5
Narkonaniya haqqında ümumi anlayış
“Narkomaniya” yunan sözü olub, narko - bihuşluq, maniya -
isə asılılıq deməkdir. Narkomaniya cəmiyyətin meydana gəldiyi,
onun ayrı-ayrı siniflərə, sosial təbəqə və qruplara bölündüyü qə-
dim zamanlardan yaranmışdır. Hələ qədim dövrlərdə tiryəkdən
bəzi xəstəliklərin müalicəsində istifadə olunmuşdur. Qədim misir-
lilər tiryəkdən həvəsləndirici, eləcə də sakitləşdirici vasitələrin ha-
zırlanmasında istifadə etmişlər. Tiryəkdən ilk dərman XVI əsrdə
alınmış və onu icad edən isveçrəli həkim Paraselsin şərəfinə ad-
landırılmışdır. Sonralar isə bunun zəhərli maddə kimi orqanizmə
əks təsirini, ölümə səbəb olduğunu müəyyənləşdirmişlər.
Avropa və Asiya qitələrində məskunlaşmış xalqların mifolo-
giyasında yağlı xaşxaş insanların ağrı və əzablarının qənimi kimi
qavranılmış, xaşxaş qozasından alınan şirə (tiryək) isə həmişə tib-
bi məqsədlər üçün istifadə edilmişdir. Tiryəkli preparatlar orta
əsrlərdə təbabətdə geniş yayılmış, ondan hazırlanan dərmanlardan
ruhi xəstələri sakitləşdirmək, əzabları azaltmaq, spazm və sarsıntı-
ları, pozulmuş əsəb-sinir sistemini bərpa etmək kimi müalicə işlə-
rində istifadə olunmuşdur. Artıq, getdikcə narkotik maddələrin
hazırlanmasında, əkilib-becərilməsində xeyli təcrübə qazanmış in-
sanlar müasir texnologiyalardan istifadə etməklə yeni uyuşdurucu
maddələr istehsal edirdilər. XIX əsrin ortalarında narkomaniya
tarixinin yeni bir dəhşətli mərhələsi narkotik maddələrin müasir
üsulla - venadaxilinə yeridilməsi ilə başlanmışdır. Beləliklə, leksi-
kona “narkotik”, “narkotik vasitələr” terminləri daxil olmuşdur.
Narkotik - mərkəzi sinir sisteminə spesifik təsir göstərən və
tez bir zamanda asılılıq yaradan maddədir. O toksik maddə oldu-
ğundan insanın bütün orqanizminə, ürək-damar sistemindən tut-
muş, sinir sisteminə qədər mənfi təsir göstərərək, onun xarakterini
dəyişir, xəstə özünü idarə edə bilmir. Orqanizm zəifləyir, bədən
arıqlayır, insanın fiziki gücü tükənir. Bu da son nəticədə aqressiv-
liyə, cinayətkarlığa və ölüm hallarına gətirib çıxarır. Uzun illərin
6
araşdırmaları göstərir ki, narkomanlıq insanı həqiqətən də fiziki
və ruhi cəhətdən şikəst edir, onun ömrünü qısaldır. Erkən yaşın-
dan narkotik qəbul etməyə başlayan insanın orta ömrü 35-40 il
olur. Narkoman narkotik maddələr qəbul edərkən, ən azı 10-15
nəfəri də narkomanlığa cəlb edə bilər.
BMT-nin 1987-ci il Konvensiyasına daxil olan ölkələrin
“Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyə-
sinə qarşı mübarizə haqqında” Bəyannaməsinə əsasən 26
iyun
“Narkomaniya və narkotiklərin qeyri-qanuni dövriyyəsinə qarşı
Ümumdünya mübarizə günü” kimi qeyd olunur. Ayrı-ayrı dövlət-
lər ildən-ilə narkotiklərin qanunsuz dövriyyəsi ilə səmərəli müba-
rizə üsullarını və narkomanlığın müalicə metodlarını təkmilləşdir-
mək və bu sahədə yeni mübarizə üsullarını kəşf etmək istiqamə-
tində səylərini artırırlar. Fərdi şəkildə və ya beynəlxalq əməkdaş-
lıq çərçivəsində bu problemə qarşı birgə mübarizə aparılmasına
baxmayaraq, dünya üzrə narkomaniyaya düçar olanların sayı
ildən-ilə artmaqdadır. Müxtəlif adamlar tərəfindən eyni iynədən
venadaxili narkotik maddə qəbul etməyə görə 90 faiz narkoman
QİÇS xəstəliyinə yoluxmuşdur. Beynəlxalq Səhiyyə Təşkilatının
məlumatına görə 2011-ci ildə Yer kürəsində 210 milyon
narkoman qeydə alınmışdır. Bu da 7 milyardlıq Yer kürəsi
əhalisinin 3 faizi deməkdir. Onun 47 milyonu Latın Amerikası
ölkələrinin payına düşür. Meksikada narkomanların sayı 1,2 mil-
yona çatmışdır. Narkomaniya 12-17 yaş qrupu arasında daha
geniş yayılmışdır. Marixuana kimi nisbətən yüngül narkotik mad-
dələrdən istifadə edən şəxslər isə daha çoxluq təşkil edir və onla-
rın sayı 165 milyon nəfərdən artıqdır. Narkotik istehsalına görə
Əfqanıstan dünya ölkələri sırasında bu gün də “liderliyi” qoruyub
saxlayır. Statistikaya əsasən Avropa Birliyi ölkələrində narko-
manların sayı 742 minə yaxındır. MDB və Asiya ölkələri də
Qərbdən geri qalmır. Burada təxminən 26 milyon adam narkotik
vasitələrdən istifadə edir.
7
Avropa və Asiya qitələrinin qovuşduğu ərazidə yerləşən
Azərbaycan öz təbiəti, təbii sərvətləri etibarı ilə olduqca zəngin
ölkədir. Ərazisinin çox geniş olmamasına baxmayaraq, Yer plane-
tində mövcud olan 11 iqlim qurşağından 9-u ölkə ərazisindən
keçir. Ona görə də bir gün ərzində respublikanın bir tərəfindən
digər tərəfinə getməklə ölkə ərazisində səhra, yarımsəhra, müla-
yim, subtropik, kontinental və digər iqlim şəraitinə rast gəlmək
olar. Məhz göstərilən iqlim şəraitləri ölkənin bütün bölgələrində
narkotik tərkibli bitkilərin həm əkilib becərilməsinə, həm də belə
bitkilərin yabanı halda bitməsinə şərait yaratmışdır. Məsələn, xaş-
xaşın Qafqazda yayılmış 24 növündən 20-si Azərbaycanda bitir.
Həmin 20 növdən 19-u həm də yabanı halda yetişir.
Azərbaycanın geosiyasi mövqeyi narkotiklərin qeyri-qanuni
olaraq Avropaya daşınması üçün də əlverişlidir. Azərbaycan Res-
publikası müstəqillik əldə etdikdən və digər ölkələrlə iqtisadi
əməkdaşlığı genişləndirdikdən sonra, kriminal strukturlar üçün
narkotik vasitələrin yayılması, çirkli pulların təmizə çıxarılması
üçün əlverişli şərait yaradılmışdı. Beynəlxalq narkosindikatlar
Azərbaycanın əlverişli vəziyyətindən istifadə edərək onu narkotik
vasitələrin Müstəqil Dövlətlər Birliyi ölkələrinə və Avropaya
aparılmasında tranzit əraziyə çevirməyə cəhd etmişdilər. Həm-
çinin, Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi bütün
sahələrdə olduğu kimi, narkotiklərin ölkə ərazisində qanunsuz
dövriyyəsinə də öz mənfi təsirini göstərmişdir. Ermənistan silahlı
qüvvələri tərəfindən Azərbaycan Respublikasının 20 faiz ərazisi-
nin işğalı, Azərbaycanın İranla olan dövlət sərhəddinin 132 kilo-
metrinə Ermənistan silahlı qüvvələri tərəfindən nəzarət edilməsi
nəticəsində həmin sahədən Avropa və Qara dəniz hövzəsi ölkələ-
rinə, həmçinin, digər dövlətlərə narkotik maddələrin güclü axını
həyata keçirilir. Dağlıq Qarabağ ərazisi narkotik tranziti, narkotik-
lərin becərilməsi, satılması, transmilli cinayət üçün nəzarətsiz
zona kimi istifadə olunur. Ermənistan tərəfindən işğal olunmuş
Azərbaycan ərazisinin narkoişbazlar üçün cəlbedici olması ölkə-
Dostları ilə paylaş: |