NaġLƏ VƏLĠxanli



Yüklə 1,28 Mb.
Pdf görüntüsü
səhifə24/56
tarix08.09.2018
ölçüsü1,28 Mb.
#67555
1   ...   20   21   22   23   24   25   26   27   ...   56

50 
 
adətlərini  unudaraq,  həmdin  və  həmməslək  olduqları  yerli  türk  əhalisinin  dilini, 
onların  həyat  və  məiĢət  tərzini  qəbul  edirdilər.  Lakin  rəsmi  dil  kimi  Xilafətdə 
Əməvilərin hakimiyyətdə olduqları dövrdə (750-ci ilədək) Sasanilərdən qalma fars 
və  yeni  iĢğalçıların  ərəb  dilləri,  Abbasilərin  hakimiyyətdə  olduqları  dövrdə  isə 
(Səlcuqlaradək)  ərəb  dili  iĢlədilirdi.  Buna  yerli  ərəb  üsul-idarəsinin  aparıcı  
mövqeyi,  Ġslamın  möhkəmlənməsi,  Azərbaycan  və  ərəb  mədəni  əlaqələrinin 
geniĢlənməsi,  iĢğal  edilmiĢ  və  Ġslamı  qəbul  etmiĢ  bütün  ölkələrdə  olduğu  kimi 
burada da ərəb əlifbasının qəbul edilməsi kömək etdi. 
XI  əsrin  ortalarında  Səlcuq  yürüĢü  zamanı  Oğuz  elinin,  XII  əsrin  ikinci 
yarısında isə qıpçaqların Azərbaycana axını gücləndi. Əksəriyyəti türk-oğuz dilinin 
daĢıyıcısı  olan  bu  tayfalar  Azərbaycan  ərazisində  yaĢayan  və  artıq  bir-birinə 
qovuĢmuĢ onlarla türk tayfa və qəbilələri ilə qaynayıb qarıĢdılar. Hələ bu oğuzların 
gəliĢindən  çox  əvvəl  Azərbaycan,  Mesopotamiya  və  Kiçik  Asiya  ərazisində  oğuz 
dil  qrupuna  mənsub  olan  türk  tayfalarının  (onoğuzların,  kəngərlərin  və  b.) 
məskunlaĢması  səlcuq  yürüĢündən  sonra  Azərbaycanın  həm  Ģimal,  həm  də  cənub 
hissəsində  oğuz  dilli  türklərin  üstünlüyünə,  tədricən  məhz  bu  dil  qrupunun  qalib 
gəlməsinə,  türk  dilli  Azərbaycan  xalqının  hələ  ərəblər  dövründən  baĢlayan 
formalaĢma,  daha  doğrusu  oğuzlaĢma  prosesinin  tam  baĢa  çatmasına  səbəb  oldu. 
Lakin  mənĢəcə  türk  olan  səlcuqların  hökmranlığı  heç  də  türk  dilini  Azərbaycan 
ədəbi dilinə çevirmədi. Fars dilinə üstünlük verən səlcuq hökmdarlarının, eləcə də 
Atabəylərin,  ġirvanĢahların  saraylarında  ünsiyyət  yalnız  fars  dilində  idi, 
kargüzarlıq da bu dildə aparılırdı. XII əsrdə belə Xaqani, Nizami kimi dahilərimiz 
məhz buna görə fars dilində yazırdılar. 
Beləliklə,  gördüyümüz  kimi,  haqqında  bəhs  etdiyimiz  dövrdə  də,  tarixi 
Azərbaycan  ərazisində  oğuzlaĢma  prosesinin  baĢa  çatması  nəticəsində  təqribən 
bugünkü türk dilimizdə danıĢan və artıq Azərbaycan əhalisinin əksəriyyətini təĢkil 
edən  türkdilli  əhali  ilə  yanaĢı  Qafqaz  dilli  və  Ġran  dilli  xalqlar  da  yaĢayırdılar. 
Maraqlı burasıdır ki,  Azərbaycanımızın etnik xəritəsi bu gün də  min illər əvvəlki 
cizgilərini  saxlayır.  Bu  gün  də  Azərbaycan  torpağında  indi  “azsaylı  xalqlar” 
adlandırdığımız irandilli talıĢlar, tatlar, kürdlər və b., Qafqazdilli udinlər, ləzgilər, 
xınalıqlılar,  buduqlar  və  b.  yaĢayırlar.  “Ta  qədimdən  türklərin  məskəni”  olan 
Azərbaycan onların da doğma torpağıdır. 
Tarixin  gediĢatı  elə  gətirib  ki,  Sasanilərin  və  ərəblərin  dövründə  etnik, 
inzibati  və  coğrafi  məfhumları  özündə  birləĢdirən  Azərbaycan  adı  IX  –  X  əsrin 
əvvəllərində  xilafətin  parçalanması  ilə  əlaqədar  müxtəlif  sülalələrin  (yerli  və 
gəlmə)  baĢçılıq  etdiyi  ayrı-ayrı  feodal  dövlətlərinin  yaranması  ilə  inzibati  və 
tədricən  etnik  mənasını  itirərək,  yalnız  coğrafi  mahiyyətini  saxladı.  Tarixi 
Azərbaycan  ərazisində  yaranan  dövlətlər  biri-digərini  əvəz  edir,  bu  dövlətlərin 
sərhədləri  çox  vaxt  Azərbaycan  hüdudlarını  aĢaraq,  bir  neçə  tarixi  ərazini  özündə 
birləĢdirirdi.  Beləliklə  sərhədlər  dəyiĢir,  hökmdarlar  dəyiĢir,  yalnız  yerli  əhali  – 
azərbaycanlılar nə öz simalarını, nə də doğma dillərini dəyiĢmirdilər. Onların türk 


51 
 
mənĢəlisi  özünü  türk,  hamısı  bir  yerdə  isə  özünü  müsəlman  adlandırırdı 
(xristianlığı saxlamıĢ cüzi qismi isə erməniləĢdi, sonralar çarizmin “parçala, hökm 
sür”  siyasəti  ilə  Ġrandan,  Türkiyədən  və  b.  yerlərdən  Qafqaza  köçürülmüĢ  gəlmə 
ermənilərlə birləĢdi və bu gün müsibətli Qarabağ kartını iĢə saldı). 
Sasanilər dövründə siyasi müstəqilliyini itirərək imperiyanın vilayətlərindən 
birinə  çevrilən  Cənubi  Azərbaycan  əhalisinin  əksəriyyəti  imperiyanın  dövlət  dini 
olan  zərdüĢtiliyi  qəbul  etmiĢdi.  Bu  etiqadın  sahibləri  Sasanilərdən  vassal 
asılılığında  olan  Azərbaycanın  Ģimal  hissəsi  –  Albaniya  əhalisi  arasında  da  az 
deyildi. 
Albanlar arasında yayılmıĢ xristianlığa etiqad, tədqiqatçıların sübut etdiyinə 
görə, cənubi azərbaycanlılar arasında da müəyyən qədər yayılmıĢdı. Mənbələr V – 
VII  əsrlərdə  Urmiyada,  Qanzakda  (Cənzədə)  və  b.  yerlərdə  fəaliyyət  göstərən 
yepiskopluqlar haqqında məlumat verir. 
Ərəblərlə yerli əhali arasında bağlanılan bəzi müqavilələr Azərbaycanın bir 
sıra  Ģəhərlərində  yəhudilərin  də  olduğuna  dəlalət  edir.  Belə  ki,  Dəbil  və  NəĢavə 
(Naxçıvan) Ģəhərlərinin əhalisi ilə bağlanılan müqavilələrdə atəĢpərəstlərlə  yanaĢı 
yəhudilərin  də  toxunulmazlığına  təminat  verilir.  Bu  dinə  etiqad  edənlərin  bir 
qisminin  Azərbaycan  ərazisinə  xristianlığın  yaranıĢından  sonra  Roma  imperiyası 
ərazisindən dərbədər düĢmüĢ və Sasani imperiyasında sığınacaq tapmıĢ ilk yəhudi 
qaçqınları  sırasında  gəldiyini  ehtimal  etmək  olar  (indi  tatca  danıĢan  dağ 
yəhudilərinin bir qismi onların xələfləridir). 
Ərəblərin “əhli kitab” adlandırdıqları bu xalqlarla yanaĢı Azərbaycanın həm 
cənub, həm Ģimal hissələrində yaĢayan türklərin çoxu bütpərəst idi; tədqiqatçıların 
fikrincə albanlar arasında da xristianlığı  qəbul etməmiĢ bütpərəstlər də az deyildi. 
Azərbaycanın  ilk  müsəlmanları,  daha  doğrusu  “qılınc”  müsəlmanları  məhz  bu 
bütpərəst türk və albanlar oldular. 
Ġlk  müqavilələrin  Ģərtlərinə  görə,  atəĢpərəstlərə  verilən  güzəĢt  və  amana 
baxmayaraq,  Ġslamın  verdiyi  maddi  və  mənəvi  üstünlüklər,  o  cümlədən 
müsəlmanlardan can vergisi – cizyənin alınmaması, müsəlman icmasının atəĢpərəst 
Sasani  cəmiyyətində  olduğu  kimi  zümrələrə  bölünməməsi  və  s.  ZərdüĢtün 
ardıcıllarını da yeni dini qəbul etməyə sövq etdi. Bu iĢdə, çox güman, Ġslamı hələ 
peyğəmbər  dövründə  qəbul  etmiĢ,  əvvəllər  atəĢpərəst  olmuĢ  iranlıların  çağırıĢları 
da  az  rol  oynamadı.  Ət-Təbərinin  məlumatına  görə,  hələ  xəlifə  I  Ömər  dövründə 
iĢğal  edilmiĢ  Sasani  vilayətlərinin  dehqanları  könüllü  surətdə  Ġslamı  qəbul 
etmiĢdilər.  Müəllifin  fikrincə,  ərəb  hərbi  sərkərdəsi  müsəlman  Zuhra  ilə  Ġran 
sərkərdəsi  atəĢpərəst  Rüstəm  arasında  aparılan  danıĢıqlarda  Zuhranın  mənəvi 
üstünlük qazanması bir çoxlarının Ġslamı qəbul etməsinə səbəb olmuĢdu. 
Bütpərəstlərə qarĢı zor iĢlədən ərəblərin “əhli kitab”  xristian və yəhudilərlə 
yanaĢı  “əhli  kitab”  olmayan  atəĢpərəstlərə  də  iĢğalın  ilk  dövründə  iltifat 
göstərmələri  dha  çox  siyasi  baxımdan,  yəni  Qafqazın  Bizansa  qarĢı  mübarizədə 
mühüm strateji əhəmiyyəti ilə də izah oluna bilər. ĠĢğalçıların özü isə yerli əhaliyə 


Yüklə 1,28 Mb.

Dostları ilə paylaş:
1   ...   20   21   22   23   24   25   26   27   ...   56




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə