17
ibarət olan Dərələyəz, Göyçə, Zəngibasar mahalları Ermənistana, Borçalı mahalı
isə Gürcüstana verildi.
Ermənistan bununla kifayətlənməyərək yaranmış vəziyyətdən, Rusiyanın
uyğun mövqeyindən daha geniş şəkildə yararlanmağa çalışırdı. Ermənistan sovet
rəhbərliyi tərəfindən Azərbaycanın Qarabağ, Naxçıvan, Zəngəzur bölgələrinə
iddialar irəli sürüdü.
Moskva dərhal bu iddiaları dəstəklədi və Azərbaycanın kommunist
rəhbərlərinə təzyiqləri güclənirdi. Azərbaycan rəhbərliyi Moskvanın təzyiqləri
qarşısında davam gətirməyərək 1920-ci il noyabrın 30-da və dekabrın 1-də
Zəngəzurun Ermənistana verilməsi haqda bəyanatlarla çıxış etdi. Moskva
Azərbaycanı güzəştlərə məcbur etmək üçün "proletar beynəlmiləlçiliyi" deyilən
gülünc təbliğat vasitələrindən istifadə edirdi. Azərbaycan rəhbərliyində
Zəngəzurun Ermənistana verilməsinə qarşı çıxan xeyli qüvvə var idi. Bu məsələ bir
neçə dəfə müxtəlif səviyələrdə müzakirə olundu. Lakin bu bölgəni xilas etmək
mümkün olmadı. Zəngəzur mahalı iki hissəyə bölünərək, 4505 kv.km ərazisi
Ermənistana verildi. Başdan-başa Azərbaycanlıların yaşadığı Naxçıvanla
Azərbaycanın digər ərazilərinin arasında yalnız azərbaycanlıların yaşadığı
Zəngəzur Ermənistan ərazisi elan olundu. Bu, tarixdə görünməmiş absurd bir qərar
idi. Digər tərəfdən isə, ermənilər Zəngəzurdan sonra Naxçıvanı da ələ
keçirəcəklərinə ümid edirdilər. Naxçıvanın da taleyi ciddi təhlükə qarşısında idi.
Rusiya Naxçıvanın Ermənistana verilməsini təkidlə tələb edirdi. Azərbaycan
Zəngəzuru güzəştə getdikdən sonra Naxçıvana erməni iddialarını qəti şəkildə rədd
etdi. Ermənistan Zəngəzur məsələsi ətrafında hələ də mübahisələrin davam etdiyini
nəzərə alaraq Naxçıvanla bağlı ilkin mərhələdə təkid etmədi və 1920-ci il dekabrın
28-də Naxçıvana heç bir iddiasının olmaması ilə əlaqədar rəsmi bəyanat verdi.
Lakin ermənilər az sonra Naxçıvan məsələsini yenidən gündəmə gətirdilər.
Yalnız işə Türkiyənin qarışması ilə məsələ ədalətli həllini tapdı. 1921-ci ildə
Türkiyə, Rusiya, Azərbaycan və Ermənistan arasında imzalanmış dördtərəfli
Moskva və Qars müqavilələri ilə Naxçıvan Azərbaycanın tərkibində saxlanıldı.
Qarabağın dağlıq hissəsi ilə bağlı daha kəskin mübarizə getdi. Moskva
yenə "proletar beynəlmiləlçiliyi" prinsipini işə salaraq "millətlərarası sülh"
naminə "daş-kəsəkdən" ibarət kiçik bir ərazinin Ermənistana verilməsinə nail
olmağa çalışır, Azərbaycana təzyiqlər edirdi. Sovet imperiyasının "Qafqaz bürosu"
deyilən qurumu hətta 1921-ci il iyulun 4-də Dağlıq Qarabağın Ermənistana
verilməsi haqda qərar qəbul etdi. Lakin Azərbaycan rəhbərliyinin qəti
etirazından sonra səhərisi gün həmin qurum tərəfindən məsələyə yenidən baxıldı,
Dağlıq Qarabağın Azərbaycanın tərkibində saxlanılması qərara alındı. Digər
tərəfdən, ermənilərin iddialarının qismən ödənilməsi məqsədi ilə həmin ərazidə
erməni muxtariyyatının yaradılması təklif olundu. Azərbaycan bu təklifi də etirazla
18
qarşıladı. Qarabağın iki hissəyə bölünməsi, süni şəkildə ermənilərin və yaxud
azərbaycanlılarla ermənilərin birgə yaşadıqları məntəqələrin hansısa ərazi vahidi
şəklində ayrılması, Azərbaycanın ərazisində yaşayan digər azsaylı xalqlarla
müqayisədə ermənilərin bu şəkildə fərqləndirilməsi heç bir məntiqə sığmırdı.
Həmin dövrdə Qarabağın dağlıq hissəsində cəmi 128 min nəfər erməni yaşayırdı,
onların da böyük əksəriyyəti XIX-XX əsrin əvvəllərində buraya köçürülmüşdü.
Dünya praktikasında muxtariyyət adətən yerli və həmin ərazidə qədimdən yaşayan
xalqlara və yaxud hər hansı diskriminasiyalara məruz qalan xalqlara, milli azlıqlara
şamil edilir. Bu baxımdan muxtariyyat minillərlə yaşadıqları ərazilərlə birlikdə
Ermənistanın tərkibinə daxil edilmiş 250 mindən artıq Azərbaycan türkünə
verilməli idi. Təəssüf ki, o vaxt bu məsələ heç kəs tərəfindən qaldırılmadı.
Azərbaycan rəhbərliyi Dağlıq Qarabağa qondarma muxtariyyətin
verilməsinə qarşı 1923-cü ilə qədər müqavimət göstərdi. Moskva dəfələrlə yerli
kommunistlərdən Qarabağ məsələsini sürətləndirməyi tələb edir, hətta hədələyirdi.
Sovet imperiyasının "Zaqafqaziya ölkə komitəsi" deyilən qurumu 1923-cü ilin
iyununda muxtariyyət məsələsinin həll olunması ilə bağlı Azərbaycan rəhbərliyinin
qarşısında tələb qoydu. Bu təkidli tələblərdən sonra "Azərbaycan Mərkəzi İcraiyyə
Komitəsi" deyilən qurum 1923-cü il iyulun 7-də "Dağlıq Qarabağ Muxtar
Vilayətinin yaradılması haqqında" dekret verdi. Həmin dekretlə Xankəndi vilayətin
mərkəzi elan olunurdu. Az sonra şəhər Azərbaycanlılara qarşı soyqırımın
təşkilatçılarından biri olan Stepan Şaumyanın adı ilə "Stepanakert" adlandırıldı. Bu
qərardan on gün sonra Şuşa şəhəri də vilayətin tərkibinə daxil edildi.
Ermənilərin bu istəyi də yerinə yetirildi. Onlar Şuşanı erməniləşdirmək
niyyətində idilər. Ona görə də Azərbaycan rəhbərliyi Şuşanın vilayətə daxil
edilməsini istəmirdi, lakin sonda razılaşmalı oldu. Muxtar vilayətin yaradılması
yanlış, qeyri-legitim və heç nə ilə əsaslandırılmayan bir qərar idi. Hətta Moskvanın
Azərbaycana göndərdiyi canişinlərin özləri də bu qərarın düzgünlüyünü dərhal
şübhə altına almağa başladılar. Bəzi məlumatlara görə həmin qərarın ləğv edilməsi
ilə bağlı ötən əsrin 20-30-cu illərində bir neçə dəfə məsələ qaldırılmışdı.
Beləliklə, bu dövrdə Rusiya rəhbərliyi tərəfindən yürüdülən siyasət
nəticəsində həmişə tam olmuş Qarabağ bir neçə yerə parçalandı. Onun bir
hissəsi ayrılaraq Ermənistana verildi. Digər bir hissəsində isə "Dağlıq Qarabağ
Muxtar Vilayəti" deyilən qondarma qurum yaradıldı. Qarabağın tarixi
torpaqlarından Azərbaycana Dağlıq Qarabağ Muxtar Vilayəti də daxil olmaqla 16
min kv.km ərazi qaldı. Qarabağın tarixi torpaqlarına aid olan Zəngəzur
qəzasının Azərbaycana qalmış hissəsində az sonra Zəngilan, Qubadlı, Laçın
rayonları yaradıldı. Ağdam və Cəbrayıl qəzalarının ərazisində isə Ağdam,
Cəbrayıl, Bərdə, Tərtər, Ağcabədi rayonları təşkil edildi. Dağlıq Qarabağ Muxtar
Vilayətinin ərazisi yaradılarkən 4.160 kv.km (sonradan bəzi inzibati