N. Ş. Hüseynov



Yüklə 2,8 Kb.
Pdf görüntüsü
səhifə89/90
tarix20.10.2017
ölçüsü2,8 Kb.
#5949
1   ...   82   83   84   85   86   87   88   89   90

 
atmosfer  cəbhələri  boyunca  aramsız  yağıntılar  zonasının  əmələ 
gəlməsi mümkün hesab edilir. 
 2.  Atmosfer  cəbhələrinin  proqnozu  ilə  eyni  zamanda,  aramsız 
yağıntılar  zonasının  yerdəyişməsi  də  hesablanır.  Bu  halda 
köçürmələri  aparıcı  hava  axın  qaydası  üzrə  MT
700
  xəritəsinin 
izohipsləri  ilə  həll  etmək  olar.  Aramsız  yağıntı  zonasının 
evolyusiyası 
siklonların 
və 
cəbhələrin 
evolyusiyasının 
proqnozlarına  uyğun  olaraq  tərtib  edilir.  Aramsız  yağıntıları 
proqnozlaşdırarkən  əlavə  olaraq  aşağıdakıları  da  nəzərə  almaq 
zəruridir: 
     1.  As-Ns    buludlarının  yuxarı  sərhəddinin  hündürlüyünü, 
qalınlıqlığını  və  mənfi  10
0
C  izoterminın  vəziyyətini  bilmək 
lazımdır. Bu buludların yuxarı sərhədləri MT (mütləq topoqrafiya) 
xəritələrinində  şeh  nöqtəsi  çatışmazlığına  görə  aşkarlana  bilər. 
Burada mənfi 10
0
C izotermi buludlarda buz kristallarının fazasının 
yaranma  mümkünlüyünü  xarakterizə  edir  ki,  bu  da  yağıntıların 
əmələ  gəlməsi  üçün  çox  vacib  şərtdir.  Mənfi  10
0
C  izotermi 
buludların  daxilində  yerləşərsə,  bu  zaman  yağıntıların  müşahidə 
edilməsi daha çox ehtimallıdır və gözləniləndir. 
     2.  Havanın  əhəmiyyətli  dərəcədə  yuxarı  qalxan  hərəkətlərində 
(0,  =p<0) qalxan  havanın  fasiləsiz olaraq  soyuması  və  izafi 
su  buxarının  kondensasiyası  təmin  olunur  ki,  bu  da  bulud 
hissəsiciklərinin  kaoqulyasiyası  ilə  birlikdə  yağıntıların  düşməsinə 
səbəb olur. 
     
Leysan  yağıntıların  proqnozu.
  Leysan  tipli  yağıntıların 
proqnozunun əsasını konvektiv buludluluq və şimşəklərin proqnozu 
təşkil  edir.  Leysan  yağıntıların  əmələ  gəlməsi  və  proqnozu  yer 
səthində  və  hündürlüklərdə  havada  böyük  rütubət  (7q/kq),  şeh 
noqtəsi 
çatışmazlığının 
kiçik 
kəmiyyəti 
(2-3ºC), 
havanın 
temperaturunun  şaquli  qradiyenti,  rütubətli  adiabitik  qradiyentin 
artması, 
inversiya 
və 
izotermiya  təbəqələrinin  olmaması, 
yüksəklikdə soyuq adveksiya və s. meteoroloji və sinoptik amillərlə 
çox sıx bağlıdır.  
     Leysan  yağıntıların  təkrarlanması  dağlıq  rayonlarda  daha 
çoxdur.  Səth  örtüyünün  qeyri-bircinsliyi,  torpağın  tez  və  kəskin 


 
qızması  konveksiyanı  gücləndirir,  nəticədə,  leysan  xarakterli 
yağıntıların əmələ gəlməsi üçün əlverişli şərait yaranır.  
     Cəbhə  xarakterli  leysan  yağıntıların  proqnozu zamanı  cəbhənin 
gələcək 
vəziyyətini, 
onun 
evolyusiyasını 
və 
konvektiv 
dayanıqsızlığın mümkün dəyişkənliyini nəzərə almaq zəruridir.     
      Cəbhə xarakterli leysan yağıntıların davamiyyəti (t
d
) topa-yağış 
buludlarının miqdarından, şaquli gücündən daha çox asılı olmaqla, 
aşağıdakı tənlik vasitəsilə həll edilir:                  
                             
                                      t
d
 = 
,
V
L
k
 
burada, 
     
 

1000-850 
hPa-lıq 
təbəqələrdə 
hissəciklərin 
trayektoriyalarının 12 saatlıq orta uzunluğu, km;  
     - buludların hərəkətinin orta sürəti, km/s;  
     k-  sabit  əmsal  olub,  okklyuziya  cəbhələri  üçün  0,25,  isti 
atmosfer  cəbhələrində  0,3,  soyuq  atmosfer  cəbhələrində  0,2, 
dağılmaqda olan atmosfer cəbhələrində isə 0,1-ə bərabərdir.  
 
İldırımın proqnoz üsulları 
 
     İldırımın  proqnozunu  tərtib  etmək  üçün  bir  neçə  üsullar 
mövcuddur. Bunlara misal olaraq aşağıdakı üsulları göstərmək olar: 
 - aeroloji diaqramların qurulması (faktiki və proqnostik), 
 - konveksiya səviyyəsinin qalınlığı, 
 - -20˚ və daha yuxarı izotermlərdən keçən, enən konveksiya, 
 - konveksiyanın indekslərini nəzərdən keçirmək. 
     Atmosfer  dayanıqsızlığının  CAPE,  Lifted  kimi  bəzi  indeksləri 
mövcuddur.  Bunlar,  əsasən,  praktikada  istifadə  olunurlar.  Aşağıda 
verilmiş rəqəmlər, əsasən, avropa üçün hesablanmışdır. Məhz buna 
görə  digər  regionlar  üçün  daha  dəqiq  rəqəmlər  əldə  etmək  üçün 
tədqiqatlar  aparmaq  lazımdır.  Bu  indekslər  atmosferin  zond 
məlumatlarına əsasən alınır. 
     CAPE indeksinin qiyməti, c/kq : 


 
     a) 0 (sabitlik) 
     b) 0-1000 ( minimum qeyri-sabitlik) 
     c) 1000-2500 (mülayim qeyri-sabitlik) 
     d) 2500-3500 (yüksək qeyri-sabitlik) 
     e) 3500 + ( ekstremal qeyri-sabitlik) 
     Lifted indeksinin qiymətləri cədvəl 12-də verilmişdir. 
                                                                                                                    
                                                                                           Cədvəl 12 
                                   Lifted indeksinin qiymətləri 
 
     
      İldırımlar  ən  çox  sönməyə  başlayan  siklonlarda,  az  hərəkətli 
antisiklonların  ətrafında,  barik  yəhərlərdə  və  azqradiyentli  barik 
sahələrdə,  həmçinin  cəbhələrdə,  xüsusilə,  soyuq  cəbhələrdə 
müşahidə edilirlər. 
     İldırımın 
proqnozu 
atmosferin 
səhər 
radiozondlarının 
məlumatlarına əsasən dəqiqləşdirilir. 
     İldırımın 
2-3 
saatlıq 
proqnozunda 
radiolokasiya 
müşahidələrindən  də  istifadə  olunur.  Belə  ki,  meteoroloji 
11 
Ekstremal sabitlik 
İldırım gözlənilmir 
8-11 
Sabit 
İldırım gözlənilmir 
4-7 
Sabit 
İldırım gözlənilmir 
0-3 
Zəif sabitlik 
İldırım gözlənilmir 
-3- -1 
Zəif qeyri-sabitlik 
İldırım ehtimal olunur 
-5 - -4 
Qeyri-sabitlik 
İldırım gözlənilir 
-7 - -6 
Yüksək qeyri-
sabitlik 
Güclü ildırım 
< - 7 
Ekstremal qeyri-
sabitlik 
İntensiv 
ildırımlar,tornado 
ehtimal olunur. 


Yüklə 2,8 Kb.

Dostları ilə paylaş:
1   ...   82   83   84   85   86   87   88   89   90




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə