N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 7,15 Mb.
Pdf görüntüsü
səhifə22/58
tarix11.07.2018
ölçüsü7,15 Mb.
#55386
1   ...   18   19   20   21   22   23   24   25   ...   58

İSMAYIL MƏMMƏDLİ 
 
 
52 
(1947),  «“Əkinçi”  qəzetində  istilah  yaratmaq 
məsələsi haqqında» (1947), «“Əkinçi” qəzetinin 
dili  haqqında»  (1947),  «Azərbaycan  dili  lüğəti-
nin  tərtibinə  dair  təlimat»  (1949),  «Azərbaycan 
dilində  (elmi)  terminologiya  yaradılması  və 
işlənən  terminlərin  qaydaya  salınması.  Müza-
kirə yolu ilə» (1951), «Terminologiya məsələsi-
nə dair» («Kommunist» qəzeti. 1952. 17 iyun), 
«Azərbaycan  dilinin  izahlı  lüğətinin  nəzəri 
əsasları» (1965), «Terminoloji leksika haqqında 
bəzi qeydlər» (1969), «Azərbaycanca-rusca fra-
zeologiya  lüğəti» (1976). 
Alimin son leksikoqrafik əsərləri sırasın-
da  1976-cı  ildə  nəşr  olunmuş  5500  frazeoloji 
ifadəni  əks  etdirən  «Azərbaycanca-rusca  fra-
zeologiya lüğəti» xüsusilə qiymətlidir. Bu əsər 
həm  məzmun,  həm  də  leksikoqrafik  tərtibat 
cəhətdən tamamilə orijinal və akademik xarak-
ter daşıyır. 
1975-ci  ildə  «Azərbaycan  dilinin  orfo-
qrafiya  lüğəti»nin  tamamlanmış,  yenidən  iş-
lənmiş, təkmilləşdirilmiş  yeni  nəşri – IV  nəşri 
prof. Ə.Orucovun redaktəsi ilə çap olundu. 
Prof.  Ə.Orucov  bacarıqlı  lüğətçilər  nəsli 
yetirmək  sahəsində  də  xeyli  iş  görmüşdür.  Belə 
ki,  N.R.Rəhimzadə,  B.T.Abdullayev,  Ş.R.Paşa-
yeva, M.M.Paşayeva, N.Ə.Xəlifəzadə, İ.O.Məm-
mədli,  G.N.Yusifov  və  b.  lüğətçilər  bilavasitə 
onun rəhbərliyi altında yetişmiş davamçılarıdır.  
Ə.Orucovun  əməli  lüğətçiliklə  yanaşı, 
onun nəzəri problemləri ilə bağlı olaraq dilimi-
zin  leksikoloji  məsələləri  ilə,  Azərbaycan  di-
lində terminlər  yaradılmasının əməli  və  nəzəri 
məsələləri  ilə, tərcümə, habelə Azərbaycan lü-
ğətçiliyinin  inkişaf  yollarının  araşdırılması  ilə 
də  yaxından  məşğul  olmuşdur.  Onun  «Azər-
baycan  dilinin  izahlı  lüğətinin  nəzəri  əsasları» 
adlı  monoqrafiyası  böyük  elmi  əhəmiyyət 
daşıyır. 
Azərbaycan  EA-nın  müxbir  üzvü,  prof. 
Ə.Ə.Orucovun elmi irsi hər zaman dilçiliyimiz 
üçün olduqca dəyərli və gərəklidir. 
 
 
 
ISMAYIL MAMMADLI 
 
CORRESPONDING MEMBER ORUJOV ALIHEYDAR ALABBAS OGHLU  
 
S u m m a r y 
 
Laureate of State prize, the corresponding member of Azerbaijan NAS, doctor of philology, 
Professor Aliheydar Orujov is a great linguist-scientist, lexicographer, meanwhile one of the basic 
representatives and organizers of Azerbaijan lexicography. Being a new sphere of linguistics, the 
new  period  of  Azerbaijan  lexicography  is  related  to  his  name.  A.A.Orujov  always  put  forward 
new  ideas,  together  with  searching  innovations  in  lexicography,  he  also  abided  by  valuable, 
historical traditions of  lexicography. He  is  not  famous only  in  Azerbaijan,  but  also  in the  world 
arena  as  a  great  linguist.  A.Orujov’s  lexicographic  works  published  both  in  Azerbaijan  and  in 
other countries’ scientific journals and magazines. This year is 110 years jubilee of the founder of 
our  modern  period  lexicography  Aliheydar  Orujov.  With  his  scientific  generation  he  is  always 
with  us.  A.Orujov’s  bright  memory  will  always  be  remembered  by  his  followers  who  consider 
him  their  teachers  and  by  scientific  society  with  great  thankfulness,  meanwhile  his  scientific 
heritage will always be learnt and analyzed.  
 
Key words: A.Orujov, linguist, lexicographer, generation, philology 


MÜXBİR ÜZV ORUCOV ƏLİHEYDƏR ƏLABBAS OĞLU 
 
 
53 
ИСМАИЛ МАМЕДЛИ 
 
ЧЛЕН-КОРРЕСПОНДЕНТ ОРУДЖЕВ АЛИГЕЙДАР АЛАББАС ОГЛУ 
 
Р е з ю м е 
 
Лауреат  Государственной  премии  СССР,  член-корреспондент  АН  Азербайджанской 
ССР,  доктор  филологических  наук,  профессор  А.А.Оруджев,  сформировавшийся  как 
учёный-языковед  в  годы  советской  власти,  считается  одним  из  организаторов  словарного 
дела в  Азербайджане.  С  его именем связан новый этап в истории  азербайджанской лекси-
кографии.  А.А.Оруджев,  придерживавшийся  прогрессивных  традиций  азербайджанской 
лексикографии,  был  широко  известен  не  только  в  Азербайджане,  но  и  далеко  за  его  пре-
делами. Многие из его работ по лексикографии публиковались как в республиканских, так 
и  в  зарубежных  научных  сборниках  и  журналах.  А.А.Оруджев  и  сегодня  жив  в  своих 
трудах и в благодарной памяти всех тех, кто считает его своим учителем и кто обращается 
к его научному наследию. 
 
Ключевые слова: А.Оруджев, лингвист, лексикограф, генерация, филология 
 
 
Ünvan:  AZ1143. Bakı-143, Hüseyn  Cavid  pr., 115.  AMEA-nın  Nəsimi  adına Dilçilik  İnstitutu – 
şöbə müdiri, fil.e.d.  
 
e-mail: s-solmaz@mail.ru 
 
 
Çapa təqdim edən 
Solmaz Süleymanova – 
«Türkologiya» jurnalının 
baş redaktorun müavini 
 
 
Məqalənin redaksiyaya  
daxil olma tarixi  
 
29.VI.2015 
Təkrar işlənməyə  
göndərilmə tarixi  
 
3.VII.2015 
Çapa göndərilmə tarixi 
19.X.2015 
 
 
________ 
 


T Ü R K O L O G İ Y A  
 
№ 3 
2015 
 
 
 
 
 
 
 
 
İSMAYIL MƏMMƏDLİ 
 
MÜXBİR ÜZV BUDAQOVA ZƏRİFƏ İSMAYIL QIZI  
 
 
Z.İ.Budaqova 1929-cu il aprel ayının 28-də 
Azərbaycanın ən qədim və gözəl şəhərlərindən 
birində  –  İrəvan  şəhərində  anadan  olmuşdur. 
1942-ci  ildə  həmin  şəhərdə  S.M.Kirov  adına 
orta  məktəbin  6-cı  sinfini,  1946-cı  ildə  pe-
daqoji  texnikumu  bitirdikdən  sonra  o,  1946–
1948-ci  illərdə  İrəvan  Pedaqoji  İnstitutunun 
Azərbaycan dili və ədəbiyyatı  fakültəsində oxu-
muşdur. Qərbi Azərbaycan türklərinin 1948-ci il 
deportasiyası  onun  da  ailəsindən  yan  ötməmiş 
və  Zərifə  Budaqovanın  ailəsi  Bakıya  köçmüş-
dür.  Bu  səbəbdən  1948–1949-cu  illərdə  təhsi-
lini  Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunun 
Azərbaycan dili və ədəbiyyatı fakültəsində da-
vam  etdirən  Z.Budaqova  oranı  fərqlənmə  dip-
lomu ilə bitirmişdir. 1949–1953-cü illərdə keç-
miş SSRİ Elmlər Akademiyasının Dilçilik İns-
titutunda «Türk dilləri» ixtisası üzrə aspirantu-
rada  oxuyan  o,  1953-cü  ildə  Moskvada  Dilçi-
lik  İnstitutunun  Elmi  Şurasında  «Azərbaycan 
dilində  feilin  tərz  kateqoriyası»  mövzusunda 
namizədlik 
dissertasiyası 
müdafiə 
etmiş, 
1953–1955-ci  illərdə  Azərb.  SSR  EA  Dil  və 
Ədəbiyyat İnstitutunda böyük elmi işçi vəzifə-
sində  çalışmış,  1955-ci  ildən  ömrünün  sonuna 
qədər həmin institutun müasir Azərbaycan dili 
şöbəsinə  rəhbərlik  etmişdir.  Zərifə  Budaqova 
1963-cü  ildə  «Azərbaycan  ədəbi  dilində  sadə 
cümlə»  mövzusunda  doktorluq  dissertasiyası 
müdafiə etmiş, 1968-ci ildə ona «Türk dilləri» 
ixtisası üzrə professor elmi adı verilmiş, 1980-ci il-
də Azərb.  SSR  EA-nın  müxbir  üzvü  seçilmişdir. 
O,  1984–1988-ci  illərdə  Azərb.  SSR  EA  Nəsimi 
adına Dilçilik İnstitutunun direktor müavini vəzi-
fəsində işləmiş, 1988-ci ildən 1989-cu il noyabrın 
7-dək (ömrünün sonuna qədər) direktor vəzifəsin-
də çalışmışdır. 1989-cu il noyabrın 7-də 61 yaşın-
da – ömrünün  kamillik  dövründə,  yaradıcılığının 
ən məhsuldar vaxtında qəflətən vəfat etmişdir. 
Prof.  Z.İ.Budaqova  söhbətlərində  deyər-
di: «Azərbaycan Elmlər Akademiyasının yara-
dılması (1945) ana
 
dilimizin tədqiqinin təşkili-
nə,  yeni  kadrların  yetişdirilməsinə  və  doğma 
dilimizə  aid  araşdırmaların  dərinləşməsinə  sə-
bəb  oldu.  Hələ  o  zaman  Elmlər  Akademiyası-
nın  vitse-prezidenti  vəzifəsində  çalışan,  Azər-
baycan  dilçiliyinin  inkişafına  da  xüsusi  qayğı 
göstərən,
 
ona  himayədarlıq  edən  mərhum 
Səməd  Vurğun  dilçi kadrların perspektivliləri-
nin  rəhbər  işə  irəli  çəkilməsinə,  özünün  rəh-
bərliyi  ilə dilçiliyin  müəyyən problemləri üzrə 
seminarların keçirilməsinə ciddi fikir verirdi». 
Səməd  Vurğun  xeyirxahlığını  görənlər-
dən,  onun  qiymətini  alan  alimlərdən  biri  də 
Z.Budaqova  olmuşdur.  Belə  ki,  dilçilik  semi-
narlarında  Səməd  Vurğun  onun  bilik  səviyyə-
sinə bələd olduğundan görkəmli dilçi, mərhum 
prof. Muxtar Hüseynzadənin Azərbaycan Döv-
lət Universitetinin (indiki Bakı Dövlət Univer-
siteti)  dilçilik  kafedrasına  müdir  keçməsi  ilə 


Yüklə 7,15 Mb.

Dostları ilə paylaş:
1   ...   18   19   20   21   22   23   24   25   ...   58




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə