________Milli Kitabxana________
65
yətin ümumdünya inkişaf onililyinin keçiriləcəyini elan etdi.
Mədəniyyəti daha geniş inkişaf strategiyalarına, habelə sə-
mərəli praktiki fəailiyyət proqramlarına daxil etmək üçün
mədəniyyətin inkişaf onilliyi ilə yanaşı, yaxın keçimşdə BMT
və YUNESKO-da mədəniyyət və inkişaf üzrə ümumdünya
komissiyası yaradılmış, sivilizasiyaların sülh və
dialoq
mədəniyyəti onilliyi elan edilmişdi (18, s.27).
Müasir şəraitdə dövlətin həll etdiyi vəzifələr daha mürək-
kəb və daha çoxsahəlidir. Onun ölkənin daxili həyatına, o cüm-
lədən, mədəniyyətin inkişafına istiqamətverici təsirinin miqyası
artmışdır. Maddi və mənəvi istehsalın üzvi birliyinin təmin
edilməsi, mədəniyyətin və kütləvi informasiya vasitələrinin
maddi-texniki bazasının daim möhkəmləndirilməsi, geniş xalq
kütlələrinin tarixi yaradıcılığa daha çox cəlb edilməsi, iki
mədəniyyət sisteminin kəskinləşən ideoloji ziddiyyətləri, digər
xalqlarla mədəni əməkdaşlığın genişlənməsi – bütün bunlar
dövlətin mədəniyyətin inkişafındakı rolunun artmasını şərt-
ləndirir.
Mənəvi mədəniyyət sahəsində dövlətin nəzəri, təşkilati və
əməli fəaliyyəti, elm və mədəniyyətin nailiyyətlərindən bütün
insanların istifadə imkanlarının təmininə, cəmiyyətitn hər bir
üzvünün hərtərəfli, harmonik inkişafı üçün şərait yaradılmasına
yönəldilmişdir. Mədəniyyət sahəsində dövlət siyasəti aşağıdakı
əsas məsələlərin həllinin təmin edilməsinə yönəldilir: Mədəniy-
yətin inkişafının əsas istiqamətlərinin müəyyənləşdirilməsi;
Mədəni fəaliyyətin nəzəri əsaslarının inkişaf etdirilməsi,
mədəni quruculuğun idarə olunmasının forma və metodlarının
təkmilləşdirilməsi; Ziyalı kadrların formalaşması və milli ideo-
logiyanın tərbiyəsi, yaradıcılıq ittifaqlarının işinə yardım göstə-
rilməsi; Geniş xalq kütlələrinin ölkəmizin və dünya mədəniy-
yətinin sərvətlərindən faydalanması üçün şərait yaradılması;
Kütlələrin mədəni quruculuğa cəlb edilməsi, bacarıqların və
istedadların inkişafı üçün
əlverişli ictimai atmosferin
yaradılması; Mədəniyyətin maddi bazasının inkişaf etdirilməsi.
________Milli Kitabxana________
66
Bütün bu prinsiplər bir daha sübut edir ki, dövlətin
mədəniyyət siyasətinin inkişaf etdirilməsi mühüm yer tutur.
Çünki, cəmiyyət özünü mədəniyyətdə ifadə və dərk edir. Siyasi
mədəniyyət siyasi proses subyektlərini bilavasitə öz fəaliyyə-
tində göstərən, varislik əsasında cəmiyyətin siyasi həyatının
təzələnməsini təmin edən, tarixən təşəkkül tapmış dayanıqlı
sərvətlərin, istiqamətlərin davranış modelləri sistemidir. Siyasi
mədəniyyət vətəndaşların və hakimiyyətin qarşılıqlı münasibət-
ələrini tənzimləyən, mənəvi-siyasi dəyərlərin davranış qay-
dalarını, adət və ənənələrin məcmusunu ifadə edir. Siyasi
mədəniyyət sahəsi siyasi həyatdır, hakimiyyət və idarəetmə
problemlərinə, insanların siyasətdə iştirakına, həmçinin siyasət
və hüquq, siyasət və iqtisadiyyat, siyasət və mənəviyyatın
qarşılıqlı təsiri məsələlərinə toxunur.
Dövlət mədəniyyətə və incəsənətə, xalqın adından və onun
mənafeyindən çıxış edərək rəhbərlik edir. Müstəqil dövlətin
elmi və bədii yaradıcılıq inkişafının düzgün istiqamətləndirl-
məsi barədə, onun yeni cəmiyyəti quran xalqın həyatı ilə
əlaqəsinin möhkəmləndirilməsi barədə göstərdiyi qayğıda
həmin sahəyə dövlət rəhbərliyinin yüksək, humanist mahiyyəti
öz ifadəsini tapır.
Mədəniyyət sahəsində rəhbərliyin dövlət prinsipləri, elmi
və bədii yaradıcılığın təbiətinin, mədəniyyətin obyektiv fəaliy-
yət qanunlarının, onun müəyyən konkret-tarixi situasiyada təsir
mexanizminin idrakına əsaslanır. Bu prinsiplər mədəniyyətin
ictimai həytanın müxtəlif sahələri ilə əlaqələrinin bütün
məcmuyuna, tarixi sahələri ilə əlaqələrinin bütün məcmuyuna,
tarixi münasibətlə və onu nəzərə almaqla xarakterizə edilir.
Dövlət mədəniyyət sisteminin başlıca vəzifəsi milli mədə-
niyyət sərvətlərinin, dünya mədəniyyəti nümunələrinin etibarlı
şəkildə toplanıb qorunaraq gələcək nəsillərə çatdırılmasından,
onların əhali arasında geniş təbliğindən, Azərbaycan xalqının
adət və ənənələrinə bağlı, milli, mənəvi və mədəni, bəşəri
dəyərlərə yiyələnən, müstəqil və yaradıcı düşünən vətəndaşlar
________Milli Kitabxana________
67
yetişdirilməsinə fəal yardım etməkdən ibarətdir (77, 18 aprel
1998-ci il, № 86 ).
Azərbaycanda Mədəniyyət siyasətinin təminatı aşağıdakı
istiqamətlərdə həyata keçirilir: Qanunvericilik təminatı; Müəl-
liflik hüququ; Mədəniyyətin maliyyələşməsi; Mədəniyyət sahə-
sində təhsil, treninqlər və tədqiqatlar; Beynəlxalq münasibətlər;
Əhalinin mədəni həyatda iştirakı; Mədəni və təbii irs;
Muzeylər; Kitabxanalar; Ənənəvi incəsənət; İfaçılıq sənəti –
yaradıcılığın dəstəklənməsi; Mədəniyyət industriyaları; Avropa
ekspertlərindən ibarət müstəqil qrupun məruzəsi (Mədəniyyət
və sabit inkişaf; Azərbaycanda mədəniyyət strategiyalarının
inkişafı;
Nəticə
və
beynəlxalq
əməkdaşlıq məsələləri;
Mədəniyyət və özünəməxsusluq: milli, regional və azlıqlar
səviyyəsində perspektivlər və cari vəziyyət); Mədəniyyət Sahə-
sində Qanunvericilik və Mədəniyyət Siyasətinin İnkişafi (139).
Tarixi kontekstdən baxıldıqda məlum olur ki, dövlətin
mədəniyyət siyasəti, müəyyən obyektiv amillərin mövcudluğu
halında təşəkkül tapır; bu amillər bilavasitə ona təsir göstər-
məklə qalmayıb, həm də bir növü onun təcəssümünün zaman-
məkan kontinuumunu təşkil edir. Buna görə də hər hansı bir
konkret ölkənin mədəniyyət siyasəti haqda təsəvvür əldə etmək
üçün ilk növbədə onun tarixi, təbii-coğrafi şəraiti ilə, eləcə də
həmin ölkədə ictimai və fərdi həyat sahələrində ümumi
vəziyyətlə tanış olmaq lazımdır. Bu səbəbdən də hər bir ölkə-
nin (təbii ehtiyatlardan tutmuş sosial və beynəlxalq xarakteris-
tikalara qədər), onun mədəniyyət siyasətinin obyektiv şərtlə-
rinin məcmusunu təşkil edən cəhətlərin öyrənilməsinə zərurət
vardır. Bu cəhətlərə qısaca olaraq Azərbaycan Respublikasının
nümunəsində diqqət yetirək.
Məlumdur ki, XX əsr ərzində Azərbaycanda əhali artımı və
urbanizasiya sahəsində
böyük prosseslər baş vermişdir.
Əhalinin sayı azı dörd dəfə – 1897-ci ildə 1 806 700 nəfərdən
2000-ci ildə 8 016 200 nəfərədək artmışdır. Siyasi struktura
gəlincə
isə
Azərbaycan demokratik, hüquqi, dünyəvi
Dostları ilə paylaş: |