54
Burada Rusiya xalqçılarının təsiri duyulur. Məlum olduğu kimi onlar da
XIX əsrin sonunda ―xalqa doğru‖ şüarını irəli sürmüşdülər. Əlbəttə, biz Hüseyn
Mirzənin rus xalqçılarının ideyalarından xəbərsiz olub-olmadığını qəti şəkildə
söyləyə bilmərik. Bəlkə də müəllif özü bu qərara gəlmişdir. Xalq ilə ziyalıların
arasındakı səddi götürməkdə məqsəd bundan ibarət idi ki, ziyalılar xalqın içərisinə
gedib dərd-sərini, ağrı və acılarını öz gözləri ilə görsünlər. Xalqın arzu və
istəklərinə yaxından bələd olsunlar. Sonra da bir çarə düşünüb tapsınlar. Bu, milli
məfkurəmizdən doğan zərurət idi. Millətin irəli getməsini istəyənlər, yuxarıdakı
vəzifəni hökmən yerinə yetirməliydilər. Xalq ilə ziyalılar arasındakı uçurum dəf
olunmalıdır. ―Milli məfkurə və arzularımızın ziyalılarımızdan istəyəcək bir
fədakarlıq daha vardır ki, o da ―xalqa doğru‖ getməkdən, dərdlərini öyrənməkdən,
onun (yəni xalqın) ağrılarını, acılarını duymaqdan, səadətlərilə, məsud ələmlərilə
mütəəllim olmaqdan və müqabilində çarələr etməkdən ibarətdir‖ (―Açıq söz‖
qəzeti, 1916, № 85).
Hüseyn Mirzə Camalov kəndlərin geriliyini də Azərbaycanda tərəqqini
buxovlayan amillərdən biri hesab edirdi. O, kəndlərin vəziyyətini ətraflı şəkildə
şərh edirdi. Kəndlərin müasir həyatdan nə qədər geri qaldığını dönə-dönə
söyləyirdi. Həqiqətən də eləydi. Kəndlilərin əksəriyyəti kotanın nə olduğunu belə
bilmirdilər. Əmək məhsuldarlığı aşağı idi. Torpağı dədə-baba qaydası ilə əkib-
becərirdilər, savadsızlıq baş alıb gedirdi. Məhəmməd Əmin Rəsulzadə də
məqalələrində kəndlərin nə qədər geri qaldığını dəfələrlə qeyd etmişdi.
Hüseyn Mirzə Camalov kəndlərin geriliyinin səbəbini aşağıdakı kimi izah
edirdi. Onun fikrincə, kəndlərimiz əvvəla, ona görə geri qalırdı ki, dəmir yolların-
dan uzaqda yerləşirdilər. İkincisi, şəhərlərdən uzaq idilər. Üçüncüsü isə, xaricdən
heç bir kömək yox idi. Hüseyn Mirzə xüsusilə xaricdən köməyə çox bel bağlayır-
dı. Lakin baxaq görək xarisdən kömək dedikdə o, nəyi nəzərdə tuturdu və bu
köməyi kimlər etməliydi. O, bu suala belə cavab verirdi: ―Xaricdən imdad
deyirəm. Bu imdadı kimlər etməli? Kimlər edə bilirlər? Və kimlər edirlər? Kiçik
istiqraz və təavün cəmiyyətləri...‖ (yenə orada).
Demək, Hüseyn Mirzənin fikrincə, kəndlərimizə istiqraz və təavün
cəmiyyətləri kömək edə bilərdilər. Yəni kəndlərimiz öz qüvvələri hesabına dirçələ
bilməzdilər, onlara hökmən yardım etmək lazım idi. İstiqraz cəmiyyətləri
kəndlilərə kredit buraxmalıydılar. Təavün cəmiyyətləri isə kooperativlər idi.
Kooperativlər kəndlilərə əl tutmalıydılar, yoxsa ―qolçomaqlar‖ kəndlilərin dərisini
soyurdular. Ona görə ki, kəndlilərin əksəriyyəti kotan və bir çox digər texniki
ləvazimatdan məhrum idilər. Əmək alətinə yiyələnmiş bir ovuc ―qolçomaq‖ isə
vəziyyətdən istifadə edərək kəndliləri soyub talayırdılar. Onlar kəndlilərin
ehtiyacını görüb arpa, buğda, pambıq, nə var isə, hamısına kefləri istədiyi
qiyməti verərək haqqını da bəri başdan ödəyirdilər. Məhsul yığımı zamanı isə
―rəncbər gözünü açıb da beş rublaya satılan şeyi iki, yainki üç rublaya vermiş ol-
duğunu görur.‖ Amma kəndlinin də əlacı yoxdur. Nə verirlərsə, onu da götürür,
55
çünki məcburdur. Nəticədə bir tərəfdən mütləqiyyətin, digər tərəfdən də
―qolçomaqların‖ zülmü altında əzilir. Bununla da kəndlilərin o zaman nə qədər
ağır həyat sürdükləri aydın olur. Hüseyn Mirzə Camalov kəndlinin dərdlərini
sadalamaqla kifayətlənmir, həm də məsləhətlər verir. Bu ağır vəziyyətdən çıxmaq
üçün çarələr duşünür. O, həyatın mübarizə olduğunu söyləyir və bu mübarizədə
məğlub olmamaq üçün real həyatla uyğunlaşmağı tövsiyə edir. Bəs həyata uyğun-
laşmaq nə deməkdir? O, bunu aşağıdakı kimi izah edir: ―Sənət, elm və fənn
günlərlə deyil, bəlkə də saatlarla tərəqqi edir, mübarizeyi-həyatın da şərtləri,
üsulu bütün-bütünə dəyişilir, gündə yeni bir makina ixtira edilir. Yeni makinalar
isə yeni tərbiyə, yeni ―adamlar‖ törədir. Bir millətin bu yeni ―adamları‖ nə qədər
çox olursa, o millət bir o qədər irəliləmiş olur‖ (―Açıq söz‖ qəzeti,1916, № 86).
Hüseyn Mirzə Camalov əsas diqqətini elmə yönəldir. Elmi cəmiyyətin
məhsuldar qüvvəsi səviyyəsinə qaldırır. Onun fikrincə, elm saatbasaat inkişaf
edir və gündə bir makina ixtira edilir. Yeni makina isə yeni adamlar tərbiyə edir.
Burada, gördüyünuz kimi, ictimai varlığın ictimai şüuru təyin etdiyini göstərən
marksizm nəzəriyyəsi özünü büruzə verir. Ümumiyyətlə, Hüseyn Mirzənin
yazılarında da bu cəhət özünü qabarıq şəkildə göstərir. Əgər Azərbaycan
ziyalılarının əksəriyyəti ictimai şüura üstünlük verirdilərsə, Hüseyn Mirzə əksinə,
ictimai varlığa daha çox diqqət yetirirdi. M. Ə, Rəsulzadə, Y.Vəzirov, Ö.Faiq və
başqaları tərəqqini ayrı-ayrı şəxsiyyətlərin dünyagöruşü, savadı ilə
əlaqələndirirdilər. Hüseyn Mirzə Camalov onlardan fərqli olaraq marksistlər kimi
cəmiyyətin maddi həyatına böyük əhəmiyyət verirdi. Əlbəttə, H. M. Camalov
marksist deyildi, ancaq baxışlarındakı bəzi cəhətləri ilə bu nəzəriyyəyə nisbətən
yaxınlaşırdı.
O, Amerika həyatından nümunə gətirir. Amerika ölkəsi ona görə qabağa
gedir ki, yeni ―makinalar‖ sınaqdan çıxan kimi istehsalata tətbiq edilir. Bununla da
həm istehsal artır, həm də yeni makinada işləyən fəhlənin biliyi genişlənir. Ona
görə ki, fəhlə yeni makinanı öyrənməyə məcburdur, əks halda ailəsini dolandıra
bilməyəcəkdir. Hüseyn Mirzə həyata donuq bir şey kimi deyil, daim hərəkətdə
olan, inkişaf edən canlı varlıq kimi baxır. O, hadisələrə marksistlər kimi dialektika
baxımından yanaşır. Məsələn, ―Xalqa doğru‖ məqaləsində yazır: ―Həyati-
bəşərdə təvəqqüf görünməmiş və görünməyəcəkdir. Bu isə ayın, günəşin və
yıldızların seyrinə bənzər bir qanundur‖ (―Açıq söz‖ qəzeti, 1916, № 86).
O, digər xalqların təcrübəsindən istifadə etməyi məsləhət görür. Məsələn,
Rusiyanın qərb mahallarını və Finlandiya kəndlərini nümunə gətirir. Onlardakı
kimi şirkətlər, istehlak cəmiyyətləri (camaat dükanları) qurmağı tövsiyə edir.
Onun fikrincə, bu şirkətlərin kəndlərə böyük köməyi dəyə bilər: məktəblər tikilər,
telefon xəttləri çəkilər, kəndin bu və ya digər ehtiyacları ödənər. ―Rusiya qərb
mahallarının əksəriyyotində və Finlandiyada köylülər məhsullarından külli mənfəət
götürmək üçün şirkətlər, istehlak cəmiyyətləri (camaat dükanları) təşkil edirlər.
Gündəlik südlərini, yağlarını həp kəndi şirkətlərinə verib qaba alırlar, hər evdən