22
Ermənistandan zorla köçürülmüş müsəlman kürdü yaşayır (Kürdlərin bir qismi kökü
zərdüştiliklə bağlı özünəməxsus dini etiqadın daşıyıcılarıdır və onları yezidi kürd
adlandırırlar. Yezidi kürdlər hazırda Ermənistanda və az bir qismi Gürcüstanda
yaşayır. Maraqlıdır ki, yezidi kürdlər müsəlman kürdləri ilə ailə qurmur və bu adət
indiyədək qorunub saxlanılır)
27
.
Azərbaycan radiosunda kürd dilində verilişlər yayımlanır, qəzet və orta
məktəbdə tədris üçün dərsliklər nəşr olunur, “Ronayi” (“Ziya”) Kürd Mədəniyyət
Mərkəzi fəaliyyət göstərir. Azəri türkləri Azərbaycanda yaşayan digər etnoslarla
olduğu kimi tarix boyu kürdlərlə də dinc, yanaşı yaşamış, bir-biri ilə qohumluq
əlaqələri qurmuşlar. Lakin hələ sovet dövründə Laçın və Kəlbəcərdə yaşayan,
mənşəcə kürd olan bəzi ziyalılar kürdlərin məskunlaşdığı ərazilərdə muxtar qurum
yaratmaq tələbi ilə çıxış etmiş və tələblərini guya keçən əsrin 20-ci illərində
Azərbaycan SSRin tərkibində “Qırmızı Kürdüstan” adlı muxtar qurumun mövcud
olması ilə əsaslandırmışlar.
Amma bu tələb yerli kürd əhali tərəfindən dəstəklənməmiş və SSRİ-nin
repressiv aparatı “muxtariyyətçilər” i tez bir zamanda susdurmuşdur
28
. Qeyd etmək
lazımdır ki, 1923-cü ildə Azərbaycan SSR-in Kirovun başçılıq etdiyi Mərkəzi
İcraiyyə Komitəsinin Rəyasət Heyətinin fərmanı ilə mərkəzi Laçın qəsəbəsi olan,
özündə Qaraqışlaq, Kəlbəcər, Qubadlı, Qoturlu, Kürd Hacılı və Muradxanlı
dairələrini birləşdirən Kürdüstan uyezdi yaradılmış, 1929-cu ildə inzibati-ərazi
bölgüsünün dairə sisteminə keçidi ilə əlaqədar ləğv edilərək 1930-cu il mayın 25-dən
avqustun 8-dək Kürdüstan dairəsi kimi mövcud olmuşdur. “Muxtariyyətçilər”in
iddialarına baxmayaraq, bu qurum heç vaxt muxtariyyət statusu daşımamışdır. Keçən
əsrin 80-ci illərinin sonunda Moskvada “Yakbun” (“Birlik”) Kürd Assosiasiyası
yaradıldı və erməni millətçiləri bu qurumla əlaqələr yaradaraq, kürdlərdən
27
Nurlan Qələndərov “Separatizm neqativ geopolitik faktor kimi”
28
İlham ismayıl “Açıq separatizmin məxfi tərəfləri” 24.12.2010
23
Azərbaycana qarşı yürütdükləri eksponsionist siyasətdə istifadə etməyə cəhd
göstərdilər
29
.
Belə ki, erməni emissarları və Ermənistanda yaşayan yezidi kürd ziyalılarının
təhriki ilə Moskvada “Yakbun”un üzvləri “Qırmızı Kürdüstan bərpa olunsun!” şüarı
ilə piketlər keçirmişlər. 1992-ci ildə Laçın rayonu işğal olunduqdan sonra Ermənistan
xüsusi xidmət orqanları Qazaxıstanda və Rusiyanın Krasnodar diyarında
məskunlaşmış kürdlər arasında Azərbaycanın işğal olunmuş ərazisində “Kürdüstan
dövləti” yaradılması ideyasını təbliğ etməyə başladılar. Bu işdə ermənilər əslən
Ermənistandan olan, uzun müddət Azərbaycan SSR-in milis orqanlarında xidmət
etmiş milliyyətcə kürd Vəkil Mustafayevdən fəal istifadə etdilər. Belə ki, 1992-ci ilin
may ayında Azərbaycandan Ermənistana qaçan V. Mustafayev həmin il iyunun 17-də
Laçında peyda olaraq bir qrup yezidi kürdlə birlikdə işğal olunmuş rayonun
ərazisində “Kürdüstan dövləti”nin yaradılmasını elan etdi. Ermənilər Laçın
rayonunda bufer dövlət yaratmaq və onu sığortalamaq məqsədilə guya yaradılmış
“Kürdüstan”a postsovet məkanında yaşayan kürdlərin köçürülməsi prosesini
başlatmaq niyyətində idilər. Lakin Azərbaycanın Milli Təhlükəsizlik Nazirliyi və o
zaman Prezidentin milli məsələlər üzrə müşaviri Hidayət Orucovun ümumi səyləri ilə
görülmüş preventiv tədbirlər nəticəsində ermənilərin bu planı iflasa uğradı. 1992-ci
ildə Türkiyə ilə sərhədlərin açılmasından sonra PKK SSRİ məkanında, o cümlədən
Azərbaycanda yaşayan kürdləri öz ətrafında birləşdirmək istiqamətində fəaliyyətini
gücləndirdi. Bunun üçün PKK kürdlərin sıx yaşadığı bölgələrə emissarlar göndərir və
onlar burada partiyanın təmsilçiləri (məsulu) kimi fəaliyyət göstərirlər
30
.
PKK məsulunun əsas vəzifəsi yerli kürdləri təşkilatlandırmaq, gənclər
arasından partiyanın partizan dəstələrində döyüşmək üçün namizədlər seçmək,
milliyyətcə kürd türkiyəli iş adamlarından xərac toplayaraq PKK-nın MDB üzrə
mərkəzi qərargahı kimi Moskvada fəaliyyət göstərən “Kürd evi”nə göndərməkdir.
29
Nurlan Qələndərov “Separatizm neqativ geopolitik faktor kimi”
30
Samin Həsənov “Separatizm və dini amillər”, Dirçəliş – XXI əsr – 2008, Bakı
24
Eyni zamanda, PKK məsulları milliyyətcə kürd türkiyəli tələbələr arasında da fəal
təbliğat və təşkilati iş aparır, Türkiyəyə qayıtdıqdan sonra onlardan istifadə etmək
məqsədilə partiyaya ya üzv, ya da “yurdsevər” statusunda qoşulmalarına nail olmağa
cəhd göstərirlər. Hazırda ölkəmizin ərazisində kürd separatçılığı ictimai-siyasi
həyatın gündəmində deyil. Belə ki, PKK-nın lideri Abdulla Öcalanın “Nə Qırmızı, nə
də Sarı Kürdüstan var, yalnız bizim uğrunda mübarizə apardığımız Vahid Kürdüstan
var” açıqlaması Azərbaycan ərazisində Kürdüstan dövləti qurmaq istiqamətində
pozucu fəaliyyətin xeyli səngiməsinə səbəb oldu.
Avar separatçılığı - Avarlar sayca ləzgilərdən sonra Azərbaycanda yaşayan
dağıstan dilli ikinci xalqdır. 1999-cu ildə keçirilmiş siyahıya alma zamanı avarların
sayının 50 mindən artıq olduğu göstərilmişdir. Avarlar ölkəmizin şimalında, Zaqatala
və Balakən rayonlarında kompakt şəkildə məskunlaşmışlar. Tarixi qaynaqlarda
avarların müasir Azərbaycan ərazisinə nə vaxt gəldikləri haqqında dəqiq məlumat
yoxdur. Lakin artıq XVI əsrdə avarların bu bölgələrdə azad camaatlıqlar şəklində
yaşamalarına dair tarixi sənədlər mövcuddur. Balakən və xüsusən Zaqatala
rayonlarında bir çox xalqların nümayəndələrinin yaşamasına baxmayaraq, burada
tarix boyu etnik zəmində hər hansı bir münaqişənin baş verməsi qeydə
alınmamışdır
31
.
Avarlar Azərbaycan cəmiyyətinə o dərəcə inteqrasiya olunublar ki, böyük
şəhərlərdə yaşayan avarları azəri türklərindən seçmək belə çətindir. Azərbaycanda
avar separatçılığı yalnız keçən əsrin 90-cı illərində özünü büruzə verməyə
başlamışdır və bu hərəkat özündə separatçılıqdan daha çox millətçilik elementlərini
daşıyırdı. Ölkəmizdə avar millətçiliyinin baş qaldırmasında Dağıstanda avar
hərəkatının vüsət alması da əsas rollardan birini oynamışdı. Lakin həmin dövrdə yerli
avarlardan yaradılan yaraqlı dəstələri bölgənin Azərbaycanın tərkibindən çıxmasını
deyil, avarların yerli dövlət orqanlarında və biznes sahəsində daha çox təmsil
olunması tələbini irəli sürürdülər. Ümummilli lider Heydər Əliyevin hakimiyyətə
gəlməsi və ölkədə, o cümlədən şimal bölgələrində vəziyyətin sabitləşməsi avar
31
İlham ismayıl “Açıq separatizmin məxfi tərəfləri” 24.12.2010
Dostları ilə paylaş: |