Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə135/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   ...   131   132   133   134   135   136   137   138   ...   145

________Milli Kitabxana________

409


Fondun  prezidenti,  YUNESKO-nun  xoşməramlı  səfiri,

Milli  Məclisin  deputatı Mehriban  xanım Əliyeva  muğam

ustalarını  səmimiyyətlə salamlayaraq  bildirdi  ki,  xalqımızın

milli  mədəniyyətinin  ayrılmaz  tərkib  hissəsi  olan  muğam

sənətimizin qorunub saxlanması, tədqiqi, öyrənilməsi, dünyaya

tanıdılması,  gələcək  nəsillərə çatdırılması  üçün  Azərbaycan

Mədəniyyətinin  Dostları  Fondunun  təşəbbüsü  ilə həyata

keçirilən  layihələr  cəmiyyətdə böyük  razılıq  hissilə qarşılanır,

nüfuzlu  beynəlxalq  təşkilatlarda,  dünyanın  bir  sıra  ölkələrində

də çox  geniş  maraq  doğurur.  Bu  ilin  aprelində Azərbaycan

Prezidenti  İlham Əliyevin  və YUNESKO-nun  baş  direktoru

cənab  Matsuuranın  iştirakı  ilə Milli  parkda  nadir  musiqi

məbədinin – Beynəlxalq  Muğam  Mərkəzinin  təməlinin  qoyul-

duğunu xatırladan Mehriban xanım, tikintinin eskiz və layihəsi,

arxitekturası  ilə bağlı  respublikamızın ən  məşhur  muğam

ifaçılarının fikirlərini öyrənmək istədiyini vurğuladı. İndiyədək

10  layihə təqdim  olunduğunu, əsas  diqqətin  qədim  milli  və

müasir  arxitektura  elementlərini  birləşdirməklə musiqimizin

əsas  sütunu  olan  muğam  sənətinin  dərin  fəlsəfəsini  özündə

təcəssüm  etdirən  bir  kompleksin  inşasına  nail  olmağı  arzu

etdiyini  bildirən  Fondun  prezidenti,  musiqi  xadimlərini  açıq,

işgüzar fikir mübadiləsinə çağırdı (80, s.116-117).

Azərbaycan  mədəniyyətinə dövlət  qayğısından  danışarkən

vurğulamaq  lazımdır  ki,  Bakıda,  Dənizkənarı  Milli  Parkda

YUNESKO-nun  dəstəyi  ilə yaradılan  Beynəlxalq  Muğam

Mərkəzinin  təməlinin  qoyulmasına  həsr  olunmuş  təntənəli

mərasim  keçirilmişdir.  Mərasimə toplaşanlar  Azərbaycan

Respublikasının  Prezidenti  İlham Əliyevi  və xanımı Mehriban

Əliyevanı,  YUNESKO-nun  Baş  direktoru  Koişiro  Matsuuranı

və xanımı  Takaka  Matsuuranı,  bu  beynəlxalq  qurumun

nümayəndə heyətinin üzvlərini hərarətli alqışlarla qarşıladılar.

Mərasimi  Azərbaycanın  mədəniyyət  naziri  Polad  Bülbül-

oğlu açaraq demişdir ki, bu gün biz milli ruhumuzun, təfəkkü-

rümüzün ən bariz təcəssümü olan möhtəşəm muğam sənətimi-




________Milli Kitabxana________

410


zin  qorunması  istiqamətində növbəti  və sözün əsl  mənasında,

tarixi  hadisənin  canlı  iştirakçılarıyıq.  Bu  gün  yeni  bir  musiqi

məbədinin – Beynəlxalq  Muğam  Mərkəzinin  təməli  qoyulur.

Tədbirin  müstəsna əhəmiyyətini  nəzərə alaraq,  Mehriban

xanımım  dəvəti  ilə ölkəmizə gəlmiş  YUNESKO-nun  Baş

direktoru cənab Matsuura və xanımı, YUNESKO-nun dünyada

tanınmış bir sıra xoşməramlı səfirləri bizimlədirlər. Xalqımızın

canına, qanına hopmuş, daxili dünyasının ayrılmaz hissəsi olan

muğam  sənəti  2003-cü  ildə YUNESKO-nun  tərtib  etdiyi

“Bəşəriyyətin  şifahi  və qeyri-maddi  irsinin  şah əsərləri”

siyahısına daxil edilmişdir. Muğam aləmində Qarabağ muğam

məktəbi  xüsusi  yer  tutur  və təsadüfi  deyil  ki,  bu  yaxınlarda

Mehriban  xanımın  təşəbbüsü  və rəhbərliyi  ilə “Qarabağ

xanəndələri”  adlı  çox  nəfis  bir  albom  buraxılmış  və onun

təntənəli təqdimatı keçirilmişdir.

Azərbaycan  Respublikasının  birinci  xanımı  Mehriban

Əliyevanın  YUNESKO-nun  xoşməramlı  səfiri  seçilməsi  ilə

muğamlarımızın  qorunması  və təbliği  yeni  vüsət  tapmışdır.

Məhz  Mehriban  xanımın  təşəbbüsü  ilə Azərbaycan  Dövlət

Filarmoniyasında  xalq  musiqisi  ifaçılarının  silsilə konsertləri

təşkil  olunur,  muğam  ustaları  ilə işgüzar  görüşlər  keçirilir.

Azərbaycan mədəniyyətinə, incəsənətinə daim qayğı və diqqət

göstərən  Mehriban  xanımın  muğam  ustalarına  verdiyi  dəstək

onları ruhlandırır, yeni uğurlara səfərbər edir!

Azərbaycan  Respublikasının  Prezidenti  möhtərəm  İlham

Əliyev  xalq  musiqisinə,  xüsusilə muğam  sənətçilərinə daim

qayğı  göstərir.  Muğamlarımızın  yaşaması,  qorunması  və dün-

yada tanınması üçün bu gün təməlini qoyduğumuz Beynəlxalq

Muğam  Mərkəzinin  yaradılması  haqqında  sərəncam,  muğam

ifaçılarının böyük bir hissəsinin yüksək mükafatlara, fərdi təqa-

üdlərə, fəxri adlara layiq görülməsi buna sübutdur. İnanıram ki,

Beynəlxalq  Muğam  Mərkəzi  bu  canlı  və nadir  sənətin  bütün

dünyada  təbliği  və tanınması,  habelə tədqiqi  və öyrənilməsi

sahəsində nüfuzlu bir mədəniyyət ocağına çevriləcək və bizim




________Milli Kitabxana________

411


hamımız  onun  keçirəcəyi  mötəbər  tədbirlərin,  konsertlərin,

festival və simpoziumların iştirakçısı olacağıq (80, s. 140-141).

YUNESKO-nun  Baş  direktoru  Koişiro  Matsuuranın  çıxı-

şında  bildirmişdir  ki,  mən  bugünkü  təməlqoyma  mərasimində

iştirakımdan dərin məmnunluq hissi duyuram. Sizinlə birgə bu

mərasimdə iştirak etməyimdən çox şadam.

Yaradılacaq  Beynəlxalq  Muğam  Mərkəzi,  şübhəsiz  ki,  öz

töhfəsini  verəcəkdir.  Mədəniyyət  nazirinin  dediyi  kimi,  2003-

cü  ilin  noyabr  ayında  Azərbaycan  muğamının  28 əsəri  qeyri-

maddi


mədəni  irs  siyahısına  daxil  edilmişdir.  Bu  da

YUNESKO-nun  İkinci  Bəyannaməsində əks  olunmuşdur.  Bil-

diyiniz kimi, bu ilin mart ayından sentyabr ayına qədər Yapo-

niyada beynəlxalq sərgi keçirilmişdir və mən orada qərar qəbul

etdim ki, iyulun 27-də həmin sərgidə BMT günü qeyd olunsun.

BMT  günü zamanı mən  dünyanın qeyri-maddi mədəni  irsi

siyahısına  daxil  olan əsas  musiqi əsərləri  sırasında  məhz

Azərbaycan  muğamının  da  səsləndirilməsi,  təqdim  olunması

qərarına gəlmişdim və bu mərasim çox yaxşı təşkil edilmişdi.

Xanım  Mehriban Əliyevaya  mən  xüsusi  minnətdarlığımı

bildirirəm ki, Azərbaycanın muğam ustalarından ibarət bir qru-

pun həmin vaxt Yaponiyaya göndərilməsinə öz yardımını gös-

tərdi.  Buna  görə də ona  ürəkdən minnətdaram. Orada muğamı

dinləyən bütün yaponlar, ümumiyyətlə, digər ölkələrdən gəlmiş

sərgi iştirakçıları bundan çox böyük və xoş təəssürat aldılar.

Mən bu gün buraya gəlməmişdən əvvəl İçərişəhərdə oldum.

Onu  da  deyim  ki,  İçərişəhər  də bu  günlərdə dünyanın  mədəni

irsi siyahısına daxil edilmişdir. Bu təşəbbüs maddi mədəniyyət

abidələrinin  qorunmasına  dair  1972-ci  ildə qəbul  olunmuş

Konvensiya  çərçivəsində qaldırılmışdır.  Bu  Konvensiya  şifahi

və qeyri-maddi  mədəni  irsə aid  deyildir.  Bunu  nəzərə alaraq,

YUNESKO  2003-cü  ildə qeyri-maddi  mədəni  dəyərlərin

qorunması  ilə bağlı  yeni  bir  Konvensiya  qəbul  etdi.  Bu

Konvensiyanın  müddəalarına  uyğun  olaraq,  Azərbaycan




Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   131   132   133   134   135   136   137   138   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə