NəRİman nəRİmanov ucqarlarda iNQİlabimizin tariXİNƏ daiR



Yüklə 0,68 Mb.
Pdf görüntüsü
səhifə24/25
tarix28.06.2018
ölçüsü0,68 Mb.
#52360
1   ...   17   18   19   20   21   22   23   24   25

56 

 

1920-ci  il  yanvarın  10-da  qüvvəyə  minmişdir.  Müqavilənin  şərtləri  1919-1920-ci  illərdə 



Paris sülh konfransında işlənib hazırlanmışdı. 

22.  Onun  Şərqdə  RSFSR-in  xarici  siyasətinə  dair  1922-ci  ilin  aprelində  yazdığı 

məktubu nəzərdə tutulur. 

23.  N.Nərimanov  ateist  təbliğatı  keçirilərkən  partiya  və  sovet  orqanlarının  işində 

yerli  əhalinin  dini  hisslərinin  təhqir  edilməsinin  çoxsaylı  və  bəzən  biabırçı  hadisələri 

haqqında xatırladır. 

24. Əfqanıstan Avropa və Şərq ölkələri arasında gənc Sovet Rusiyası ilə müqavilə 

bağlayan  birinci  dövlət  olmuşdur.  Sovet  hökumətinin  tapşırığı  ilə  ilk  əfqan  səfirini  

N.Nərimanov qarşılamış və müşayiət etmişdir.  

25. L.M.Karaxan  (Karaxanyan) – (1889-1937) – peşəkar diplomat, 1904-cü ildən 

inqilabi  hərəkatda,  1918-1920,  1921-1934-cü  illərdə  xalq  xarici  işlər  komissarının 

müavini.  1921-ci  ildə  Polşada,  1923-1926-cı  illərdə  Çində,  1934-cü  ildən  Türkiyədə 

səlahiyyətli  nümayəndə.  Əksinqilabi  fəaliyyətdə  ittiham  edilmiş  və  saxtalaşdırılmış 

ittihamnamə əsasında güllələnmişdir. 

26.  Söhbət  Genuyaya  getməmişdən  əvvəl,  1922-ci  ilin  aprelində  Şərq  siyasəti 

məsələlərinə dair yazılmış məktubdan gedir. 

27.  Ənvər  paşa  (1881-1922)  –  Türkiyənin  hərbi  və  siyasi  xadimi,  1914-1918-ci 

illərdə  Osmanlı  imperiyasının  diktator  “triumviratının”  üzvü.  Baş  komandanın  müavini 

vəzifəsində  olarkən,  Azərbaycan  Respublikasına  fəal  hərbi  yardım  göstərilməsi  xəttini 

yeritmişdir.    Osmanlı  imperiyasının  1918-ci  ilin  noyabrında  məğlubiyyətindən  sonra 

Almaniyada, sonra isə Sovet Rusiyasında yaşamışdır.  1921-ci ilin axırında Orta Asiyada 

antibolşevik qüvvələr tərəfində siyasi mübarizəyə qoşulmuşdu. Döyüşdə həlak olmuşdur. 

28. İlk dəfə türk kommunist partiyasının “Hümmət” nəşrinin 4-cü nömrəsində çap 

olunmuşdur.  Həştərxan  “Proletarskaya  mısl”  nəşriyyatı  1919-1921-ci  illər  (Azərbaycan 

dilində). N.Nərimanovun “Seçilmiş əsərləri”nin II cildində çap edilmişdir. 

29.  N.Ussubbəyov  (1881-1920)  –  Azərbaycanda  milli  hərəkatın  görkəmli  xadimi.  

Novorossiya universitetinin (Odessa) hüquq fakültəsini bitirmişdir. 1917-ci ilin martında 

yeni  yaranmış  türk  federalist  partiyasının  lideri  olmuş,  həmin  ilin  yayında  bu  partiya 

Müsəlman  Demokratik  partiyası  “Müsavat”  ilə  birləşmişdi.  1918-1920-ci  illərdə 

Usubbəyov  Azərbaycan  respublikasında  bir  sıra  mühüm  hökumət  vəzifələri  tutmuşdur: 

maarif  naziri,  Nazirlər  Sovetinin  sədri,  1920-ci  ilin  mayında  Kürdəmir  qəzasında 

öldürülmüşdür.  

30. Məktub N.Nərimanovun “Seçilmiş əsərləri”nin II cildində çap olunmuşdur. 

31.  Y.D.Stasova  (1873-1966)  –  1898-ci  ildən  RSDFP  üzvü.  1917-ci  ilin 

fevralından 1920-ci  ilin  martına  qədər RK(b)P MK katibi.  1920-1921-ci  illərdə  AK(b)P 

MK  aparatında işləmişdir. Sonrakı illərdə  - Kominterndə, inqilab mübarizlərinə  yardım 

üzrə  Baynəlxalq  təşkilatda,  MHK-da  işləmiş,  “İnternasionalnaya  literatura”  jurnalını 

redaktə etmişdir. 

32.  İ.T.Smilqa  (1892-1938)  –  1907-ci  ildən  sosial-demokrat  sıralarında.  1919-cu 

ildən  Qərb,  Cənub  və  Qafqaz  cəbhələrinin  İnqilabi  Hərbi  Şurasının  üzvü,  Respublika 




57 

 

İnqilabi  Hərbi  Şuralarının  Siyasi  idarəsinin  rəisi.  30-cu  illərin  axırında  ləkələnmiş  və 



repressiya olunmuşdur. 

33. Pankratov – XI Qızıl Ordu Siyasi İdarəsinin xüsusi şöbəsinin rəisi. 

34. V.İ.Lenin N.Nərimanov, M.D.Hüseynov, Ə.Qarayev, R.Axundov və başqaları 

arasında  baş  vermiş  mübahisənin  həllində  iştirak  etmişdi.  N.Nərimanov  Azərbaycanın 

zəhmətkeş  kəndli  nümayəndələrini  hakimiyyətin  ali  orqanlarına  daha  fəal  cəlb  etməyi, 

MHK-da  kəndli  təbəqəsini  genişləndirməyi  təklif  edirdi.  R.Axundov,  M.D.Hüseynov  və 

Ə.A.Qarayev  yalnız  fəhlə  təbəqəsini  genişləndirməyi  təklif  edirdilər.  1921-ci  ildə 

Nərimanov  ixtilafın  məğzini  Leninə  izah  etdi.  Milli  məsələdə  və  milli  xüsusiyyətlərin 

nəzərə alınmasında güzəştlər tərəfdarı olan Lenin N.Nərimanovu müdafiə etdi.  Onun özü 

RK(b)P  Siyasi  Bürosunun  1921-ci  il  oktyabrın  15-də  qəbul  edilmiş  qərarlarının  ən 

mühüm maddələrini hazırladı. 

35.  Sərkis  (Danilyan)  (1898-1937)  –  1917-ci  ildə  RSDF(b)P-yə  daxil  olmuşdur. 

1919-cu  ildə  RK(b)P  Bakı  Komitəsinin  üzvü.  Azərbaycanda  Sovet  hakimiyyəti 

qurulduqdan  sonra  AK(b)  BK katibi olmuşdur. Sonrakı  illərdə Moskvada, Voronejdə və 

başqa şəhərlərdə işləmişdir. Əksinqilabi fəaliyyətdə ittiham edilmiş və güllələnmişdir. 

36.  1921-ci  il  oktyabrın  17-də  RK(b)P  MK  Siyasi  Bürosunun  iclasında  qəbul 

edilmiş  “Azərbaycanda  kommunist  partiyasının  milli    siyasətinin  keçirilməsi  haqqında” 

direktivləri  nəzərdə tutulur. Direktivlərin layihəsi İ.Stalin, G.Orconikidze, N.Nərimanov, 

M.Hacıyev  və  M.Qasımovdan  ibarət  komissiya  tərəfindən  işlənib  hazırlanmışdı. 

Direktivlərdə  azərbaycanlıların  milli,  məişət  xüsusiyyətlərinin  nəzərə  alınması  zəruriliyi 

qeyd edilirdi.  Zəhmətkeş kəndlilərin ehtiyaclarına birinci dərəcəli diqqət yetirilməsi kimi 

sinfi  prinsip  irəli  sürülürdü.  İnqilabın  həmsərhəd  ölkələrə  irəliləməsi  planında 

Azərbaycanın  strateji  vəziyyətini  nəzərə  alaraq,  onu  nümunəvi  Sovet  Respublikasına 

çevirmək  məqsədi  qarşıya  qoyulmuşdu.  Azərbaycanın  zəhmətkeş  sinfinin  sovet 

quruculuğu işinə daha geniş cəlb edilməsi qeyd edilir, bu zaman Kommunist Partiyasının, 

proletar  və  yarımproletar  təbəqəsinin  siyasi  cəhətdən  loyal  nümayəndələrinin  hesabına 

artırılmasına  diqqət  yetirmək  məsləhət  görülürdü.  Azərbaycanlı kommunistlərin partiya 

işçisi sifətilə işləməsi üçün hazırlanmasına göstəriş verilirdi. Bunun üçün xüsusi məktəb 

yaratmaq və bu məsələ ilə əlaqədar hər üç aydan bir Qafqaz bürosuna və RK(b)P MK-ya 

məlumat  vermək    nəzərdə  tutulurdu.  Direktivlər,  RK(b)P  X  qurultayının  qərarlarını 

həyata  keçirərək,  partiya  sıraları  birliyinin  təmin  edilməsini,  fraksiyaların  və  fraksiyaçı 

mübarizənin,  partiyadan  xaric  edilməyə  qədər,  qadağan  edilməsini  tələb  edirdi.    17 

oktyabr 1921-ci il tarixli direktivlər ayrıca vərəqə şəklində  Azərbaycan  və rus dillərində 

çap edilmiş, Azərbaycanın bütün partiya təşkilatlarının iclaslarında müzakirə olunmuşdu. 

37. Azərbaycanın birinci Sovetlər qurultayı 1921-ci ilin mayında keçirilmişdir. 

38.  V.V.Lominadze  (1897-1935)  –  1917-ci  ildən  RSDF(b)P  üzvü.  1918-1919-cu 

illərdə RK(b)P Tiflis Komitəsinin sədri; 1919-1920-ci illərdə AK(b)P BK və MK katibi. 

Sonralar Zaqafqaziyada və RSFSR-də partiya işində olmuşdur. Özünü öldürmüşdür. 

39.  O.Q.Şatunovskaya (1901-ci ildə anadan olmuşdur)  – 1916-cı ildən RSDF(b)P 

üzvü.  1917-1918-ci  illərdə    “Bakinski  raboçi”  redaksiyasında  işləmiş,  Bakı  Xalq 




Yüklə 0,68 Mb.

Dostları ilə paylaş:
1   ...   17   18   19   20   21   22   23   24   25




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə