Наиля сямядова



Yüklə 4,8 Kb.
Pdf görüntüsü
səhifə19/83
tarix14.12.2017
ölçüsü4,8 Kb.
#15619
1   ...   15   16   17   18   19   20   21   22   ...   83

 
 
Qanını şişəyə tutdu fələk ol tifillərin, 
 
Ac qalıb, qaçdı uşaqlar dodağından qanı. 
 Gec
ələr nəql dedim körpə uşaqlarım üçün, 
 Nisy
ə sözdən nə yetir,çeynədilər yorğanı [115, s.19]. 
Araşdırıcı  Sadıq  Hüseynov  Seyid  Əzim  Şirvaniyə  həsr 
etdiyi  t
ədqiqat  əsərində  [114]  şairin  avtobioqrafik  məzmunlu 
şeirlərindən, eləcə də məktublarından yararlanaraq onun tərcü-
meyi-
halının ayrı-ayrı məqamlarına toxunmuş, həyat və yara-
dıcılığını hərtərəfli işıqlandırmışdır. 
S.Ə.Şirvaninin müasiri Mirzə Rəhim Fənanın (1841-1929) 
t
əşəbbüsü ilə  Şuşada  1864-cü ildə  «Məclisi-üns»  açılmışdı. 
F
əna xatirələrində  «Məclisi-üns»ün  şöhrəti  haqqında  bunları 
yaz
mışdır: «Məclisi-üns»ün sədası Qafqaziyyə şəhərlərində in-
tişar tapdığından, ən əvvəl şüərayi-Şirvan 
 c
ənab Hacı Seyid 
Əzim,  Bixud, Ziya, Zühuri qəzəllər  yazıb  «Məclisi-üns» 
şairlərilə  cəvabi  –  dustanə  əda etdilər.  Şəkidən  İsmayıl  bəy 
S
ədrəddinbəyov Kərim adına şeir yazdı, cavab aldı. Naxçıvan-
dan m
ərhum Sidqi izharı – məhəbbət etdilər» [87]. Xurşudba-
nu Nat
əvan (1830-1897) 1872-ci ildə bu məclisə daxil olduq-
dan sonra «M
əclisi-üns» daha da şöhrətlənir. Mir Həsən Ağa-
mirovun xatir
ələrində bunlar daha ətraflı şərh edilir. «Məclisi-
üns»ün üzvl
ərindən Ağahəsən Yüzbaşov, Mirzə Rəhim Mirzə-
liyev,  İskəndər bəy  Əsəd bəy  oğlu,  Fatma  xanım  Kəminə, 
Novr
əs, Mirzə Sadıq, Molla Vəli Xəlifə, Mirzə Əli kimi şair-
l
ərdən bəhs edən xatirə müəllifi Xurşudbanu Natəvanın şəxsi 
keyfiyy
ətlərindən də məlumat verməyi lazım bilmişdir. «Natə-
van heç k
əsdən gizlənməyən  bir  qadın  idi.  O,  bütün  məclis-
l
ərin xərclərinin hamısını özü verərdi» [8, s.3]. Məclis musiqi 
m
əclisi  hesab  olunduğundan  burada  Hacı  Hüsü,  Məşədi  İsi, 
M
əhəmməd Qaryağdı oğlu, tarzən Sadıq və digər ifaçılar işti-
rak edirdi. 
Ədəbiyyatşünas  Nəsrəddin Qarayevə  görə, «Məc-
lisi-
üns» şairlərinin əsərlərindən belə qənaətə gəlmək olur ki, 
onlar Nat
əvanın rəsmlərinə şeirlər yazdıqları kimi aşiqanə qə-
z
əllərinin bir hissəsini üstüörtülü olsa da bu gözəl qadına həsr 
 
58 


 
etmişlər. Natəvan müasiri olduğu Şuşa şairləri üçün bir ilham 
m
ənbəyi idi» [133, s.157]. 
X
urşudbanu Natəvan haqqında Tahirə Bünyadovanın xati-
r
ələrində  də  maraqlı  məlumatlarla  qarşılaşırıq.  Memuaristin 
anası Əzət xanım (Y.V.Çəmənzəminlinin bacısı) qızına Natə-
va
nın səxavətindən, kasıb, imkansız ailələrə etdiyi maddi yar-
dımlardan  söhbət  açmışdır.  Belə  ailələrdə  olarkən Natəvanın 
hiss  olunmadan  qoyduğu  pulları  ev  yiyəsi  onun  gedişindən 
sonra gör
ərdi. Əzət xanımın yaddaşında Natəvan tənhalığı se-
v
ən, qəddi-qamətli, gözəl qadın kimi qalmışdı. O, səhər tezdən 
çaya en
ər və suyun axını ilə üzən qayıqda oturardı. Bəlkə də o, 
bu  vaxt  şeir  qoşar,  bəlkə  də  öz  oğlu  barədə  düşünərdi [289, 
s.45]. Bu m
əqama ədəbiyyatşünas Mehdi Hüseyn də toxunaraq 
yazmışdı: «Dünya ədəbiyyatında övlad dərdini, oğul hicranını 
Nat
əvan qədər dərindən hiss və  tərənnüm edən ikinci bir 
şairəyə rast gəlmək çətindir. Natəvanın şəxsi analıq duyğuları 
bütün analığın ağır dərdi kimi səslənir» [112, c.9, s.363]. 
XIX yüzillikd
ə Şuşada yaşayıb-yaratmış şair və yazıçıların 
h
əyat və  fəaliyyəti  haqqında  Qarabağ  ziyalılarından  Mirzə 
Xosrov Axundovun (1889-1960) xatir
ələrində ətraflı məlumat 
verilmişdir. Xatirələrin əksəriyyəti Nazim Axundov və Pərviz 
Axundb
əylinin sözlərinə  görə, «müəllifin  canlı  müşahidələri 
v
ə yaşlılardan eşitdikləri əsasında yazılmışdır. Müəllif Xurşud-
banu Nat
əvan, Mir Möhsün Nəvvab, Cəlil Məmmədquluzadə, 
Üzeyir  Hacıbəyov kimi ədəbiyyat və  mədəniyyət tariximizin 
böyük nümay
əndələrinin həyat və  fəaliyyətindən müəyyən 
nöqt
ələrə diqqət cəlb edir. Müəllif həmin sənətkarları Qarabağ, 
Şuşa ictimai-mədəni mühiti ilə əlaqəli şəkildə oxucuya təqdim 
edir» [15, s.4]. 
Atası Mirzə Əli Aşiqin tövsiyəsi ilə Qarabağ tarixini öyrə-
n
ən,  bununla  əlaqədar bir çox mənbələri nəzərdən keçirən 
Xos
rov  Şaiq  «Qarabağ  tarixinə  dair»  əsərində  Pənah  xanın 
n
əsli və  hökmranlığı  haqqında,  oğlu  İbrahim  xan  Cavanşirin 
hakimiyy
ətinə və o dövrün hadisələrinə, eləcə də Qarabağ ta-
 
59 


 
rixin
ə və xanlıqlarına aid bilgilər verir. Müəllifin «Şuşada ya-
şamış  maraqlı  şəxslərlə  bağlı  tarixi  yerlər»  yazısı  da  bir  çox 
c
əhətdən diqqət çəkir. Belə ki, burada tarixi şəxsiyyətlərlə ya-
naşı Azərbaycan ədəbiyyatının görkəmli nümayəndələri 
  Q a
-
sım bəy Zakir, Xurşudbanu Natəvan, Əbdürrəhim bəy Haqver-
diyev, N
əcəf bəy Vəzirov, Firidun bəy Köçərli, Süleyman Sani 
Axundov, C
əlil Məmmədquluzadə, Mir Möhsün Nəvvab, Üze-
yir Hacıbəyov, Zülfüqar Hacıbəyov və başqalarının yaşadıqları 
binalar haqqında ətraflı məlumat verilir. 
Xosrov Şaiqin «Xurşudbanu Natəvan haqqında müşahidə-
l
ərim»  yazısında  şairənin həyat  və  fəaliyyəti ilə  əlaqədar bir 
çox m
əqamlar nəzərə çatdırılmışdır. Lakin bu olayların bəzilə-
rinin h
əqiqətə nə dərəcədə uyğun olması bir qədər müəmma-
lıdır. Çünki azyaşlı bir uşağın bu qədər hadisələri müşahidə et-
m
əsi mümkünsüzdür. Olsa-olsa Xosrov Şaiq bu hadisələri ya 
başqalarından  eşitmiş  və  ya  başqa  mənbələrdən  oxumuşdu. 
Zat
ən hadisələrin təsvirində də bu məqam özünü göstərir. Bu 
nümun
ələrdə    Natəvanın    səxavətindən,    xeyirxahlığından, 
m
ərhəmətindən, cəsarətindən, mütərəqqi fəaliyyətindən ətraflı  
b
əhs edilir. 
Fikrimizi Mirz
ə Xosrov Axundovun əsərlərinə yönəldərək 
qeyd etm
əliyik ki, onun «Mir Möhsün Nəvvab Qarabaği haq-
qında xatirələrim» əsəri də yaşlı nəsildən, eləcə də Nəvvabın 
oğlu Mir  İbrahimdən eşitdiyi söhbətlər əsasında qələmə alın-
mışdır.  Lakin  Natəvan  haqqında  yazılan  xatirələrdən fərqli 
olaraq burada mü
əllifin haqqında danışdığı şəxslə görüşləri də 
t
əsvir edilmişdir. Elm və təhsilə aid şeirlər yazan Xosrov Şai-
qin  yaradıcılığa  həvəslənməsində  Mir Möhsün Nəvvabın  bö-
yük xidm
əti  olmuşdu.  Bu  xüsusda  müəllif  yazır:  «O,  (Mir 
Möhsün N
əvvab  -  N.S.)  şeirlərimi məclisdə  oxuyub bəyəndi 
v
ə  yaradıcılığı  davam  etdirməyi  tapşırdı.  Mərhum Nəvvabın 
m
ənə bu münasibəti şeir ilə maraqlanmağıma, onun «Məclisi-
f
əramuşan»ında iştirak etməyimə və bu yolda ciddi çalışmağı-
ma s
əbəb oldu» [15, s.45]. 
 
60 


Yüklə 4,8 Kb.

Dostları ilə paylaş:
1   ...   15   16   17   18   19   20   21   22   ...   83




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə