|
Neftli-qazlı ərazilərin axtarışı və kəşfiyyatında geoloji-kəşfiyyat işlərinin növləri
|
səhifə | 5/18 | tarix | 31.12.2021 | ölçüsü | 22,96 Kb. | | #81548 |
| neftli qazlıStruktur quyular – axtarış mərhələsinin obyektləri müəyyən edib axtarış qazımasına hazırlanması mərhələlərində perspektivli obyektlərin müəyyən edilməsi, quruluşunun dəqiqləşdirilməsi, tektonik qırılmaların izlənilməsi, ayrı-ayrı tektonik blokların öyrənilməsi və s. məqsədlər üçün qazılır. O vaxt tətbiq olunurlar ki geofiziki üsullar sahənin mükəmməl quruluşunu kifayət qədər etibarlı və dəqiq əks etdirə bilməsin. Layihə (qazıma) dərinliyi struktur quyuların struktur xəritə quruluşu istinad səthinin yatma dərinliyinə qədər nəzərdə tutulur. Bir qayda olaraq layların yatımı yaxud qırışığın eni istiqamətində adətən eninə uzanan profillər üzrə yerləşdirirlər. Bəzi hallarda dərin struktur quyular axtarışın regional mərhələsində də regional profillər üzrə yerləşdirilirlər.
Dostları ilə paylaş: |
|
|