PULU HEÇ VAXT İTMƏYƏN ADAMLAR,
ONU ƏLDƏ ETMƏYİN SADƏ QANUNLARINI
ANLAYANLARDIR
llllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
1.
Pul kis
ənizi doldurmağa başlayın.
2.
X
ə
rcl
ə
riniz
ə
n
ə
zar
ə
t edin.
3.
Şəxsi qızılınızı artmağa mə
cbur edin.
4.
Pul q
ə
na
ə
tinizi itkid
ə
n qoruyun.
5.
investisiyanızı daşınmaz əmlaka yatırın.
6.
G
ə
l
ə
c
ək üçün gə
lir m
ə
nb
ə
yinizi t
ə
min edin.
7.
Qazanc imkanlarınızı genişlə
ndirin.
Illlllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllllll
Ön söz
Bizim bir millət kimi çiçəklənməyimiz, ayrılıqda hər bir
adamın şəxsi maliyyə vəziyyətindən asılıdır. Buna necə nail
olmalı?! Əlimizdəki kitab məhz bundan danışır.
Müvəffəqiyyət-bizim öz səy və bacarığımızın nəticəsidir.
Uğur yalnız o vaxt üzümüzə gülər ki, biz buna həqiqətən də
hazır olaq. Bununla yanaşı, unutmamaq lazımdır ki, bizim
bütün hərəkətlərimizi məhz təfəkkürümüz şərtləndirir və
əməllərimiz heç vaxt fikirlərimizdən üstün olmayacaq.
Bu kitab, boş pul kisələrinə çarə kimi düşünülmüşdür.
Kitab, varlanmaq istəyənlərə kömək etmək, maliyyə
problemlərinin məğzinə enmək məqsədi daşıyır. O sizə pul
qazanmağa kömək edib, onu qoruyub saxlamağı və puldan
yeni pulun əmələ gəlmə yollarını öyrədəcəkdir.
Biz sizinlə qədim Babilə tarixi səyahət edəcəyik - hansı ki,
hazırda həmin yer özünü təsdiq etmiş və bütün dünyanın
istifadə etdiyi əsas maliyyə prinsiplərinin cücərdiyi beşikdir.
7
Müəllif səmimi qəlbdən arzulayır ki, kitabla yeni tanış
olan oxuculara onun səhifələri - öz bank hesablarını artırmaq,
yeni maliyyə uğurları əldə etmək və çətin maliyyə
məsələlərinin həlli yolunda təkan versin. Necə ki, kitabı artıq
mütaliə edib, öz uğurları haqqında ona həyəcanla xəbər verən
digər oxucular kimi.
Müəllif fürsətdən istifadə edərək, bu kitabı öz dostlarına,
qohumlarına və həmkarlarına məsləhət görən iş adamlarına öz
minnətdarlığını bildirir. Onların tərifləri xüsusilə qiymətlidir,
belə ki, onlar bu kitabda haqqında danışılan prinsiplərdən
faydalanaraq, bizneslərində öz gücləri hesabına əhəmiyyətli
uğurlar qazanmış təcrübəli şəxslərdir.
Babil, pulun dəyərini bilib, sınaqdan keçirilmiş etibarlı
maliyyə prinsiplərinə riayət edən və puldan pul çıxara bilən
sakinləri sayəsində qədim dövrün ən zəngin şəhərinə çev-
rilmişdir. Onlar bizim hər birimizin istəyinə bələd olmuşlar:
gələcək üçün özünə daimi gəlir mənbəyi təmin etmək.
8
|