10
Mən təsdiq edirdim ki, bunu hökmən Şərqdən başlamaq və bununla da Avopa
kapitalizmini yağlı tikədən məhrum etmək, tez bir zamanda işsizlik yaratmaq, Avropanın
ticarət-sənaye həyatında böhranı dərinləşdirmək, gücləndirmək lazımdır.
O isə, əksinə, Şərq məsələsini düşünmədən, təbliğat və Avropa kapitalı ilə
yaxınlaşmaq yolu ilə Qərbi inqilab atəşi ilə alovlandırmaq istəyirdi..
Genuya
19
və sonrakı Haaqa
20
konfransları zamanı olan yaxınlaşma və təbliğatdan
yaxşısı olmayacaqdır.
Nəhayət, biz Avropanın sənaye həyatında iqtisadi böhrana, əsas etibarilə, Versal
21
müqaviləsinin nəticələrinə ümid bəsləyirdik... lakin Fransanın Almaniyaya münasibətində
bütün vəhşiliklərinə baxmayaraq, Rurda fəhlələrin güllələnməsinə baxmayaraq, yenə də
alman proletariatı Fransa və Almaniya burjuaziyasının səhnə arxasında gedən oyununa
hal-hazırda sakitcə dözür...
Bununla belə, hadisələrin bütün gedişi mənim mülahizələrimi təsdiq edir.
Nəhayət, Genuyaya yola düşməzdən qabaq yenə də Şərqdə bizim siyasətimiz
mövzusunda mən yol. Stalinə məruzə təqdim etmişdim ki, burada təxminən aşağıdakıları
qeyd edirəm: ”Genuya bizə heç bir şey verməyəcəkdir. Avropanı güzəştə getməyə
məcbur etmək üçün, Şərq məsələsini düzgün yola yönəltmək vacibdir. Lakin bizim indiyə
qədər yol verdiyimiz böyük səhvlərin nəticəsidir ki, Şərq daha bizə inanmır, o, məzlum
kütlə simasında bizdən üz döndərmişdir, mən səhvlərin düzəldilməsi işinə ucqar
respublikalarda, xüsusilə Türküstanda və Buxarada
23
başlamağı təklif edirəm. Yeri
gəlmişkən 19-cu ildən bütün məruzələrimdə Əfqanıstanla daha sıx əlaqə yaratmaq,
Hindistanda daha da müvəffəqiyyətli inqilabi iş məqsədilə mən həmişə Türküstana diqqət
yetirirəm ki, bu da Lloyd Corcun bütün planlarını alt-üst edərdi.
Əfqanıstanla
24
əlaqə yaratmaq haqqında məruzəmi yol. Leninin necə diqqətlə
dinlədiyini, mən indi xatırlayıram. Mən bu məruzədə yeri gəlmişkən, belə bir fikir
yürüdürdüm ki, bizim işğalçılıq məqsədi güdmədiyimizi əfqan kütlələrinə sübut etmək
üçün çarizm dövründə Əfqanıstanla Rusiya arasında çəkişmə üçün bir bəhanə olan məlum
torpaq sahəsindən keçmək vacibdir.
İngiltərə bu məsələdə Əfqanıstanı həmişə müdafiə edir və ona Rusiyanın işğalçılıq
cəhdlərini sübuta yetirirdi.
Yol. Lenin, bu məsələ ilə tanış oluqdan sonra, mənə dedi:” Burada çox
danışmayacağıq, verəcəyik. Mənim adımdan yol. Çiçerinə çatdırın ki, bu məsələ ixtilafa
səbəb olmasın...”
Yol.Çiçerin məni dinləyib dedi ki, hərbi idarənin rəyi olmadan heç bir şey demək
olmaz və deyəsən hərbi idarəyə veriblər, o da məsələyə hərbi nöqteyi-nəzərdən
yanaşmışdır, yəni Əfqanıstana rədd cavabı vermişdir.
Elə bu məqamda yol. Karaxan
25
əlavə edib Əfqanıstan səfirinə demişdi: ”Hələ
məlum deyil, Buxara Respublikasına müstəqil yaşamağa imkan verəcəyikmi”.
Əfqan səfiri öz təəccübünü mənə bildirib dedi ki, bundan sonra sizin sözlərinizə,
yol. Leninin imzaladığı müraciətlərə inanmaq olarmı?
Mənim tərəfimdən bu barədə Leninə məlumat verilmişdi. Sonra nə oldu, bilmirəm.
11
Amma onu bilirəm ki, Əfqanıstanda İngiltərənin caynaqlarından xilas olmaq üçün
Sovet hakimiyyətinin (Rusiyanın) qolları arasına atılmaq qəti qərara alınmışdı.
Yəqin ki, bizdən ümidini kəsən əfqan səfiri qəti bildirmişdi ki, o, Avropaya,
İngiltərəyə gedir.
Yol. Çiçerinin Moskvadan Avropa ilə nəqliyyat əlaqəsinin olmaması cavabına,
səfir Kabilə qayıdıb və oradan Avropaya getmək haqqında qərarını bildirmişdi. Bunu
etməməsi üçün nə qədər səy göstərmişdim.
Türküstanda bizim siyasətimizə və sonra oradan Əfqanıstanla əlaqə yaratmağa nə
qədər ciddi əhəmiyyət verdiyimi məruzəmdən görmək olar ki, burada mən yol. Stalinə
Genuyaya gedənə qədər yerlərdə bizim özümüzün yaratdığımız
26
nöqsanlarla tanış olmaq
üçün mənimlə birlikdə Türküstana yola düşməyi təklif edirdim.
Türküstandakı, Buxaradı sonrakı hadisələr və Ənvərin
27
avantürası – bütün bunlar
məhz onun nəticəsidir ki, indiyədək biz Şərq məsələsində istiqamət götürə bilməmişik.
Genuyadan sonra mən yol. Stalindən soruşdum, mənim sonuncu məqaləmi
oxumuşdurmu?
O, cavab verdi ki, oxumuşdur və ümumiyyətlə, o mənim fikrimlə razıdır. Daha
sonra mən bu mövzu barədə danışmadım, çünki hiss etdim ki, həqiqətən o, həmişəki kimi
mənim irəli sürdüyüm ümumi vəziyyətlə razıdır, lakin bir çox mülahizələrə görə əməli iş
gözləmək lazım deyil...
Burada mən bir çox məsələlərə toxunmuram, ona görə ki, inqilabımızın tarixini
tamamlamaq üçün onlar haqqında bir qədər sonra ayrıca və daha ətraflı söhbət açacağam,
lakin toxunulmamış məsələ ilə əlaqədar olaraq mən elə burada Azərbaycanda da bizim
siyasətimiz haqqında söz açmağı lazım bilirəm.
Mən burada 19 və 20-ci illərdə Azərbaycanın sovetləşdirilməsinə qədər yazdığım
məruzələrim haqqında qəsdən xatırlatdım.
Bu, bizim Şərq siyasətimizə dair öz fikirlərimin həyata keçirilməsində nə qədər
ardıcıl olduğumu göstərəcəkdir.
19-cu ilin əvvəlində, Həştərxanda müalicədə olduğum zaman mən türk dilində
“Biz Qafqaza hansı şüarla gedirik”
28
başlığı altında kitabça buraxdırmışdım.
Burada mən yeri gəlmişkən 1918-ci ildə Bakıda bizim hakimiyyətimizin süqutuna
gətirib çıxaran böyük səhvləri göstərirdim. Sonra, bu kitabçada Sovet Azərbaycanında
gələcək işin planı qısa şəkildə şərh edilir. Bu kitabça Azərbaycanda gizli fəaliyyət
göstərən yoldaşlarımız tərəfindən tez bir zamanda yayılır və onların dediyinə görə bu
kitabça fəhlə və kəndlilər arasında böyük müvəffəqiyyət qazanmışdı.
Səciyyəvi haldır ki, indi Azərbaycan kəndliləri və fəhlələri, əsas etibarilə
müsəlmanlar, bu kitabçadan sitat gətirərək, mənə çatdırmaq istəyirdilər ki, hər şey
kitabçada deyildiyi kimi həyata keçmir.
Bu kitabça ilə birlikdə mən Azərbaycanda baş nazir Usubbəyova
29
məktub
göndərmişdim. Bu məktub sonralar bizim qəzetdə
30
tam dərc edilmişdi.
Nazirlər Sovetinin sədrinə