Naği qarabağ



Yüklə 0,84 Mb.
Pdf görüntüsü
səhifə26/40
tarix14.04.2018
ölçüsü0,84 Mb.
#38386
1   ...   22   23   24   25   26   27   28   29   ...   40

53 

 

müstəqilliyə  bərabər  idi.  Sənədə  görə,  Dağlıq  Qarabağ  Azərbaycanın  tərkibində 



"dövlət və ərazi qurumu" kimi mövcud olmalı idi. Dağlıq Qarabağdakı qondarma 

"qurum"  üçün  konstitutsiya,  bayraq,  gerb,  polis,  milli  qvardiya,  himn  və  s. 

atributlar  nəzərdə  tutulurdu.  Şuşanın  xüsusi  statusu  olmalı,  bu  status  Şaumyan 

rayonunun statusu ilə uyğunlaşdırılmalı idi. Göründüyü kimi,   Rusiyanın  diqtəsi   

ilə ermənilərin imtina etdikləri "mərhələli həll" planı da Azərbaycanın maraqlarına 

uyğun deyildi. 1998-ci il noyabrın 7-də  münaqişənin həllinə dair "ümumi dövlət" 

adı  ilə  tanınan  3-cü  təklif  irəli  sürüldü.  Bu  variant  mahiyyətcə  Dağlıq  Qarabağı 

müsəqil  dövlətə  çevirmək  məqsədi  güddüyünə  görə  Azərbaycan  tərəfindən  rədd 

edildi. 

2001-ci  ilin  əvvəlində  Qarabağ  münaqişəsi  ilə  bağlı  bir  sıra  yeni 

müzakirələr  və  danışıqlar  aparıldı.    Azərbaycan  Respublikasının  prezidenti  H. 

Əliyevin  təşəbbüsü  və  iştirakı  ilə  fevral  ayının  23-24-də  Milli  Məclisdə  gcniş 

müzakirələr keçirildi və 6 bənddən ibarət qərar qəbul olundu. Qərarda münaqişənin 

qarşılıqlı  kompromislər  yolu  ilə  nizama  salınmasının  zəruriliyi    göstərildi.    Mart 

ayında  Parisdə  H.  Əliyev  və  R.  Koçaryan  arasında  danışıqlar  aparıldı.  Müzakirə 

olunan  məsələlər  Ermənistanın  maraqlarının  kifayət  qədər  təmin    edirdi.    Dağlıq  

Qarabağdakı  qondarma  "qurum"a yüksək statusun verilməsi nəzərdə tutulur, onun 

Bakıdan  asılılığı  faktiki  olaraq  heçə  endirilirdi.  Bunun  müqabilində  erməni  tərəfi 

Dağlıq  Qarabağın  ətrafındakı  6  rayonun  azad  edilməsinə  və  azərbaycanlıların 

Şuşaya  qayıtmasına  razılaşırdı.  Razılığa  görə,  Laçın  dəhlizi  crməniləro  qalır, 

əvəzində isə Mehri vasitəsi ilə Naxçıvana yol açılırdı. Paris danışıqları  1  ay sonra 

ABŞ-ın  Ki-Uest  şəhərində  davam  etdirildi.  Burada  Azərbaycan  prezidenti  yeni 

təkliflərlə çıxış edərək, Kəlbəcər ərazisi ilə Qarabağ və Ermənistan arasmda dəhliz 

açılması  müqabilində  Laçının  bütövlükdə  Azərbaycana  qaytarılması  tələbini 

qoydu.  Bundan  əlavə,  H.Əliyev  azərbaycanlıların  təkcə  Şuşaya  deyil,  Dağlıq 

Qarabağın  digər  yaşayış  məntəqələrinə  də  qaytarılmasının  vacibliyini  göstərdi. 

Şərtlərin ermənilər üçün sərfəli olmasına baxmayaraq, yenə də İrəvan Moskvanın 

təzyiqləri  altında  danışıqlardan  geri  çəkildi.  Azərbaycanın  bütün  mümkün 

güzəştlərə hazır olmasına baxmayaraq, Minsk qrupunun vasitəçiliyi ilə aparılan bu 

danışıqlar  birmənalı  şəkildə  Ermənistanın  tələblərinin  tam  yerinə  yetirilməsinə 

yönəlmişdi.  Sonda  H.Əliyev  acı  həqiqəti  etiraf  etməli  oldu:  "Aparılan  bütün  bu 

danışıqlardan,  Minsk  qrupunun  verdiyi  təkliflərdən  mənə  bir  şey  aydındır  ki, 

bunlar  Dağlıq  Qarabağa  müstəqilliyə  yaxın  bir  status  verməklə  məsələni  həll 

etmək, yaxud da tamam müstəqillik vermək istəyirlər". 

2000-ci  ilin  əvvəllərindən  başlayaraq  Azərbaycanda    ictimai  fəallıq  xeyli 

artdı.  Həmi  ilin  yanvarında    cəmiyyətin  müxtəlif  təbəqələrinin  erməni  işğalına 

qarşı  fəallığının  artırılması,  ictimai  müqavimətin  gücləndirilməsi  məqsədi  ilə 

Qarabağ  Azadlıq  Təşkilatı  yaradıldı  (QAT).  Tanınmış  ziyalılar,  sabiq  hərbiçilər, 




54 

 

qaçqın və köçkünlərin nümayəndələri bu Təşkilatda birləşdilər, Akif Nağı qurumun 



sədri  seçildi.  QAT  Qarabağ  Əlillər  Cəmiyyəti,  Veteranlar  Birliyi,  "Azəri-Türk" 

Qadınlar  Birliyi,  Şəhid  Ailələrinin  Hüquqlarının  Müdafiə  Cəmiyyəti,  Sülh  və 

Demokratiya  İnstitutu,  həmçinin  siyasi  partiyalar  və  digər  qurumlarla  birlikdə 

cəmiyyətin fəallaşdırılması üçün bir sıra ciddi addımlar atdı, o  cümlədən, 2001-ci 

ilin  dekabrında,  2002-ci  ilin  yanvarında,  2003-cü  ilin  fevralında  birgə  Qarabağ 

mitinqləri  keçirildi  və  erməni  işğalının  nəticələrinin  hərbi  yolla  aradan 

qaldırılmasına  dair  tələblər  irəli  sürüldü.  2001-ci  ildə  4  tanınmış  ictimai  və  siyasi 

xadim-Eldar  Namazov,  Tofiq  Zülfüqarov,  Nazim    İmanov    və    Sabit    Bağırov  

"Qarabağ    Xartiyası"    deyilən  sənədlə  çıxış  etdilər.  Sənəddə  Azərbaycanın  ərazi 

bütövlüyünün  bərpa  edilməsi  üçün  siyasi  vasitələrlə  yanaşı  hərbi  qüvvədən 

istifadənin mümkünlüyü, Dağlıq Qarabağ əhalisinə geniş muxtariyyətin verilməsi, 

münaqişənin  mərhələli  həll  variantına  üstünlük  verilməsi  kimi    məsələlər    əks  

olunurdu.  Xartiya  əksər  siyasi  və  ictimai təşkilatlar tərəfindən müdafiə olundu. 

2001-ci  ildən  başlayaraq  erməni  tərəfi  "xalq  diplomatiyası"ndan  istifadə 

edərək Azərbaycanla münasibətləri normallaşdırmağa çalışırdı. Bu ənənəvi erməni 

siyasəti  idi.  1905-1906-cı,  1918-1920-cı  illərdə  də  ermənilər  Azərbaycanın 

torpaqlarını zəbt etdikdən sonra barışıq   elan   edir,   xoş   münasbətlər  yaradaraq   

işğal   faktlarının unutdurulmasına nail olmuşdular. Bu dəfə  ermənilərin cəhdləri 

Azərbaycan  cəmiyyəti  tərəfindən  narazılıqla  qarşılandı.  2001-ci  il  sentyabrın 

əvvəlində İrəvan və Xankəndindən nümayəndə heyəti Bakıya gəldi. Onlar rəsmi və 

qeyri-rəsmi    səviyyələrdə  bir  sıra  görüşlər  planlaşdırmışdılar.  Bu  görüşlər  zamanı 

işğal  faktına toxunmadan  cəmiyyətlərarası dialoqun təşkili,    düşmənçilik    əhval-

ruhiyyəsinin  aradan  qaldırılması  ilə  bağlı  müzakirələrin  aparılması  nəzərdə 

tutulurdu. Azərbaycan   cəmiyyəti ermənilərin məkrli niyyətini başa düşərək kəskin 

etirazla  çıxış  etdi.  Qarabağ  Azadlıq  Təşkilatı  daha  radikal  mövqedə  dayanaraq, 

etiraz  aksiyaları  keçirdi,  erməni  nümayəndə  heyəti  ilə  görüşlərin      keçirilməsinə 

imkan vermədi. Ermənilər səfərlərini  yarımçıq kəsərək  geri  qayıtmalı oldular. Bu  

hadisədən   sonra  Azərbaycan   cəmiyyətində   erməni işğalına qarşı daha radikal 

və barışmaz əhval-ruhiyyə formalaşdı. 2003-cü ildə bir qrup gənc dəstə yaradaraq, 

düşmənə  qarşı  partizan  müharibəsinə  başlamaq  üçün  cəbhə  xəttini  keçməyə  cəhd 

göstərdi.  Rövşən Bədəlovun rəhbərlik etdiyi 23 nəfərlik qrup 2003-cü ilin avqust 

ayında Azərbaycanın hüquq-mühafizə orqanları tərəfindən həbs edildi. Cəmiyyətdə 

Qarabağ  partizanları  adı  ilə  tanınan  bu  gənclərdən  biri-Məmməd  Məmmədov 

ömürlük,  digərləri  isə  uzun  müddətə  azadlıqdan  məhrum  edildilər.  Erməni  işğalı, 

terrorçuluğu  və  vəhşiliklərinə  etiraz  olaraq  növbəti  radikal  addım  Azərbaycan 

Ordusunun  baş  leytenantı  Ramil  Səfərov  tərəfindən  atıldı.  Ramil  Səfərov 

Macarıstanın  paytaxtı  Budapeşt  şəhərində  NATO  hərbi  kurslarında  olarkən  iki 

erməni zabitinin təxribatlarına dözməyərək, 2004-cü ilin fevralında onlardan birini 




Yüklə 0,84 Mb.

Dostları ilə paylaş:
1   ...   22   23   24   25   26   27   28   29   ...   40




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə