Nəsrin SÜleymanli



Yüklə 2,28 Mb.
Pdf görüntüsü
səhifə14/100
tarix11.09.2018
ölçüsü2,28 Mb.
#67898
1   ...   10   11   12   13   14   15   16   17   ...   100

 
42
 
şərh bildirməkdən çəkinir. Belə hallarda informasiya  ilə bağlı mülahizə 
yeridilməsi və nəticə çıxarılması auditoriyanın öhdəsinə buraxılır. Başqa 
sözlə,  bu  metodla  informasiyanın  obyektivliyinin  qorunmasına  çalışılır. 
Xalqın  həyat  tərzinin,  mədəniyyətinin,  tarixinin,  siyasi-iqtisadi,  habelə 
hərbi potensialının, mənəvi-əxlaqi dəyərlərinin olduğu kimi auditoriyaya 
çatdırılması  da  informasiya  fəaliyyətinin  mühüm  istiqamətlərindən  biri-
dir. Təsviri informasiya nə qədər çox olarsa, həmin informasiyaya qarşı 
dezinformasiyaların yayılması da bir o qədər çətinləşə bilər. Doğru, dü-
rüst  əsaslandırılmış informasiya  mühitində  dezinformasiyanın  yayılması 
kifayət qədər məhdudlaşır. Təsviri informasiya metodu xarakteri etibarilə 
həm  informasiya  hücumu,  həm  də  informasiya  müdafiəsi  elementlərini 
özündə birləşdirir. Bu metodla qarşı tərəfin dezinformasiyasından qorun-
maqla  bərabər,  həm  də  qarşı  tərəfin  informasiya  məkanına  güclü  təsir 
göstərmək  mümkündür.  İlk  baxışdan  dezinformasiya  yayan  tərəf  də  öz 
informasiyasının obyektiv olduğunu iddia edə bilər. Lakin hüquqi və ta-
rixi  təhlillər,  qəbul  olunan  normalar  bu  informasiyanın  mahiyyətini  ay-
dınlaşdırmağa imkan verə bilər. 
Təsviri informasiya məlumat, maarifləndirmə və təbliğat elementləri-
ni  özündə  birləşdirə  bilər.  Doğruluğuna  və  obyektivliyinə  baxmayaraq, 
belə  informasiyaların  ötürülməsində  də  operativliyin  gözlənilməsi  çox 
əhəmiyyətlidir. Vaxtında ötürülməyən informasiyanın təsir gücü də lazı-
mi  səviyyədə  ola  bilməz  və  gecikmiş  təsviri  informasiyalarla  dezinfor-
masiyaların qarşısını almaq da xeyli çətinləşir. 
ġərhli informasiya. Dezinformasiya və təsviri metodla ötürülmüş və 
müəyyən  hallarda  faktlara,  statistikaya,  xüsusi  fəaliyyət  sahələrinə  aid 
olan  informasiyalar  auditoriya  tərəfindən  lazımınca  anlaşılmaya  bilər. 
Belə hallarda verilən informasiyanın müvafiq şərhlərlə müşayiət edilməsi-
nə ehtiyac vardır. İnformasiya qarşıdurmasının aparılması zamanı verilən 
informasiyada informasiya subyektinin münasibətinin, mövqeyinin açıq-
lanması, bu münasibətin daxili və xarici auditoriya üçün aktuallığının qa-
bardılması  informasiyanın  daha  yaxşı  qavranılmasına,  informasiya  ob-
yektlərinin  psixoloji  durumuna  daha  yaxşı  təsir  göstərilməsinə  kömək 
edə bilər. İctimai şüurun istiqamətləndirilməsi də verilən informasiyanın 
məqsədyönlü şərhlərlə təmin edilməsini zəruriləşdirir. 
Yuxarıda sadalanan metodlar çərçivəsində informasiyanın ötürülməsi 
üçün  müxtəlif  forma  və  üsullardan  istifadə  edilə  bilər.  İnformasiyanın 
təqdimatının forma və üsullarının düzgün seçilməsi də informasiya sila-
hının  kəsərini  və  təsirliliyini  xeyli  artıra  bilər.  Zamanına,  məkanına  və 


 
43
 
auditoriyasına  görə  informasiya  təqdimatının  yazılı,  təsvirli,  səs,  şifahi, 
elektron və s. formaları seçilə bilər. Müxtəlif plakatlar, şəkillər, karikatu-
ralar və s. informasiyanın təqdimatının təsvirli formalarıdır. Digər forma-
ların da müxtəlif  ifadə üsulları vardır. Hər bir formanı müxtəlif üsullarla 
təqdim  etmək  mümkündür.  Məsələn,  yazılı  informasiyanı  adi  məlumat 
və  müsahibə  şəklində,  qəzet  manjetinə  çıxarmaqla  və  s.  üsullarla  ifadə 
etmək  mümkündür.  Dağlıq  Qarabağ  münaqişəsinin  informasiya  modeli-
nin təqdimatında ən müxtəlif forma və üsullardan istifadə olunmaqdadır. 
İnformasiya texnologiyalarının inkişafı isə bu forma və üsulların daha da 
təkmilləşdirilməsinə yol açır. 
 
 
 
 
 
 
 


 
44
 
II FƏSĠL 
 
ERMƏNĠSTANIN DAĞLIQ QARABAĞLA BAĞLI 
ĠNFORMASĠYA-TƏBLĠĞAT FƏALĠYYƏTĠNĠN HÜQUQĠ, 
SĠYASĠ VƏ TARĠXĠ BAZASI 
 
1. Dağlıq Qarabağ münaqiĢəsi ətrafında aparılan informasiya- 
təbliğat fəaliyyətinin siyasi və hüquqi bazası 
 
Dağlıq Qarabağ münaqişəsi XX əsrin sonunda SSRİ məkanında yara-
dılmış ilk  etnik separatizm hadisəsi olmaqla bərabər, həm də ilk infor-
masiya  qarşıdurmasının  bariz  nümunəsidir.  Bu  münaqişənin  meydana 
gəlməsində, onun inkişafında, regional və qlobal problemə çevrilməsində 
informasiya  çox  böyük  rol  oynamışdır.  Bu  da  təsadüfi  deyil.  Çünki  ha-
zırda informasiya-təbliğat faktoru dünyada mövcud olan bütün etnik mü-
naqişələrin və onun ətrafında cərəyan edən proseslərin idarə edilməsinin 
ən təsirli vasitələrindən biridir. 
İstər  Dağlıq  Qarabağ  münaqişəsinin,  istərsə  də  digər  ictimai-siyasi 
proseslərin idarə edilməsində informasiyanın rolunun son dərəcə artması 
müasir qloballaşan dünyada informasiyanın əhatə dairəsinin, qısa zaman 
ərzində daha geniş kütləyə təsir etmək imkanının artması ilə bağlıdır.  
Mahiyyəti etibarilə informasiya həm də təbliğatın aparılması üçün bir 
vasitədir.  Təbliğat  fəaliyyəti  informasiyaya  nisbətən  daha  geniş  sahəni 
əhatə edir. İstifadə edilmə məqamından asılı olaraq informasiya özündə 
təbliğat yükünü də daşıya bilər və çox zaman bu iki fəaliyyət sahəsi bir-
birini sıx şəkildə tamamlayır. Dağlıq Qarabağ münaqişəsi ilə bağlı yayı-
lan informasiyanın da təbliğat mahiyyəti güclü olduğu üçün hazırkı yazı-
da  daha  çox  informasiya-təbliğat  fəaliyyəti  diqqət  mərkəzində  saxlanıl-
mışdır. 
Dağlıq  Qarabağ  münaqişəsinin  bütün  inkişafı  boyu  informasiyaların 
məqsədyönlü  və  əhatəli  şəkildə  istifadə edilməsini,  xüsusilə,  son illərdə 
münaqişə ətrafında cərəyan edən hadisələrin, əsasən, informasiya müstə-
visinə  keçirilməsini  bu  münaqişənin  xarakterik  xüsusiyyətlərindən  biri 
kimi qiymətləndirmək olar.  
İnformasiyanın məzmunu onu istehsal edən mənbənin istəyi və qarşı-
sına qoyduğu vəzifə ilə birbaşa bağlı olduğu üçün Dağlıq Qarabağ müna-
qişəsinin tərəflərinin həyata keçirdiyi informasiya-təbliğat siyasətinin xa-
rakterində də fərqlilik mövcuddur. Diqqət edilərsə, hətta münaqişənin il-


Yüklə 2,28 Mb.

Dostları ilə paylaş:
1   ...   10   11   12   13   14   15   16   17   ...   100




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə