KEÇİD MÜDDƏALARI
I.
Naxçıvan Muxtar Respublikasmm Konstitusiyası Naxçıvan
Muxtar Respublikasmm Ali Məclisi tərəfindən qəbul edildikdən və
Azərbaycan Respublikası Milli Məclisi tərəfindən təsdiq edildikdən
sonra rəsmən dərc olunduğu gündən qüvvəyə minir. Bu Konstitu-
siyanın qüvvəyə mindiyi gündən 1978-ci il mayın 30-da qəbul
30
edilmiş Naxçıvan Muxtar Respublikasmın Konstitusiyası (Əsas
Qanunu) qüvvədən düşür.
II. Naxçıvan Muxtar Respublikasınm xalq deputatlarmın
səlahiyyətləri yeni seçilmiş Naxçıvan Muxtar Respublikası Ali
Məclisinin ilk iclas günü başa çatır.
Yeni seçilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin ilk
iclası Naxçıvan Muxtar Respublikası Ali Məclisinin azı 31
deputatmm seçildiyinin elan edildiyi gündən sonra bir ay ərzində
keçirilir.
III. 1995-ci il sentyabrın 12-də qəbul edilmiş «Naxçıvan Muxtar
Respublikasmm Ali Məclisinə seçkilər haqqmda» Naxçıvan Muxtar
Respublikası Qanununun 79-cu maddəsi bu Qanun əsasında
seçilmiş Naxçıvan Muxtar Respublikası Ali Məclisinin 1-ci çağı-
rışınm səlahiyyətləri bitənədək qüvvədədir.
IV. Bu Konstitusiyanm qəbul edildiyi günədək Naxçıvan
Muxtar Respublikasmm ərazisində qüvvədə olan Naxçıvan Muxtar
Respublikasının qanunları və başqa normativ hüquqi aktları bu
Konstitusiyaya zidd olmayan hissədə öz qüvvəsini saxlayır.
31
|