12
kimi də çıxıĢ edən Məhəmmədin hakimiyyətini tanıdı. Çox keçmədən peyğəmbərin
siyasi istedadını, onun az qala hərəsi bir bütə sitayiĢ edən pərakəndə ərəb
qəbilələrini öz rəhbərliyi altında birləĢdirmək qabiliyyətini yüksək qiymətləndirən
məkkəlilər də müqaviməti dayandırıb, Məhəmmədə “Allahın yerdəki elçisi, dinin
və dövlətin baĢçısı kimi inam gətirdilər.
Fəaliyyətinin ilk dövründə islamın qəbulunu hər kəsin vicdanına həvalə
edin, yalnız inandırma, təlqin yolundan istifadə edən Məhəmməd, iyirminci illərin
sonu, otuzuncu illərin əvvəllərində, siyasi üstünlüyü də əldə etdikdən sonra
bütpərəstliyə qarĢı qəti mübarizə elan etdi. Bu məsələni araĢdıran tədqiqatçılar
Məhəmmədin siyasi və diplomatik mərifətini xüsusi qeyd edirlər. Belə ki,
bütpərəstliyin qatı əleyhdarı olan Məhəmməd qəbilə baĢçılarına islamı və
peyğəmbərin hakimiyyətini silah gücü ilə deyil, xoĢluqla qəbul etmək imkanı
verirdi. Bunun üçün onlara möhlət də ayırmıĢdı. Yalnız təyin olunmuĢ vaxt baĢa
çatdıqda, bütpərəstlər isə inadlarından dönməyəndə, belə qəbilələr silah gücünə
ram edilir, bir vaxtlar ayrı-ayrı qəbilələrin müstəqilliyinin rəmzi olan qəbilə bütləri
isə məhv edilirdi.
Bu haqda Ġbn əl-Kəlbinin dediklərindən: “Allahın rəsulu, Allah ona xeyir
versin və salamlasın, Məkkəni ələ keçirdikdə, [yerli] ərəblər isə islamı qəbul
etdikdə, onların elçiləri [Məhəmmədin] yanına gəldi. Onların arasında islamı qəbul
etmək istəyən Cərir ibn Abdullah da vardı. Məhəmməd ona dedi: “Ey Cərir, sən
mənim canımı Zül-xalasa [bütündən] qurtara bilərsənmi?” – “Bəli” deyə o cavab
verdi. Peyğəmbər onu bütün qoyulduğu yerə göndərdi. [Cərir] yola düĢdü, bəcilə
tayfasından olan Əhməs oğullarının yanına gəlib, onlarla birlikdə oraya getdi.
Lakin bütün yaxınlığında xasam və bəcilə tayfaları onu döyüĢlə qarĢıladılar. O
günü Cərir bəcilə və xasam tayfalarından olan büt mühafizlərindən yüz nəfərini,
qühafa ibn amir ibn xasam oğullarından iki yüz nəfərini öldürdü, onlara qalib gəlib,
qaçmağa məcbur etdi. Zül-xalasanın yerləĢdiyi məbədi dağıdıb yandırdı... Ġndi Zül-
xalasa [bütü] Tabaladakı məscidin astanasıdır”.
Bütpərəstliklə mübarizədə yaranmıĢ islam onun bir çox elementlərini
mənimsədi. Ərəblərin əvvəllər də sitayiĢ yeri olan Kəbə müqəddəs Qara daĢı ilə
ümummüsəlman ziyarətgahı elan edildi, ziyarət zamanı yerinə yetirilən bir çox dini
ayinlər, adətlər saxlanıldı, məbəd bütün müsəlmanların qibləgahına çevrildi. Dini
mərkəz kimi tanınan Məkkə iqtisadi əhəmiyyətinə görə yeni yaranmıĢ ərəb
dövlətinin siyasi mərkəzi oldu.
Göründüyü kimi, yeni din bütpərəst bədəvilər arasında heç də asanlıqla
yayılmırdı. Ġbn HiĢamın gətirdiyi baĢqa bir hekayətə görə, səhrada Məhəmmədlə
rastlaĢan bir bədəvi onun peyğəmbərliyini yoxlamaq məqsədilə ondan tələb edir
ki, dəvəsinin qarnında olan balasının cinsini müəyyənləĢdirsin. Məhəmməd ona
cavab vermədikdə, həmin bədəvi onun Allahın elçisi – rəsulu olduğuna
Ģübhələndiyini bildir. Hədislərdə də bədəvilərin cahilliyi, tərsliyi, peyğəmbərə
hörmətsizliyi haqqında hekayətlərə çox rast gəlirik. Belə məlumatlardan görünür
13
ki, Məhəmməd bədəvilərlə ehtiyatla davranmağa çalıĢır, onların tək olan Allaha
inamının sidq-ürəkdən gəldiyinə inanmırdı. Quranda “əl-Hücurat” (“Otlaqlar”)
surəsinin aĢağıdakı ayəsi buna sübutdur: “Bədəvi ərəblər dedilər: Biz iman
gətirdik. [Onlara] de: “Siz iman gətirmədiniz, ancaq [belə] deyin: biz təslim olduq,
belə ki, iman hələ sizin ürəklərinizə daxil olmayıb və əgər Allaha və onun rəsuluna
itaət etsəniz, o sizin iĢlərinizdən heç bir Ģey əksiltməz. [Çünki] Allah bağıĢlayan və
rəhm edəndir” (49, 14).
Məhz buna görə də iman gətirənləri “muminuna”, yəni “mömünlər”, Allaha
inamla yeni dini qəbul edənləri – təslim olanları (“əsləmə”) isə - “muslimuna”,
yəni “təslim olmuĢlar, tabe olmuĢlar” adlandırdılar. Ġslamı hələ ürəkdən, xoĢluqla
deyil, zor gücünə qəbul etmiĢ bədəvilərin yalnız mənafe və mənfəət xatirinə ona
qoĢulduğunu yaĢxı baĢa düĢən Məhəmməd müxtəlif qəbilələrdən olan bu adamları
nəyin bahasına olursa-olsun öz icması ətrafında, vahid dövlət çərçivəsində
birləĢdirmək zərurətini yaxĢı baĢa düĢürdü.
Lakin Məhəmmədin qəfil ölümü müsəlman icmasının möhkəmləndirilməsi,
vahid ərəb birliyinin yaradılması iĢini yarımçıq qoydu. Bununla yanaĢı,
mühacirlərlə ənsarlar arasında müsəlman icmasına baĢçılıq üstündə mübahisə
baĢlandı. YaranmıĢ çaxnaĢma hicrətdən də əvvəl Məhəmməd və Əbu Bəkrlə yanaĢı
müsəlman icmasına baĢçılıq edən Ömər ibn əl-Xəttabın nüfuz və məharəti
sayəsində yatırıldı. Hər iki tərəf Əbu Bəkri müsəlman dini icmasının – yaranmaqda
olan Ərəb dövlətinin baĢçısı seçdi. Yeni seçilmiĢ baĢçı, eləcə də ondan sonra
hakimiyyətə gələnlər “xəlifə”, yəni peyğəmbərin ardıcılı, əvəz edəni (ər. “xələfə”
feli kiminsə ardınca getmək, kmi isə əvəz etmək mənasını daĢıyır) adını aldı.
Müsəlman tarixi ənənəsinə görə, “əl-xüləfa ər raĢidun” – “doğru yolu
tutmuĢ xəlifələr” adlandırılan dörd xəlifənin – Əbu Bəkr (632 – 634), Ömər ibn əl-
Xəttab (634 – 644), Osman ibn Affan (644 – 656) və Əli ibn Əbu Talibin (656 –
661) hakimiyyət illəri ərəb iĢğalının geniĢ yayıldığı dövrdür.
Ərəblərin öz dinləri ilə Ərəbistan hüdudlarından çıxmalarına, bu dini yalnız
bütpərəst ərəblər arasında deyil, xristian və yəhudi ərəblər və qeyri-ərəblər arasında
yaymalarına nə səbəb olmuĢdu?
Quranda Məhəmmədə müraciətlə deyilir: “De: mülk sahibi olan Allah! Sən
mülkü istədiyinə verirsən, istəmədiyindən mülkü alırsan, istədiyini ucaldırsan,
istəmədiyini zəlil edirsən. Xeyir – sənin əlindədir. Doğrudan da sən hər Ģeyə
qadirsən” (III, 26); BaĢqa bir yerdə deyilir: “O kəslər ki, nə Allaha, nə də axirət
gününə iman gətirmirlər, Allahın və onun rəsulunun haram buyurduqlarını haram
bilmirlər, haqq dininə (islama) yaxın gəlmirlər, o kəslərə ki, [müqəddəs] kitab əta
edilib – onlarla həqir olub, əli cizyə verənəcən döyüĢün (IX, 29)”.
Quranda, bununla yanaĢı, Məhəmməd peyğəmbərin öz doğma ərəb dilində
vəhylə Allah tərəfindən ərəblərin yanına göndərilməsi haqqında da məlumat vardır
(26, 192 – 195). Müsəlman tarixi ənənəsinə görə, Məhəmməd peyğəmbər ömrünün
son günlərində də “Ərəbistanda yalnız bir dini etiqad olmalıdır” fikrini təsdiq
Dostları ilə paylaş: |