Neft firtinasi



Yüklə 0,71 Mb.
Pdf görüntüsü
səhifə33/63
tarix17.11.2018
ölçüsü0,71 Mb.
#80795
1   ...   29   30   31   32   33   34   35   36   ...   63

üçün bu səyahət baş tutmadı.
Sonra o, «Oyl Purchasing Company» şirkətini quraraq Berlin və Hamburqda onun şöbələrini açır.
Beləliklə, H.Vohltat neft şirkəti və onun minlərlə agenti sayəsində ABŞ, yəni «Standard Oyl» və
Meksikanın neft istehsal edən şirkətləri ilə əlaqələrini davam etdirməyə və gücləndirməyə müvəffəq
oldu. Bu tarixdən son​ra elə bir vəziyyət yarandı ki, Helmut Vohltat artıq alman hö​kumətinin və
sənayesinin ən böyük neft mütəxəssislərindən biri he​sab olunmağa başladı.
Onunla və yaxud onun məsləhət gördüyü hər hansı bir adamı ilə görüşmədən Almaniyaya bir qram
neft satmaq mümkün deyildi.
Elə bu vaxtlarda ortaya Devies adlı bir yəhudi çıxdı və Hel​mut Vohltat ilə bir neçə dəfə görüşdükdən
sonra Meksika nefti​nin 60%-ni Almaniyaya satdı.
Çox sirli bir şəkildə ortaya çıxan yəhudi Deviesin sonradan Deterdinqin adamı olduğu meydana
çıxdı. Deterdinq bir tərəfdən Meksikaya «Standard Oyl» ilə embarqo tətbiq edərkən, digər tə​rəf​dən
və əl altından bu məmləkətin neftini, yəni öz neftini al​manlara satırdı. Deterdinq usta bir siyasətlə 500
milyon sterlinq sərmayə yatırdığı Meksika neftini rahatca və «Standard Oyl» şirkətini özündən narazı
salmadan sata bildi. Qəribədir ki, Deter​dinq bu oyununu axıra kimi davam etdirə bildi və İkinci
Dünya müharibəsinin davam etdiyi vaxtda da alman sualtı gəmilərinə əl altından Meksikadan və
Venesueladan neft satacaqdır.
Almanların Meksikaya gəlmələrinə Deterdinq mane olmayır, hətta alman agentlərinin mütəxəssis adı
altında bu məmləkətə girmələrinə yardım edirdi. Devies bu iş üçün ən münasib şəxs idi. O, 1938-ci
ilin iyul ayında Meksika neftini Almaniyaya satmaq qərarına gələn zaman şirkətinə alman neft
mütəxəssislərini işə qəbul etmiş və onları daima tərifləmişdir. Antifaşist bir insan olan Meksika
prezidenti Cardenas bunlardan xəbərdar olan zaman çox təsirlənmişdir.
Deviesin yanında olan bu agentlər hər səfəri göndərilən neft partiyaları ilə Almaniyaya gedir, geridə
qalanlar isə yenə alman agentlərinin Meksikadakı təşkilatçısı Dr. Herstlettin əmri ilə öl​kənin
içərilərinə dağılaraq izlərini itirirdilər. Dr. Herstletti Mek​si​kaya bir iqtisadçı olaraq gəlmişdir.
Lakin, gördüyü iş iqti​sadçılıqla əlaqədar deyildi. O, çevriliş lideri olaraq sürgün olunmuş Nikolas
Rodriquesin adamları ilə münasibətlər qurmağa çalışırdı. Bu tə​mas​lar müsbət nəticə verdi və
N.Rodriques alman agentləri ilə hə​yata keçiriləcək bir çevriliş barəsində ediləcək müzakirələri qəbul
etdi.
Dr. Herstlettin bu əlaqələri qurmaq və müzakirələrdə iştirak etməyi Hermann Sohvinn adlı bir agentə
tapşırdı. Almanlar Meksikada bir çevriliş hazırladıqları zaman Humberto Tirade adlı bir meksikalı
da neft şirkətlərinə üz tutaraq ona silah-sursat yardımı edildiyi təqdirdə Cardenası hakimiyyətdən
kənar​laşdırıb milləşdirdiyi neft sahələrini onlara qaytaracağını bildirirdi. Ancaq, neft şirkətləri bu
təklifi rədd etdilər. Bunun da əsas səbəbi Hum​berto Tiradoya etimad etməmələri idi.
Almanlar bu təkliflərin rədd edilməsindən sonra 1934-cü ildə Almaniyanın Vyanada səfiri olan zaman
Avstriyanın baş naziri Dolfussun öldürülməsi hadisəsinin əsas təşkilatlarından biri kimi tanınan Kurt
Heinrich Riethdən istifadə etməyi qərara aldılar. 1941-ci il martın 8-də K.H.Rieth ABŞ-a
Almaniyanın xüsusi səfi​ri təyin olundu. Bir neçə gündən sonra o Meksikadan ABŞ-ın sər​hə​dini
keçərək mühacirət idarəsinə gedir «Standard Oyl Of New Yersay Company»nin rəhbəri olan Valter
C.Teaqlenin ya​xın dostu olduğunu söyləyir. Teaqle onu tanımadığını söylə​dikdən sonra K.H.Rieth
həbs olunaraq ABŞ-dan xaric edilir.
Əgər Deterdinq imkan verməsə idi almanlar Meksikada heç vaxt uğur qazana bilməzdilər.
Almanlar Meksikada çalışırkən Rokfeller də, Deterdinq də öz iş​lərini görməkdə davam edirdilər.


Deterdinq burada daha şanslı idi.
 


BAKI NEFTİ VƏ MƏHV EDİLƏN BİR
TÜRK DÖVLƏTİ
 
 
Birinci Dünya müharibəsi davam edirdi. Osmanlı İmperiyası düşmənlərlə dörd cəbhədə vuruşurdu.
Osmanlı İmperiyası Almani​ya və Avstriya-Macarıstan İmperiyasının müttəfiqi idi. Osmanlı orduları
Qalıçyada, Rumıniyada, Balkan yarımadasında, Qafqazda və Ərəbistanda tarixin bəlkə də ən çətin
müharibələrini apardığı bir vaxtda Rusiyada əvvəl Kerenskinin rəhbərliyi altında sosial-demokratlar,
sonra Leninin tərəfdarları olan bolşeviklər çar üsul-idarəsini yıxaraq hakimiyyəti ələ keçirmişdilər.
Rusiyada proleta​ria​tın diktaturasını quran bolşeviklər bir müddət sonra almanlarla Brest-Litovski
müqaviləsini bağladılar.
Almanlar Brest-Litovski müqaviləsinin xeyirlərinə olan mad​də​lərinə əsaslanaraq 1918-ci ilin
mayında von Kressin komandan​lığında 3000 nəfərlik bir hərbi hissəni müttəfiqləri türklərdən
xəbərsiz Qara dənizin Poti limanına çıxardaraq şəhəri ələ keçir​dilər. Bu hərbi birliyin vəzifəsi
türklərdən əvvəl Batumu tutmaq və sonra Bakıya doğru hərəkət etmək idi. Qarşıya belə bir sual çıxır.
Bəs almanları müttəfiqləri olan türklərdən xəbərsiz belə bir addım atmalarının səbəbi nə idi? Cavab
isə aydındır. Bakı neftini ələ ke​çir​mək! O dövrdə Bakı nefti dünyanın ən mühüm neft sahələrindən biri
idi və buranı kim ələ keçirsə idi o da müharibənin taleyini həll etmiş olardı.
Almanlar bu hərəkəti Brest-Litovskidə bağladıqları müqavilə​yə uyğun etmişdilər. Almanlarla ruslar
arasında razılaşdırılmış mü​qaviləyə görə Almaniyanın Rusiyanın daxili işlərinə qarışmayaca​ğı​na
cavab olaraq Rusiya da Almaniyanın Qafqazdakı hərəkətləri​nə göz yumacaqdır. Hətta almanların
Bakı neftini ələ keçirmələri​nə də mane olmayacaqdılar.
Rusiya yalnız almanlardan Bakı neftini ələ keçirdikləri zaman onlara da pay verilməsini istəyirdi.
Almanlar bu təklifi məmnuniy​yət​lə qəbul etdilər.
Bakı nefti artıq Osmanlı dövləti ilə Almaniyanın gələcəkdə birgə hərəkət etmələrini şübhə altına
qoyurdu.
1917-ci ildən sonra almanlar Qərb cəbhəsində, türklər isə Ərəbistan yarımadasında dalbadal
məğlubiyyətə uğradılar. Türkiyə hökuməti müttəfiqlərinin Qafqazdakı hərəkətlərini diqqətlə izləyir​di.
Almanlar əvvəl Batumu, sonra isə Bakını işğal etdilər. Artıq almanların bu hərəkətinə dözə bilməyən
Yaqub Şevki paşanın sərt ultimatumundan sonra von Kressin komandanlığındakı hərbi hissə hər iki
şəhəri tərk etmək məcburiyyətində qaldı.
Almanların Bakıdan çəkilmələrindən istifadə edən ingilislər 1918-ci ilin fevral ayında İranda olan
ordusunun bir hissəsini pol​kov​nik Denstervilin komandanlığı altında 40 gəmi ilə Bakı neftini ələ
keçirmək üçün hərəkətə keçirdi. Artıq Bakı ingilislər tərəfindən işğal edilmişdi. Ruslar isə nə
ingilislərlə, nə də neft istehsal edən bey​nəlxalq miqyaslı şirkətlərlə məşğul ola biləcək vəziyyətdə de​-
yildi.
Çar üsul-idarəsini yıxan bolşeviklər hakimiyyətə gələrək pro​letariatın diktaturasını qurduqdan sonra
rus aristokratiyasını və or​du​nun komandanlığını məhv etməyə başladılar. Var-dövlətlərinin,
malikanələrinin və hakimiyyətlərinin əllərindən çıxması ilə barışa bilməyən qüvvələr bolşeviklərin
yenicə qurduqları ordularına qarşı müqavimət göstərməyə hazırlaşdılar. Deterdinq Rusiyada yaran​-
mış bu vəziyyətdən öz xeyrinə istifadə etməyə çalışdı, yəni Qızıl Or​duya qarşı ağqvardiyaçıları hər


Yüklə 0,71 Mb.

Dostları ilə paylaş:
1   ...   29   30   31   32   33   34   35   36   ...   63




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə