- 81 -
yerlərdən toplanan vərəmumun tərkibində həm mumun miqdarı çox olur, həm də müxtəlif
qatışıqlar, yad maddələrlə çirklənmiş olur. Bu cür vərəmum bəzən faydasından çox ziyanlı cəhətləri
və toksiki olması ilə önə çıxır.
Vərəmum kimyəvi tərkibinin zənginliyindən ötəri olduqca geniş spektrli bioloji fəal
xüsusiyyətə malik təbii bir qarışıq olub, tərkibində 300-dən çox biləşmənin olduğu bildirilir (3; 8).
Vərəmuma bioloji fəal xüsusiyyəti verən, tərkibində olan müxtəlif polifenollar, fenol turşuları,
flavonoidlər, flavononlar, flavanollar, antosianidlər və uçucu birləşmələrdən irəli gəlir (4; 14; 16).
Vərəmumun antioksidant, antibakterial, antikanser, antifunqal, antiinflamatuar, antiviral kimi bir
çox bioloji fəal xüsusiyyətinin olduğu müxtəlif tədqiqatlarda aşkar edilmişdir (2; 4; 11; 14).
Arı vərəmumundan tibbi məqsədlər üçün istifadə olunması insanlıq tarixi qədər qədim olub,
qədim Misir, Ərəb və Yunan mədəniyyətlərinə aid arxeoloji qazıntılarda aşkar olunmuşdur (1).
Vərəmumun
antibakterial
və
antioksidant
xüsusiyyətindən
qədim
Misirlilər
ölülərin
mumiyalanmasında istifadə edirdilər.
Vərəmumun antikanser, antiinflamautuar, antibiotik, antioksidativ, antiviral, antifunqal,
anastezik və sitostatik kimi bir çox farmakoloji xüsusiyyətlərinin olduğu bildirilməkdədir (6; 12).
Vərəmum tərəfindən sağalabilən xəstəliklər arasında nəfəs çatışmamazlığı, ekzema, göz
infeksiyaları, boğaz infeksiyaları, xora və böyrək infeksiyaları qeyd edilə bilər (9).
Son illərdə vərəmum yüksək bioloji fəal xüsusiyyətlərinə görə alternativ tibb ilə
maraqlananların da olduqca çox marağını çəkməkdədir. Bu səbəblə vərəmumun antibakterial
təsirindən faydalanaraq yara və yanıq məlhəmi istehsalında; ağız və diş sağlamlığını qorumaq
məqsədilə diş pastası istehsalında, ağız qarqaralarında, ağız və boğaz spreylərində; ultrabənövşəyi
şüalara qarşı qorunmada, günəş kremlərində və gözəllik maskalarında; immun sisteminin
gücləndirilməsində geniş tətbiq edirlər.
Vərəmumun iqtisadi dəyəri onun bioloji fəal xüsusiyyətlərinə bağlı olaraq dəyişiklik göstərir.
Bu baxımdan fenollu maddə miqdarı bioloji fəal xüsusiyyətinin bir təyinedicisi olaraq qarşıya çıxır.
Bu səbəblə də dünyada istifadə olunan bəzi vərəmum növlərinə iqtisadi olaraq böyük maraq
göstərilir (13).
Azərbaycanın müxtəlif bölgələrində əldə olunan vərəmum nümunələrində fenol
birləşmələrinin miqdarı, antioksidant dəyəri və radikal təmizləmə qabiliyyəti
Nümunə
Zonalar
Rayonlar
Ümumi
Polifenol
(mg GAE/ g
propolis)
FRAP
(μM
Troloks/g
propolis)
DPPH SC50
(μg/mL)
1
Aran
Ağdaş
71,677±0,64
400,23±4,97
22±1,1
2
Zərdab
74.86±1.76
436.43±2.65
15±1.0
3
Mingəçevir
31,79±1,62
255,22±3,25
67±2,0
4
Kiçik
Qafqaz
Şəmkir
30,21±0,88
250,63±7,97
108±2.3
5
Naxçıvan-1
54.88±1.79
330,34±2,88
58±3,1
6
Naxçıvan-2
40,17±1,103
300,41±2,37
31±1,2
7
Böyük
Qafqaz
Şəki
13,41±1,31
178,21±0.89
58±3,4
8
Qusar
69,66±0,97
380,45±2,21
20±2,3
9
Qax
79,23±2,06
429.95±1.09
30±2.1
10
İsmayıllı-1
69,73±2,02
437,90±8,00
18±1,2
11
İsmayıllı-2
23,31±1.62
190,45±0,95
109±3,2
12
Quba-1
17,50±0.89
195,45±1,77
128±6,1
13
Quba-2
61,72±0.65
414,13±3,12
16±2,0
14
Quba-3
66,02±0.49
370,89±1,48
65±3,4
15
Lənkaran
Astara
10,94±0,15
170,27±0,38
198±3,4
Orta hesabla
47,67±24.65
312,84±98,38
62,87±52,67
- 82 -
Vərəmum nümunələrinin ümumi fenolik maddə miqdarlarının 10,936-79,232 mg GAE/g
arasında dəyişmə göstərdiyi müəyyən edilmişdir. Aparılan statistik analiz nəticəsində 15 ədəd
vərəmum nümunəsinin fenollu maddə miqdarının statistik geniş fərqlər yaratdığı, yalnız İsmayıllı
və Qusar rayonlarına aid vərəmumların eyni miqdarda (69,727 və 69,659 mg GAE/g) fenoli maddə
miqdarına sahib olduğu tapılmışdır. Ən yüksək dəyərə sahib vərəmum ilə ən aşağı dəyərə sahib
vərəmum arasında təxminən 10 qat fərq olduğu hesablanmışdır. Bu da vərəmum nümunələrinin
kimyəvi tərkibinin toplandığı bölgənin florasına bağlı olaraq dəyişmə göstərdiyini sübut edir. Qax,
Zərdab və Ağdaş rayonlarından əldə olunan vərəmumların ən yüksək fenol maddə miqdarına malik
olması, Astara və Şəki rayonlarından əldə olunan vərəmumların ən aşağı fenollu maddə miqdarına
malik olduğu müəyyən edildi.
Eyni rayondan, lakin fərqli yerlərdən toplanan vərəmum nümunələrində ümumi fenollu
maddə miqdarları arasında da olaraq fərqliliklər olduğu göründü (p<0,05). Məsələn; Naxçıvan,
Quba və İsmayıllı bölgələrinin fərqli sahələrindən toplanan vərəmum nümunələrinin fərqli fenollu
maddə miqdarına sahib olduğu görünür. Bu bizə vərəmum nümunələrinin götürüldüyü rayonlarla
yanaşı, istehsal və toplanma formalarının də olduqca əsaslı təsir göstərdiyini ifadə edir.
Bütün bunlara baxmayaraq Azərbaycan ərazisinə aid vərəmum nümunələrində fenollu
maddə miqdarları orta hesabla 47,66±24,65 mg GAE/g olaraq təyin olunmuşdur. Bu da Azərbaycan
ərazisinə aid fərqli vərəmum nümunələrinin cəmi fenollu maddə miqdarının müqayisə edildikdə çox
da zəngin olmadığını göstərir. Bunun bir çox səbəbi ola bilər. İlk növbədə ərazilərin florasının
təsiri, ikinci növbədə vərəmum nümunələrinin toplanma şəkli və yuvadan götürüldüyü yer.
Ümumi fenollu maddə miqdarlarına görə ən aşağı göstərici Astara rayonundan (10,94 mg
GAE/g propolis) əldə olunan vərəmum olub, ən yüksək fenollu maddə miqdarı isə Qax rayonunda (
79,23 mg GAE/g propolis) təsbit edildi və orta hesabla ümumi fenollu maddə miqdarı 47,67±24,65
mg GAE/g olaraq təyin olundu. Araşdırmalarda hər bir propolis nümunəsinin fərqli dəyərdə fenollu
maddə tərkibinə malik olduğu göründü.
Tələlərindən əldə olunan vərəmum nümunələrinin daha keyfiyyətli olduqları bilinməkdədir
(16). Onun da nəzərə almaq lazımdır ki, yuxarıda qeyd olunan nümunələrin heç biri vərəmum tələsi
vasitəsilə əldə olunmamışdır.
Yüksək FRAP dəyəri, yüksək antioksidant qabiliyyətini göstərməkdədir. Tədqiq olunan
vərəmum nümunələrinə aid FRAP dəyərlərinin olduqca fərqli antioksidant fəaliyyətə malik olması
və bu dəyərlərin 170-437 μM Troloks/g propolis arasında dəyişmə göstərdiyi müəyyən edilmişdir.
Ən yüksək FRAP fəaliyyətinə malik vərəmum nümunələrinin İsmayıllı, Zərdab və Qax bölgələrinə
aid nümunələrin olduğu təsbit edildi.
Bitki mənşəli ektraktlarda və təbii məhsullarda ümumi antioksidan tutumunu ən yaxşı şəkildə
təmsil edən FRAP testi (dəmir (III) sadələşdirilmə / antioksidan tutum) analizlərinə görə
nümunələrin FRAP dəyərlərnin orta hesabla 312,84 μM Troloks/g propolis dəyərinə malik olduğu
müəyyən edildi.
Nəticə olaraq demək olar ki, Azərbaycanın ərazisində fenol birləşmələri ilə zəngin və
yüksək antioksidant qabiliyyətə malik olan vərəmum nümunələrinin əldə olunduğu bölgə və
rayonlardan vərəmum tələsi vasitəsilə, vaxtında və gigiyenik qaydalara əməl etməklə nümunələri
toplamaq və yenidən tədqiq etmək məqsədəuyğun hesab edilir. Vərəmum nümunələri kortəbii
surətdə, pətəyin harasından gəldi yığılmamalı, vaxtında, bal məhsuldarlığını azaltmadan və mütləq
xüsusi tələlər vasitəsilə əldə olunmalıdır. Bundan sonra isə tibbi və istisadi əhəmiyyətə malik olan
vərəmum istehsalını həyata keçirmək olar.
Dostları ilə paylaş: |