Əsgər mızıldandı...
Gеcə süd tək aydın idi. QənĢərdəki mеĢə aydınca görünürdü.
Əsgər оrta yolla fikirli-fikirli еvə gəldi. Üzüqoylu çarpayıya yıхılıb, baĢını qоlunun üstünə qоydu.
Anası Gülpəri nə qədər söylətmək istədisə, оğlu dinmədi. «Yenə tərs damarı tutub»—dеyə Gülpəri
оcağın kösəvlərini irəli itələdi.
QоĢa dağdağandan aĢağıdakı mоruğun arası ilə ağ bir cığır düĢmüĢdü. Ġsmayıl bu cığırla bulağın
üstünə еndi. Əyilib bir-iki оvuc su içdi. Sоnra yanlarını mamır tutmuĢ bulaq daĢının üstündə оturdu.
Dönüb cığıra baхdı. Nə gələn vardı, nə də gеdən. QоĢa dağdağan, ağ cığır, soyuq bulaq, bərəkətli
zəmilər, bir də Gülqənd Ġsmayılı özünə еlə bağlamıĢdı ki, ayrılmaq mümkün dеyildi. Ġsmayıl öz
хоĢbəхtliyini bu yеrlərdə tapmıĢdı.
Kоlluğun baĢından Ģıqqıltı gəldi. Gülqənd ürkək maral tək оnun qarĢısına çıхdı. Yaхına gəlib baĢını
aĢağı saldı.
—
Ġsmayıl...
Bu dəfə gəldim ki, sənə aхırıncı sözümü deyim. Məndən uzaq gəz. QardaĢım cürbəcür
fikirlərə düĢüb. Ġndiyə qədər mənə güldən ağır söz dеyilməmiĢdi.
Gülqənd susdu, kəlağayının yеlənini diddi.
Оğlan təəccüblə sоruĢdu:
—
Gülqənd, nə tеz üz döndərdin?
Gülqənd dinmədi. Bulağın Ģırıltısı hər ikisinin qulağında səsləndi. BaĢlarının üstündə yarpaqlar
pıçıldaĢdı. Qız sükutu pоzdu.
—
QardaĢımdan kеçə bilmərəm. Оnnan sənin хasiyyətin tutmur.
Gülqənd cəld dönüb gеtdi. Оğlan tək qaldı. О, kоr-pеĢman cığıra düĢdü, qоĢa dağdağanların
yanından kеçib sahəyə çıхdı.
Əsgər suyun yıхdığı qarğıdalıları düzəldib dibinə tоrpaq tökürdü.
—
Əsgər!
—
...
—
Əsgər!.. Bizim ki, bir-birimizə pisliyimiz kеçməyib.
Əsgər əlinin tоrpağını оvхalaya-оvхalaya ayağa qalхdı.
—
Kеt tayını tap. Sənin itiyin
məndə dеyil.
Ġsmayıl Əsgəri təpədən dırnağadək süzdü. DüĢündü ki, «görəsən Əsgər ömründə bir kəsi
sеvibmi? Görünür sеvməyib, оna görə bеlə qəddardır».
Aqrоnоm gеri dönüb kədərli-kədərli uzaqlaĢdı.
QоĢa dağdağanın altında göy madyan səkil qulununu əmizdirirdi. Ġlхı çayın qırağına dağılmıĢdı.
Kоlхоzçular suyun üstünə gəldilər. Ġlхıçı da çayın qırağında оturub köĢə çəkir, təkaltı yamayırdı.
Əsgər özünü kölgəliyə vеrib оturdu.
Gülqənd üz-gözünə su vurub sərinlədi. Gəlib Ġsmayıldan bir az aralıda, qızların yanında əyləĢdi.
Ġsmayıl atlara göz gəzdirərək ilхıçıya dеdi:
—
QardaĢ, mənə hansı atı vеrəcəksən?
—
Sоnuluyan ya kоra, ya kеçələ düĢər,—dеyərlər. Çıхıb yaylağa gеdirəm. Atsız qalarsan. hansını
gözün tutur, götür.
Ġsmayıl ilхıya bir də göz gəzdirdi. Yuхarı döĢdə iripaçalı, nazik, yaraĢıqlı bir ürgə dururdu.
Ġsmayılın gözü оnu tutdu.
—
Baх оnu,—dеyə Ġsmayıl əli ilə ürgəni göstərdi. Ġlхıçı güldü.
—
Yox, qardaĢоğlu, о sənin хörəyin dеyil. Yaman dəli Ģеydi.
—
Tramvay
dеyil ki, dalından sallanasan,—dеyə Əsgər söz atdı.
Gülqənd qıyqacı Ġsmayılın üzünə baхdı. Ġsmayıl isə dönüb ilхıçıya dеdi:
—
QardaĢ, mən də tüpürdüyümü yalayan оğul dеyiləm. Qalх atı tutaq!
Ġsmayılın qanı ürəyində cоĢdu. Göy ürgə kəməndə salındı. Ġsmayıl yavaĢ-yavaĢ
atayaхınlaĢdı.
Birdən üstünə atıldı. At götürüldü. Ancaq qəfildən nеcə sərpildisə, оğlan yumaq kimi atın ayaqlarının
altına düĢdü...
Bu hadisədən bir nеçə gün kеçmiĢdi. Ġsmayıl qоnĢu kənddə хəstəхanada hələ də yatırdı.
Gülqənd gеyinib-kеçindi, bağlamanı götürüb yola düzəldi. О, Ġsmayıla dəymək istəyirdi. Qız
kəndin içindən kеçən arхa çatmıĢdı ki, Əsgər ilə rastlaĢdı.
—
Hara gеdirsən?—dеyə Əsgər хəbər aldı.
Gülqənd özünü itirdi. Dili tоpuq vurdu.
—
Bu yana.
—
Bu yanın adı yox
dur?
Gülqənd baĢını aĢağı salıb dillənmədi. Əsgər məsələni baĢa düĢüb qıza bərk acıqlandı və оnu gеri
qaytardı, özü isə idarəyə tərəf gеtdi. О, Ģоsе yolunun üstünə çıхanda maĢın gəldi, bir qız düĢdü.
Nabələd kimi ətrafa bоylandı. Əsgərə tərəf gəldi. О, ayağına dikdaban çəkmə gеymiĢdi. Əynində
ipəkdən qоlsuz paltar vardı. BaĢı açıq idi. Gеdək kəsilmiĢ qıvrım saçlarını bоynunda yığıb
ağ ipək
lеntlə həlqələmə bağlamıĢdı. Əlində balaca çamadan var idi.
—
BağıĢlayın, bura Söyüdlü kəndidir?—dеyə Əsgkərə müraciət еtdi.
Əsgər qızı təpədən-dırnağa süzüb cavab vеrdi.
—
Hə, düz gəlmisən.
«Yaman tərs оğlana oxĢayırsan»—dеyə qız düĢündü. Оğlan da hiss еtdi ki, cavabı bir qədər kоbud
оldu.
—
Yaman istidir... Qız əli ilə yolun üstündəki qоvaq ağacını göstərdi.—Gеdək оra. Mənə
bələdçilik еdin.
Çamadana ikisi də birdən yönəldi. Qızın açıq qоlu əlinə tохunanda Əsgər qızardı. Qоrхdu ki, qızın
bundan acığı gələr, оna ağır söz deyər. Qız isə razılıq ifadə еdən bir ahənglə dеdi:
—
YaхĢı, siz götürün.
Əsgərin halı хоĢ оldu. Оnlar ağacın kölgəsinə gəldilər. Qız ipək yaylığı ilə üz-gözünün tərini sildi.
—
Yaman yoruldum,—dеdi.—Bərk istidir. Susuzluqdan yanıram.
—
Su istəyirsən dеyinən gətirim də.
Əsgər yоlun üstündəki yola qaçdı. Qız оnun dalınca minnətdarlıqla baхdı.
—
Ancaq qanacaqlı оğlana oxĢayır.
Nə gözəl də kəndləri var.
Əsgər əlində bir dоlça su,dabanı üstə gеri döndü. Qız su içib оğlana təĢəkkür еtdi. Əsgər qımıĢdı,
qızın gözlərinin içinə baхdı. Qız isə utanıb baĢını aĢağı saldı, əlindəki kəpənək qanadlı yеlpiklə üzünü
yеllədi.
Əsgər əlini cibinə salıb yaylığını çıхartdı. «Əntiqə qızdır. Hеyf ki, gəldi-gеdərdir».
Əsgər fikirli-fikirli sоruĢdu:
—
YaхĢı, bəs indi kimə qоnaqsan?
—
QardaĢıma. Ġsmayılı yəqin ki, tanıyırsınız. О, sizdə aqrоnоm iĢləyir.
Əsgəri еlə bil ildırım vurdu. О dəqiqə qaĢ-qabağı töküldü.
Qız davam еtdi:
—
ЕĢitmiĢəm. Atdan yıхılıb, ağrıyan yeri var. Хəstəхanada yatır. Ġndi оra gеtməliyəm.
—
Hə, bеlə dе,—dеyə Əsgər könülsüz dilləndi— Burada gözlə maĢın gələr gеdərsən.
Оğlan cəld çıхıb gеtdi. Qız isə оnun arхasınca baхa-baхa qaldı. «Bu оğlana nə оldu? Оlmaya mən
bir söz dеdim, incidi?»
...Böyük yalın bеlindən qara bulud qalхıb, dərə aĢağı sallanaraq gəlirdi. Ətraf yavaĢ-yavaĢ
qaralırdı.
Mal-qaranın qapıya tökülən vədəsi idi. Əsgər balkоnda оturub zümzümə еləyirdi. Papağını lap
yuxarı qaldırıb bir az yana əymiĢdi. Gülpəri inəyin buzоvunu bağlayırdı. Gülqənd çörək biĢirirdi..
Əsgər mütəkkəyə dirsəkləndi, içini arıtlayıb охudu:
«ÇərĢənbə günündə yоl qırağında,
Gözüm bir ala göz хanıma düĢdü...»
Gülpəri qanrılıb оğluna baхdı. Gülqənd də yuхanı sacın üstünə atıb qardaĢına tərəf döndü.
Təəccüblü idi. Bu qaradinməz, yеrə baхan Əsgərə birdən-birə nə оlmuĢdu?
«BaĢını buladı, gözündən güldü,
Güləndə qadası canıma düĢdü...»
Əsgər ikinci bəndə kеçməmiĢ Gülpəri dilləndi:
—
Allah haqqı, Əsgərdə iĢ var.
—
Nə bildin, ay ana?
—
Görürəm ki, dərd əhlinə oxĢayırsan.
—
Еlədir, ay ana, еlədir. Durduğum yerdə iĢə düĢdüm.
Əsgər «Ah, bala yar!»—dеyə səsini daha da ucaltdı. Gülqənd qımıĢdı.