət  göstərən  ictimai  təşkilatların, 

habelə  kollektiv  idarəçiliklə  məşğul  olan  mütəxəssislərin  işini 

əlaqələndirir  və  onlara  metodiki  və  hüquqi  yardım  göstərir,

92



keçirdiyi  bir  sıra  seminarlar,  təlimati  yığıncaqlar,  televiziya  və 

digər  kütləvi  informasiya  vasitələrində  etdiyi  onlarla  çıxış, 

həmçinin  bu  sahədə  hazırladığı  elmi,  metodiki  və  praktiki 

materiallar  da  daxil  edilməklə  hüquq  sahiblərinin  məlumatlan­

dırılması yönündə iş aparır.

Avropa  ölkələrinin  müəlliflik  hüququ  qanunvericilikləri  ilə 

milli  qanunvericiliyin müqayisəli  təhlilinin,  habelə ÜİMT-in və 

TRİPS-in  İnternet  müqavilələrinin  məzmunundan  irəli  gələn 

tələblərin  həyata  keçirilməsi,  milli  qanunvericiliyin  təkmilləş- 

dirilməsinə  dair  təkliflər  hazırlamağa,  həmçinin  hamılıqla 

qəbul  olunmuş  beynəlxalq  praktikaya  uyğun  bir  sıra  təşkilati 

tədbirlər  həyata  keçirməyə  imkan  verdi.  Müəlliflərin  əmlak 

hüquqlarının  kollektiv  idarə  olunması  çərçivəsində  müəlliflərə 

və  hüquq  sahiblərinə  düşən  qonararların  toplanması,  bölüş­

dürülməsi  və  onlara  çatdırılması  təşkil  edilir,  nəzərdə tutulmuş 

istifadəçilərin  dairəsi  daha  çox  kommersiya  strukturlarının 

əhatə edilməsi hesabına genişləndirilir.

Beynəlxalq  əməkdaşlıq  və  kooperasiya  məsələlərində 

ÜİMT  Azərbaycan  Respublikasının  dövlət  orqanları  ilə  fəal 

əməkdaşlıq  edir.  Məsələn,  1998-ci  ildə  M üəllif  Hüquqları 

Agentliyi  ÜİMT-lə  birlikdə  Azərbaycanda  ÜİMT-in  yeni 

müqavi-lələri  (internet  müqavilələri)  ilə  bağlı  məsələlər  üzrə, 

habelə  TRİPS  sazişi  üzrə  milli  seminarlar  keçirmişdir.  2000-ci 

ilin  mayında  agentliklə  ÜİMT  Cənubi  Qafqazda  piratçılığa 

qarşı mübarizə məsələlərinə həsr olunmuş ilk regional  seminar- 

simpozium  keçirmişdir;  həmin  seminar-simpoziumda  Gürcüs­

tanın  və  Mərkəzi  Asiya  respublikalarının  müəlliflik  hüququ 

təşkilatlarının,  həmçinin  bu  ölkələrin  hüquq-mühafizə  və 

gömrük  strukturlarının  nümayəndələri  iştirak  etmişlər.  Yeni 

minilliyin  ilk  ilində  “Gələcəyi  bu  gün  yaradaq”  devizi  altında 

ÜİMT tərəfindən elan edilən 26 aprel -  Beynəlxalq İntellektual 

Mülkiyyət  Gününün,  habelə üç  il  dalbadal  23  aprel  -  Kitab  və 

M üəllif  Hüququ  Gününün  bayram  edilməsi  ölkədə  böyük 

rezonans doğurmuşdur.

93



Yüklə 3,48 Mb.

Dostları ilə paylaş:
1   ...   26   27   28   29   30   31   32   33   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə