N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə57/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   53   54   55   56   57   58   59   60   ...   90

 
maksimumunun  hava  kütlələri  Qafqaza,  o  cümlədən,  Xəzər 
dənizinə çatan zaman təsiri artıq azalır. 
     Hava  şəraiti  Azor  maksimumunun  təsiri  zamanı  çox  dəyişkən 
olur.  Bu  zaman  Abşeronda  şimal  -  şərq  küləklərinin  sürəti  10-15 
m/san,  cənubda  dərin  siklon  fəaliyyəti  mövcud  olan  hallarda  isə 
küləyin  sürəti  15-20  m/san,  bəzən  25-28  m/san-dək    yüksəlir.  İlin 
isti  dövrlərində  havanın  temperaturu  nəzərə  çarpacaq  dərəcədə 
aşağı düşür. İlin soyuq aylarında isə Azor mənşəli hava kütlələrinin 
Azərbaycana  müdaxiləsi  nəticəsində  hava,  əsasən,  tam  buludlu 
keçir  və  yağıntıların  miqdarı  artır.  Yayda  isə  demək  olar  ki,  hava 
buludsuz olur. 
     Tropik hava kütlələri
 keçmiş SSRİ-nin Avropa hissəsinin cənub 
rayonlarında  siklon  fəaliyyətinin  güclənməsi  və  İran,  İraq,  Kiçik 
Asiya üzərində yüksək təzyiq sahəsi bərqərar olduqda, yaxud Qara 
dəniz  üzərində  formalaşan  siklonun  Şimali  Qafqaza  çıxdığı 
vaxtlarda Xəzər dənizi rayonuna daxil olurlar. Bu hava kütlələri ilin 
soyuq dövründə temperaturun yüksəlməsinə, yayda isə isti və quru 
hava  şəraitinin  yaranmasına  səbəb  olurlar.  Xəzər  dənizi  üzərindən 
(xüsusən  orta  Xəzər  hövzəsindən)  siklon  çökəkliyi  keçən  zaman 
Abşeronda  havanın  temperaturu  çox  qısa  bir  müddət  ərzində  8-
12
0
C arta bilir və belə hallar ən çox ilin soyuq aylarında müşahidə 
edilir.  
     Havada buludluluq şimal küləkləri müşahidə edilən zaman artır, 
cənub  küləklərində  isə  əksər  hallarda  azalır.  Yağıntılar  əsasən 
soyuq  cəbhələrin  keçməsi  ilə  əlaqədardır.  Cənub  istiqamətli 
küləklər zamanı əksər hallarda yağıntı müşahidə edilmir. İlin soyuq 
aylarında  isə  yağıntının  düşməsi  şimal  istiqamətli  küləklərlə  daha 
çox bağlıdır. 
     Cənub  siklonlarının
  gəlməsi,  cənub  rayonları  üzərində 
siklonların  güclənməsi  və  aktiv  fəaliyyəti  soyuq  havanın 
adveksiyasına  səbəb  olur.  Bu  zaman  siklonun  çökəkliyi  cənubi 
Avropa  üzərinə  yönəlir  və  oradan  da  Aralıq  dənizinin  şərqinə  və 
Qara  dənizə  istiqamətlənir.  Cənub  siklonları  Azərbaycana,  o 
cümlədən,  Abşerona  daxil  olarkən  Şimali  Qafqazdan  keçib  gələn 
soyuq  hava  kütlələrinin  müdaxiləsi  güclənir.  Sinoptik  şəraitə 


 
gəlincə,  Aralıq  dənizi  üzərində  siklon  fəaliyyəti  gücləndiyi  zaman 
Rusiyanın  Avropa  hissəsinin  cənub  rayonları  üzərində  yüksək 
təzyiq sahələri də inkişaf edir. 
     İlin isti aylarında cənub siklonlarının Azərbaycan ərazisinə daxil 
olması  ilə  leysan  xarakterli  yağıntılar  müşahidə  olunur.  Abşeron 
yarımadasında  bu  növ  hava  şəraitində  güclü  şimal  küləkləri 
müşahidə edilir (19-21 m/san-dək). 
     Azərbaycan  ərazisindən  ilin  soyuq  dövründə  cənub  siklonları 
keçən zaman hava şəraiti, əsasən, buludlu və yağıntılı olur. 
     Mülayim  en  dairələrinin  kontinental
  havasının  Azərbaycan 
ərazisinə müdaxiləsi iki əsas istiqamətdə baş verir: 
1)  hava  kütlələrinin  Azərbaycana  Qərbi  Sibir  və  Qazaxıstandan 
keçib gəlməsi; 
2)  hava  kütlələrinin  Azərbaycana  Rusiyanın  Avropa  hissəsinin 
cənub və mərkəzi hissəsindən gəlməsi. 
     Bu  tip  hava  kütlələrinin  müdaxiləsi  zamanı  Azərbaycanda 
havanın temperaturu aşağı düşür,  yağıntıların miqdarı isə artır. İlin 
isti  dövründə  hava  şəraiti  nisbətən  az  dəyişir,  yağıntıların 
intensivliyi,  davamiyyəti  cəbhələrin  keçməsi  ilə  daha  çox 
əlaqədardır. 
     Orta  Asiya  antisiklonlarının
  Azərbaycan  ərazisinə  müdaxiləsi 
orada  formalaşan  atisiklonlarla  əlaqədardır.  Bu  zaman  Aralıq 
dənizinin şərq rayonlarında və Qara dəniz üzərində siklon fəaliyyəti 
daha da güclənir. Həmin siklon şimal-şərqə hərəkət etdikdə o, Orta 
Asiya  antisiklonu  ilə qarşılıqlı təsirdə olur və bununla, Orta Asiya 
hava  kütlələrinin  Azərbaycana  yayılmasına  şərait  yaranır.  Orta 
Asiya hava tipi çox davamiyyətli, quru, əsasən isti havadır. 
     Cənubi  və  Orta  Xəzərdə  bu  tip  hava  kütlələrinin  müdaxilələri 
zamanı, əsasən, cənub-şərq və cənub küləkləri üstünlük təşkil edir. 
Küləyin  gücü  bəzən  16-19  m/san-dək  yüksəlir.  İlin  isti  aylarında 
havanın  temperaturu  bir  qədər  də  artır,  soyuq  aylarda  isə  əksinə, 
azalır.  Bəzi  hallarda  temperatur  qış  aylarında  da  qismən  olsa  da 
yüksəlir.  Orta  Asiya  maksimumunun  təsiri  ilə  yağıntılar  ancaq, 
əsasən,  qış  aylarında  müşahidə  edilir.  Yuxarıda  qeyd  edilən  hava 
proseslərindən  başqa  Azərbaycan  iqliminin,  hava  proseslərinin 


 
formalaşmasında 
yerli  hava dövranının
 da təsiri  çox böyükdür.  Bu 
növ  proseslər  Xəzər  dənizi  və  Qafqaz  üzərində  zəif  barik  sahə 
mövcud  olduğu  zaman  müşahidə  edilir.  Yerli  hava  dövranını 
yaradan əsas amil ərazinin müxtəlif oroqrafiyaya malik olmasıdır. 
     Yerli hava dövranı ilə bağlı proseslər zamanı küləyin istiqaməti 
dəyişkən,  gücü  isə  zəif  və  mülayim  olur.  Yerli  hava  dövranı 
prosesləri  Azərbaycan  ərazisinə  daxil  olan  digər  hava  kütlələrini 
transformasiyaya  uğradır  və  fiziki-coğrafi  amillərin  təsirinə 
müvafiq  olaraq  barik  sahələrin  formalaşmasında  çox  mühüm  rol 
oynayır.                                                                                                                                    
                                                                                                                             
Oroqrafiyanın hava kütlələrinə təsiri 
 
     Dağların təsiri ilə hava kütlələri yerdəyişmə istiqamətini dəyişir 
və bəzən, onları aşıb keçirlər. Bu zaman üfüqi və şaquli istiqamətdə 
hava  axını  deformasiyaya  uğrayır,  nəticədə  hava  kütləsi  öz 
xüsusiyyətlərini  dəyişmiş  olur.  Havanın  şaquli  hərəkətləri  hava 
şəraitinə daha böyük təsir göstərir.  
     Dağların  təsiri  ilə  formalaşan  əlavə  şaquli  sürət  toplananını 
aşağıdakı düsturla təyin etmək olar: 
 
                    
y
h
v
x
h
u
h







,                                (4.1) 
 
burada,  
     h – dağın hündürlüyüdür. 
     Dağın  küləkdöyən  yamacında 
0
h


,  əks  yamacda  isə 
0
h


olur.  Buna  görə  də  dağların  küləkdöyən  tərəfində 
buludluğun  inkişafı  və  yağıntının  (oroqrafik  yağıntılar)  düşməsi 
üçün  əlverişli  şərait  yaranır,  dağın  əks  tərəfində  isə  buludluq 
dağılır. 
     Hündürlükdən  asılı  olaraq 
h

dəyişir:  dağın  ətəyində 
0
h


 
olmaqla,  artır  və 
m
h
  səviyyəsində  maksimum  qiymət  alaraq 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   53   54   55   56   57   58   59   60   ...   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə