NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə13/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   9   10   11   12   13   14   15   16   ...   56

28 
 
qərbdə Kiçik Qafqaz dağlarından Ģərqdə Xəzər dənizinədək olan sahəni əhatə edir 
və  əsasən  ərəblərin  Arran  adlandırdıqları  qədim  Albaniya  torpaqlarını  özündə 
birləĢdirirdi. 
III və IV Ərminiyə inzibati bölgüləri isə ərəblərin iĢğal etdikləri Ermənistan 
torpaqlarını əhatə edirdi. Belə ki, mənbələr III Ərməniyənin tərkibində Basfuracan 
–  Baspurakan,  Dəbil  (Dvin),  Sirac  Tayr  (ġirak),  Bağravand  və  NəĢavənin,  IV 
Ərminiyənin  tərkibində  idə  ġimĢat,  Xilat,  Qaliqala,  ƏrçiĢ  və  Bacuneysin  adlarını 
çəkirlər. 
Əlbəttə,  oxucuları  III  Ərminiyənin  tərkibində  xatırlanan  NəĢavə  adı 
maraqlandırmaya bilməz. Axı ərəblərin bəzən NəĢavə adlandırdıqları Naxçıvan III 
Ərminiyənin  tərkibinə  necə  düĢüb?  Daha  doğrusu,  bu  inzibati  bölgüyə  aid  edilən 
NəĢavə coğrafi baxımdan hansı mövqedə yerləĢir? 
Suala  cavab  vermək  üçün  ilk  növbədə  ərəb  sərkərdəsi  Həbib  ibn 
Məsləmənin  Ermənistana  etdiyi  iki  yürüĢün  (644-45-ci  illərdə  və  652-ci  ildən 
sonra) marĢrutunu xatırlamalıyıq. Birinci yürüĢ zamanı Qaliqalanı (indiki Ərzrum) 
iĢğal  etmiĢ  Həbib  onun  köməyinə  göndərilmiĢ  Səlman  ibn  Rəbiənin  dəstəsi  ilə 
bizanslıların hücumunu saxlaya bilmiĢdi. Qaliqaladan sonra Həbib Araz çayının ən 
yuxarı  axarı  boyunda  yerləĢmiĢ  Mərbələ  (Mərdəli)  adlı  yerdə  Xilat  batriki  ilə 
görüĢür  və  hələ  640-cı  ildə  Ermənistanı  iĢğal  etmiĢ  ərəb  sərkərdəsi  Ġyad  ibn 
Ğənmin  həmin  batrikə  verdiyi  fərmanı  təsdiq  edir.  Sonra  o,  Xilatdan  Ģimal-Ģərq 
istiqamətinə dönərək Dəbilin yaxınlığındakı ƏrdəĢət kəndinə çatır. Xilatda olarkən 
Maks (Moks) vilayətinin hakimi Həbibin yanına gələrək, öz vilayətinə və o zaman 
onun  tabeçiliyində  və  bilavasitə  Moksla  həmsərhəd  olan  Basfuracana 
(Baspurakana) sahibliyini təsdiq etdirir. ƏrdəĢəti tutduqdan sonra Dəbili mühasirə 
və  sonra  fəth  edən  Həbib    həmin  Ģəhərin  əhalisi  ilə  sülh  müqaviləsi  bağlayır. 
Müqavilənin  Ģərtinə  görə  yerli  əhali  mal,  mülk,  kilsə,  məbəd,  Ģəhər  divarlarının 
qorunması  müqabilində  ərəblərin  siyasi  hakimiyyətini  tanımalı,  can  və  torpaq 
vergiləri verməli idi. Mənbələrin verdiyi xəbərə görə, ərəb hücumu zamanı Ģəhərdə 
olan    bizanslılar  NəĢavəyə  tərəf  geri  çəkilsələr  də,  az  sonra  Həbibin  ordusu  bu 
Ģəhəri tuta bilmiĢ, naxçıvanlılarla Həbib arasında sülh müqaviləsi də bağlanmıĢdı. 
Ərəb ordusunun bu yürüĢ zamanı keçdiyi marĢrut, eləcə də tutduğu yerlərin – Sirac 
Tayr, Bağravand, NəĢavə və b.-nın coğrafi mövqeləri göstərir ki, hadisələrdə adları 
çəkilən  NəĢavəni  bu  yerlərdən  xeyli  Ģərqdə  yerləĢmiĢ  Naxçıvanla  eyniləĢdirmək 
düzgün  olmazdı.  Ərəb  inzibati  bölgüsü  haqqında    məlumat  verən  ən  səlahiyyətli 
müəlliflərdən biri – Ġbn Xordadbeh III Ərminiyənin tərkibinə daxil edilmiĢ NəĢavə, 
Sirac,  Bağravand,  Xilat  və  Bacunaysın  ərəb  iĢğalından  əvvəl  inzibati  baxımdan 
Bizans  imperiyasına  daxil  olduğunu  göstərir.  Halbuki,  erməni  tədqiqatçılarının 
erməni  Ģəhəri  hesab  etdikləri  Azərbaycan  Naxçıvanı,  Ġranla  Bizans  arasında 
bağlanmıĢ 591-ci və 629-cu illər müqavilələrinə görə Sasani imperiyası tərkibində 
idi. Bizansın tabeliyində olan, Həbibin birinci yürüĢü zamanı iĢğala məruz qalan və 
III  Ərəb  Ərminiyəsinə  daxil  edilən  erməni  Ģəhəri  NəĢavə  isə  Araz  çayının  aĢağı 


29 
 
axarında, Dəbil Ģəhərinin özünün də daxil olduğu Ayrarat  vilayətində  yerləĢmiĢdi 
(o dövrdə Ermənistanın paytaxtı olan Dəbil – Dvin Ayrarat vilayətinin də mərkəzi 
idi; iki Naxçıvan haqda bax: Z. Bünyadov, Atabəylər...) 
Ərəb  inzibati  bölgüsünün  IV  Ərminiyə  adlanan  vilayətinə  isə  bilavasitə 
tarixi  Ermənistana  aid  yerlər  –  ġimĢat,  Xilat,  Qaliqala,  ArçiĢ  və  Bacunays  daxil 
edilmiĢdi. 
Azərbaycanın cənub hissəsi olan Adurbadaqan – Azərbaycan isə bu dövrdə 
əl-Cəzirə (hərfən: ada; Dəclə və Fərat çayları arasında yerləĢirdi) ilə birlikdə vahid 
caniĢinlikdə birləĢdirilmiĢdi. 
Beləliklə,  gördüyümüĢ  kimi,  Cənubi  Qafqaz  ərazisini  iĢğal  edən  ərəblər, 
burada,  onlardan  əvvəl  mövcud  olmuĢ  iki  inzibati  adla  –  Bizans  imperatoru 
Yustinianın  inzibati  islahatından  sonra  meydana  çıxmıĢ  Ərminiyə  və  Sasani 
ĢahənĢahı  II  Xosrovun  inzibati  islahatından  miras  qalmıĢ  Adurbadaqan  – 
Azərbaycan  adları  ilə  rastlaĢdılar.  Əgər  onların  yeni  təĢkil  etdikləri  Ərəb 
Ərminiyəsi  coğrafi  və  ərazi  baxımından  Bizans  Ərminiyəsi  ilə  üst-üstə 
düĢmürdüsə, Azərbaycanın adı Sasani dövründə olduğu kimi, (bəzi qonĢu torpaqlar 
istisna  olunmaqla)  həm  Ģimal,  həm  də  cənub  torpaqlarımızı  özündə  birləĢdirirdi. 
Hətta  bir  çox  mötəbər  orta  əsr  müəllifləri  (əl-Kufi,  ət-Təbəri  və  b.)  Arran  – 
Albaniya  ərazisini  də  çox  vaxt  Azərbaycan  adlandırırdılar.  X  əsr  ərəb 
coğrafiyaĢünası  Ġbn  Havqəl  isə  Xəzər  dənizinin  təsvirini  verdiyi  xəritəsində 
Dərbənddən  Gilanadək  sahil  boyu  ərazini  əyani  olaraq  Azərbaycan  kimi  qeyd 
etmiĢdi. 
Ərəblər  Azərbaycanı  iĢğal  etdikləri  zaman  Azərbaycan  vilayəti  adlanan 
cənub  hissəsinin  paytaxtı  Ərdəbil  idi,  sonralar  ərəblər  Marağanı  paytaxt  etdilər, 
daha  sonra  isə  -  X  əsrdə  paytaxt  yenidən  Ərdəbil  oldu.  Albaniyanın  –  Arranın 
paytaxtı isə bütün caniĢinliyin iqamətgahı olan Bərdə Ģəhəri idi. 
Fütuhatın  ilk  çağlarında,  xəlifə,  iĢğal  olunmuĢ  əraziyə,  adətən,  həmin  yeri 
fəth  etmiĢ  ordunun  baĢçısını  təyin  edirdi.  ĠĢğalın  davam  etdiyi  bu  illərdə  həmin 
baĢçılar  bəzən  obyektiv  səbəblər  üzündən  iĢğal  etdikləri  yerin  idarəsini,  əlbəttə, 
xəlifənin  razılığı  ilə,  silahdaĢlarından  birinə  həvalə  edir,  özləri  isə  mərkəzin  iĢğal 
siyasətini  davam  etdirirdilər.  Məsələn,  Azərbaycanın  fəth  edilməsinin  ilk 
iĢtirakçılarından  olan  sərkərdə  Bukayr,  yuxarıda  gördüyümüz  kimi,  Ģimal 
istiqamətində yürüĢü davam etdirmək əmrini alan kimi öz yerini sərkərdə Utba ibn 
Farkada vermiĢdi. 
Xilafətin  siyasi  tabeliyini  qəbul  etmiĢ  iĢğal  zonalarında  baĢlıca  məqsədin 
vergi toplamaq olduğu bu ilk dövrdə, həm mülki, həm hərbi hakimiyyət çox vaxt o 
yeri fəth etmiĢ hərbi baĢçıya həvalə edildiyi üçün “amil” (vergiyə nəzarət edən) və 
“əmir”  (hərbi  baĢçı)  titulları  “vali”  (caniĢin)  titulunu  əvəz  edirdi.  Ona  görə 
bağlanılmıĢ  müqavilələrdə  də  biz  əmir  və  ya  valinin  əvəzinə  “amil”  titulunun 
iĢlədildiyini  görürük  (məsələn,  Azərbaycanla  bağlanılan  müqavilədə  Utba  ibn 
Farkad “amil” adlanırdı). ĠĢğalın geniĢ Ģəkil aldığı sonrakı ayrı yerlərdə  artıq əmir, 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   9   10   11   12   13   14   15   16   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə