N ə s I m I a d ı n a d I l ç İ L i k I n s t I t u t u



Yüklə 0,94 Mb.
Pdf görüntüsü
səhifə3/38
tarix14.01.2018
ölçüsü0,94 Mb.
#20513
1   2   3   4   5   6   7   8   9   ...   38

 



Ənisim,  munisim,  yarım,  Əzizim,  Yusifim,  Misrim;  //  Məsihim,  Xızrü 



zülmatım,  həyatım,  abi-heyvanım  [6.  S.  67];  Ey  Yusifi-Misri  ki,  əzizi-dü 

cahansan;  //  Kənanara  sən  piri-giriftari  unutma  [6.  S.  97];  Ey  Həqiqi, 

görmüşəm dər xab mən bir vəchi kim; // Yusifi-Misri anı yüz vəchilən təbir 

edər [10. S. 22]; Degil, ey badi-səba Misrin sipəhsalarına; // Kim, ğəmindən 

oldu ol miskin sakini – beytül həzən [6. S. 69]; Sevdigim, ömrüm, əfəndim, hey 

gülüm, balım mənim; // Könlümüzü bizə ver dəMisrə sultan ol, yürü [8. S. 199]. 

 

Rum. Bu toponimik adı da şairlər çox işlətmişlər. Nümunələr: Şu kafər 

çeşmi gördüm istefadə; // Ulumi andan etdim istifadə; // Ki, ana bənzər dəxi 

bir  büt  bulunmaz;  //  Xətavü  Çinü,  Rumü  İstivadə  [5.  S.  20].  Həbibi  Rumi 

xoronimini  konkret  ölkə  adı  kimi  deyil,  sadəcə  olaraq  mübaliğə  məqsədilə 

gözəlin  gözünün  nə  Çində,  Xətadə,  Rumda,  hətta  ekvatorda  da  tapmaq 

mümkün olmadığına  işarə etmişdir. Çin, Rum klassiklərimizdə qədim tarixə 

malik böyük ölkələr kimi tez-tez adı çəkilən toponimlərdir. Cahanşah Həqiqi 

qəzəlində Rum toponimini konkret bir ölkə adı deyil, gözəlin saçının, sifətinin 

təsvirində poetik üslubi  vasitə kimi: Cahanı küfr ilə imanə çəkdi zülfü rüxü;           

// Gətirdi Rum ilə Çinü Xəta xəracın onun [10. S. 58]; Həbəşdir kim, müsafir 



Rumə  düşmüş;  //  Yüzün  səfhəndəki  ol  xali-hindu?  [9.  S.  312);  Sərvəri 

hindudur  ol  kim,  düşdü  Rum  iqliminə;  //  Ol  siyəh  xalın  ki,  düşmüş  puyi-

xəndan üstinə [9. S. 322]; Çin cərisi sanasan kim, dutdu Rum iqlimini; // Ta 

yüzün  girdinə  düşdü  zülfi-müşki-ənbəri  [8.  S.  176];  Çindən  yazılıb  Xətayə 

namə; // Gəh Rumdən elçi getdi Şamə [8. S. 272]; Yüz qeysər ona ğulami-

Rumi; // Rüxsarı günəşmi, yaxsa Rumi? [8. S. 237]; Rumi-ruyində Xətai, ta 

görübdür ruyi-həq; // Cümleyi-aləm gözündə, ruyi-həqqindir nişan [8. S. 279]; 

Hafizlig  içün  du  zülfi-zəngi;  //  Ol  Rumi  rüxündə  ola  dəvvar  [11.  S.  291]; 

Ənəllah əhli insafi həqiçün; // Ki Rum abdalları sidqi həqiçün [8. S. 218]. 

Göründüyü kimi, Xətai gözəlin çöhrəsini Rumi Rum ölkəsinin gözəlliyinə 

bənzədir. «Kitabi-Dədə Qorqud»da Rum eli toponimik birləşməsi işlənmişdir. 

 

 

Yəmən  ölkə  adına  yalnız  Həbibinin  bir  müsəddəsində  təsadüf  etdik: 

Dürri-Nəcəf  həvadən  asılmış  qulağinə;  //  Çox  danə-danə  nəsnə  tökülmüş 

ayağinə;  //  Hey-hey,  bu  nə  əqiqi-Yəməndir?  –  dedim,  dedi:  Gözdən  axan 

cigərdəki  qanundur  sənin  [5.  S.  51].  Burada  da  Yəmən  adı  (əqiqi-Yəmən

bənzətmədir. 

Qeyd  etməliyik  ki,  bu  ölkə  adlarının  hamısına  şifahi  xalq  yaradıcılığı 

nümunələrində  tez-tez  təsadüf  edilir.  «Folklorda  onomastika  məsələləri» 

kitabının  müəllifi  bu  vahidlər  haqqında  yazır:  «Bəzi  toponimlər  dastanlarda 

uzaq  yad  elləri,  yüksəklikləri  böyük  şəhər  və  ölkələri  bildirmək  məqsədilə 




 

işlədilir» [12. S. 45–46]. O, Misir, Rum, Hələb, İsfəhan, Hind, Hindistan, Çin, 



Maçin, Həbəş ölkələrinin dastanlarda işlənmə məqamlarını təhlil edir və qeyd 

edir  ki,  «dastanlardakı  toponimlərin  bir  qismi  hadisələrin  cərəyan  etdiyi 

məkanı  ifadə  etsə  də,  bir  qismi  dastanla  heç  bir  əlaqəsi  olmadan  yalnız 

müqayisə, bənzətmə  məqsədilə  işlədilir» [12. S. 45–46]. «Nəsiminin dilində 

onomastik  vahidləri»  tədqiq  edən  müəllif  də  təxminən  eyni  nəticəyə 

gəlmişdir:  «Nəsimi  Çin  xoronimindən  həm  ağlın  rəmzi  kimi  bəhrələnmiş, 

həm  də  bu  ölkə  adını  dünyanı  təmsil  edən  bir  ərazi  mənasında  diqqətə 

çəkmişdir» [13. S. 12]. 



 

Şəhər adlarını bildirən astionimlər 

 

Bu  adların  bir qismi  müsəlmanların  müqəddəs  şəhərləri  və  ziyarət-



gahlarıdır,  klassiklərimizdə,  şifahi  xalq  yaradıcılığı  nümunələrində  (na-

ğıllarda,  dastanlarda,  bayatılarda)  geniş  dairədə  işlənmişdir.  XV–XVI 

əsrlər  bədii  ədəbiyyatında  da  yazıçılar  bu  adlara  dönə-dönə  müraciət 

etmişlər. 



 

Məkkə  və  burada  yerləşən  Kəbə.  Hər  ikisi  müqəddəsdir.  Kəbə 

Məkkə şəhərində yerləşən ibadətgah olsa da, dildə o böyük məkani ad kimi 

müstəqil şəkildə işlənir. Füzulinin «Leyli və Məcnun» əsərində başlıqlarda 



Kəbə  astionim  məqamındadır:  Bu  Kəbədən  Məcnunun  müraciətidir  və 

vühuş ilə müsahibətidir

Müqəddəs  yer  adları  şairlərin  qələmində  müxtəlif  üslubi  məqsədlər 

daşıyır.  Kəbənin  işləndiyi  nümunələri  nəzərdən  keçirək:  Hüsnün  bəyani 

sureyi-Yasınü haləta; // Ey Kəbeyi-mübarəkü vey Mərveyi-Səfa [8. S. 36]; 

Aşiqin  məşuq  yüzüdür  qibləsi,  həm  Kəbəsi;  //  Sən  yüzünü  şahə  döndər, 

qiblə divar istəmə [8. S. 158]; Vilayət Kəbəsin açdı Xətai; // Qulami-şahi 

mərdandır  qələndər  [9.  S.  160];  Sakin  olmaq  Kəbeyi-kuyində  yegdir 

dilbərin; // Hər gərəkməz yerə pərva qılduğun nə? [8. S. 194].  

Xətai  dilbərin  kuyini  –  yerini  Kəbə  adlandırıb,  hər  yerə  pərvaz 

etməyin  mənasızlığını  qeyd  edir,  insanlıq  üçün  Kəbənin  müqəddəsliyini, 

aliliyini  bir  daha  qeyd  etmək  istəmişdir.  Yaxud  hüsnün  parlaqlığını 

quranın  bir  surəsinə  bənzədib  Kəbeyi-mübarək  Mərva-Səfa  (Kərbəla 

yaxınlığında yer adları) adlarını çəkməklə bu yerlərin müqəddəsliyini qeyd 

edir, həm də insanı təmizliyə, saflığa çağırır. Bu üslubi yükə malik – poetik 

fiqurlarda dərin, ibratamiz məna, müqəddəs ibadətgahlara böyük məhəbbət 

vardır:  Ol  pəri  kim,  çeşmi-saqi,  ləli-camimdir mənim;  // Qaşı mehrabim, 

yüzü beytül-həramımdır mənim [9. S. 229]. 



Yüklə 0,94 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   38




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə