Namiq abbasov məDƏNİYYƏt siyasəTİ VƏ MƏNƏVİ DƏYƏRLƏR



Yüklə 3,26 Mb.
Pdf görüntüsü
səhifə16/145
tarix01.11.2017
ölçüsü3,26 Mb.
#7800
1   ...   12   13   14   15   16   17   18   19   ...   145

________Milli Kitabxana________

50

proseslərinin  dialektik  vəhdətindən  ibarət,  gerçəkliyin  yenidən



dəyişdirilməsinə,  bəşər  tarixi  zənginliyinin  şəxsiyyətin  daxili

zənginliyinə çevriləmsinə,  insanın  mahiyyət  qüvvələrinin  hər

vasitə ilə aşkara  çıxarılmasına  və inkişaf  etdirilməsinə

yönəldilmiş  sosial-mütərəqqi  yaradıcı  fəaliyyətidir.  Məhdud

mənada əsasən  maddi  mədəniyyət  (texnika  istehsal  təcrübəsi,

maddi sərvətlər), mənəvi mədəniyyət (elm, incəsənət və ədəbi-

yyat,  fəlsəfə, əxlaq,  maarif  və s.),  həmçinin  siyasi  mədəniyyət

(cəmiyyətin,  sinfin,  qrupun,  fərdin  fəaliyyətinin  ictimai

münasibətlərin  dəyişdirilməsinin  subyekti  kimi  şəxsiyyətin

sosial  inkişafının  meyarını  səciyyələndirən  məqsədləri,  nəticə-

ləri)  haqqında  danışmaq  qəbul  olunmuşdur  (39,  s.276)  Uzun

illərdir  ki,  təriflərin  bəzilərində qeyd  olunur  ki,  mədəniyyət –

ictimai-iqtisadi  formasiyaların  bir-birini əvəz  eməsindən asılı

olaraq inkişaf edən tarixi hadisədir. Mənəvi mədəniyyəti maddi

əsasdan ayıran və onu “elita”nın (fr. elite – ən yaxşı, seçilmiş)

mənəvi məhsulu kimi izah edən idealist mədəniyyət nəzəriyyə-

lərinin əksinə materializm maddi nemətlərin istehsalı prosesini

mənəvi  mədəniyyətin  inkişafının əsası  və mənbəyi  kimi

nəzərdən  keçirir;  belə çıxır  ki,  mədəniyyət  bilavasitə bütün

xalqların fəaliyyətilə yaradılır. Qeyd etmək lazımdır ki, maddi

şəraitdən  asılı  olan  mənəvi  mədəniyyət  maddi əsas  arxasınca

avtomatik  dəyişmir, əksinə nisbi  müstəqilliyi  ilə (inkişafda

varislik,  müxtəlif  xalqların  mədəniyyətlərinin  bir-birinə təsiri

və s.) səciyyələnir (39, s. 377).

Mədəniyyət tarixinin araşdırılması təsdiq edir ki, mədəniy-

yətlə siyasətin əlaqəsi  tarixən  möhkəm  olmuşdur.  Bununla

bağlı  çoxsaylı  istinadlar  vermək  mümkündür.  Məsələn,  rus

tarixçisi V.O.Klyuçevski yazırdı ki, siyasi terminlər öz tarixinə

malikdir. Həqiqətən də hələ qədim Yunanıstanda “siyasət” an-

layışı  altında  dövlət  fəaliyyətinə aid  olan  bütün  nə varsa  daxil

edilirdi.  V.İ.Dal  siyasət  dedikdə dövlətidarəçiliyinə aid  olan

elmi  başa  düşürdü.  Bura  hökmdarın əhval-ruhiyyəsi,  məqsədi,

əməllərinin  tərzi,  çox  vaxt  həqiqi  niyyətlərin  gizlədilməsi  da-



________Milli Kitabxana________

51

xildir.  Fransız  ensiklopediya  lüğətində “siyasət  sənəti”  ifadəsi



işlədilir  (134,  s.212).  M.Ə.Rəsulzadə isə deyirdi  ki:  “Mədə-

niyyətin qayəsi siyasəti elmə tabe etdirməkdir” (113, s.84).

Mədəniyyət  sahəsindəki  siyasət  dövlət  tərəfindən əhəmiy-

yətli dərəcədə ciddi həyata keçirilən, maliyyələşdirilən, nizam-

lanan  praktiki  tədbirlər  sistemidir.  Bu  siyasət  millətin  mədəni

və mənəvi irsinin toplanması, inkişafı və saxlanılmasına yönəl-

mişdir.  Mədəniyyət  siyasəti  sayəsində,  hər  şeydən əvvəl,

aşağıdakı  suallar  meydana  gəlir.  Millətin  mədəni  irsi  necə

qorunur?  Bu  tədbir  bütün  etnik  və sosial  qruplara  necə aid

edilir?  Bütün  istifadə edilən  dillər  bərabər  statusa  malikdirmi

və ya ayrıca götürülmüş ölkədə mədəni və dil diskrinimasiyası

mümkündürmü? Rəsmi dövlət dili əcdadların dili hesab olunur,

yoxsa  ki,  müstəmləkəçi  ağalığından  qalan  irsdir?  Qeyri əsas

dillər  dövlət  tərəfindən  hansı  səviyyədə müdafiə olunur  və

yaxud  bu,  yalnız  icmanın  qayğısı əhatəisndədir?  Həmin  dillər

cəmiyyətdə mədəni  və sosial  fərqlərin  qorunub  saxlanılması

üçün nə dərəcədə istifadə olunur və yaxud dil qrupları arasında

antoqonizmin  aradan  qaldırılmasına  və

inkişafına  şərait

yaradırmı?  Bu  gün  bir  çox  ölkələrdə mədəniyyət  sahəsindəki

siyasət  assimlyasiya  modelindən  başqa  sahələrə orientasiya

götürür,  nəticədə azlıqda  olanlar  özlərinin  bəzi  mədəni

ənənələrindən  və dəyərlərindən  imtina  edir,  onu əksəriyyətin

müdafiə etdiyi ənənələrlə əvəz  edir.  Nəticədə əksəriyyətin

multi mədəni modeli müdafiə edilir. Burada fərd sosiallaşır və

etnik  mədəniyyətdə dominantlıq  rolu  ifa  edir.  Məsələn,  ABŞ-

da  milyonlarla  insan  ingilis  dilində və həmdə özünün  etnik

dilində danışır.  Onlar  ümummilli  və etnik  bayramları  qeyd

edirlər. Onlar öz ölkəsinin tarixini və millətinin tarixini öyrənir.

Qlobal  beynəlxalq  miqrasiya,  zəif  inkişaf  etmiş  ölkələrin

təsərrüfatının  struktur  yenidən  qurulmasına  stimul  verir.

Mexanikiləşmə və sənayeləşmə bura  inkişaf  etmiş  ölkələrdən

daxil  olur,  aqrar  sektor  ixtisara  düşür  və milyonlarla  kənd

əhalisi  iş  axtarmaq  məqsədilə şəhərlərə köçməli  olur.  Onları




________Milli Kitabxana________

52

şəhər  həyat  tərzi  cəlb  edir.  Eyni  zamanda  şəhərlərin  orta  sinfi



adətən qərb həyat tərzinə yönəmlidir, buna  görə də o öz ölkə-

sində rahat  ixtisaslı  iş  tapa  bilməyənlər,  bu  işi  ABŞ  da  və

yaxud Qərbi Avropada tapa bilir.

Azərbaycanın  zəngin  milli  mədəniyyətinin  qorunub

saxlanılması  dövlətimizin ən  mühüm  vəzifələrindən  biridir.

Mədəni sərvətin qorunub saxlanılması və istifadəsi problemləri

ölkənin Əsas  Qanununda – Azərbaycan  Respublikasının

Konstitusiyasında öz əksini tapmışdır. “Hər kəs tarixi, mədəni

və mənəvi irsə hörmətlə yanaşmalı ona qayğı göstərməli, tarix

və mədəniyyət abidələrini qorumalıdır”.

Müstəqillik yenidən bərpa olunduqdan sonra Azərbaycanda

hüquqi-vətəndaş  cəmiyyəti  yaranmasının  bünövrəsini  təmin

mədəni quruculiq işləri geniş vüsət almağa başladı. Və ötən bu

illər ərzində mədəni  inkişafın  hüquqi  tənzimlənməsinə dair

qanunvericilik  bazasının  yaradılması  ilə bağlı  xeyli  işlər

görülmüşdür.  İlk  növbədə onu  qeyd  edək  ki,  1995-ci  ilin

noyabr  ayının 12-də ümumxalq referendumu ilə qəbul edilmiş

müstəqil 

Azərbaycan 

Respublikasının 

Konstitusiyasının

“Mədəniyyət  hüququ”  adlanan  40-cı  maddəsi  mədəniyyət

hüququnun müdafiəsinə həsr edilmişdir:

“I.  Hər  kəsin  mədəni  həyatda  iştirak  etmək,  mədəniyyət

təsisatlarından  və mədəni  sərvətlərdən  istifadə etmək  hüququ

vardır.


II.  Hər  kəs  tarixi,  mədəni  və mənəvi  irsə hörmətlə yanaş-

malı,  ona  qayğı  göstərməli,  tarix  və mədəniyyət  abidələrini

qorumalıdır” (9, s.22).

“Mədəniyyət 

haqqında 

Azərbaycan 

Respublikasının

Qanununda  isə “Mədəniyyət  sərvətləri”  haqqında  deyilir:

“Mənəvi  və estetik  ideallar,  normalar  və davranış  qaydaları,

dillər,  dialektlər,  ləhcələr,  milli  və etnik ənənələr  və adətlər,

tarixi toponimlər, folklor, tətbiqi xalq sənətləri, mədəniyyət və

incəsənət əsərləri,  mədəniyyət  fəaliyyətinin  elmi  tədqiqatının

nəticələri  və metodları,  tarixi  və mədəni əhəmiyyəti olan



Yüklə 3,26 Mb.

Dostları ilə paylaş:
1   ...   12   13   14   15   16   17   18   19   ...   145




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə