Никпур Ъаббарлы



Yüklə 452,41 Kb.
Pdf görüntüsü
səhifə1/17
tarix14.06.2018
ölçüsü452,41 Kb.
#48989
  1   2   3   4   5   6   7   8   9   ...   17


AZƏRBAYCAN MĠLLĠ ELMLƏR AKADEMĠYASI 

NĠZAMĠ adına ƏDƏBĠYYAT ĠNSTĠTUTU 

   

 

 

NĠKPUR  CABBARLI 

 

 

 

 

 

ABAY  DAĞLININ   

MÜHACĠRƏT  DÖVRÜ  

YARADICILIĞI 

 

 

 

 

 

 

 

 

 

BAKI – «ELM» – 2009  


 

  


2  

 



 

 

Nizami    adına    Ədəbiyyat    İnstitutu    Elmi    Şurasının  

28  noyabr  2008-ci  il  tarixli  (protokol  №5)  qərarı  ilə  çapı 

tövsiyə olunmuşdur. 

 

 

 

 

 

Elmi redaktoru:        akademik  Bəkir  Nəbiyev 

  

  

Nikpur Cabbarlı. Abay Dağlının mühacirət dövrü 

yaradıcılığı. Bakı, “Elm”, 2009, 72 səh. 

 

ISBN 978-9952-453-34-8 

 

Monoqrafiya  Azərbaycan  siyasi  mühacirətinin  II  Dünya  müharibə-



sindən sonrakı dalğasının nümayəndələrindən olan yazıçı -dramaturq Abay 

Dağlının (1906-1989) yaradıcılığına həsr edilmiş ilk sistemli araşdırmadır. 

Burada  A.Dağlının    həyat  yoluna  və  yaradıcılığının  müha cirətəqədərki 

dövrlərinə  müxtəsər  nəzər  salınır,  ədəbi  irsinin  tədqiqi  vəziyyəti  qiymət -

ləndirilir,  mühacirət  illərində  qələmə  aldığı  dram  və  nəsr  əsərləri  beş 

problem ətrafında qruplaşdırılaraq təhlil edilir.  

  

4603000000 



655 (07) - 2009 

  

© “Elm” nəşriyyatı, 2009




 

  


3  

 



 

 

M Ü N D Ə R Ġ C A T 



 

Giriş 


  

Sənətkar və zaman problem 



 

Anadolu istiqlal savaşının inikası 



 

Totalitar sovet rejiminin ifşası 



 

Milli-mənəvi dəyərlər problem 



 

Quzey Kıbrıs olaylarının əksi 



 

Son söz əvəzi 

 

İstifadə edilmiş ədəbiyyat 



 


 

  


4  

 



 

 

G İ R İ Ş 

 

Azərbaycan siyasi mühacirətinin II Dünya müharibə-



sindən  sonrakı  dalğasına  mənsub  olan  yazıçı-dramaturq 

Mirzə  Abay  Dağlı    (Cəmil  İbrahim  oğlu  Ağayev)  1906-cı 

il yanvarın 27-də Şuşada  çilingər ailəsində anadan olmuş, 

ilk  təhsilini  şəhər  realnı  məktəbində  almışdır.  O,  1925-

1927-ci  illərdə  Kürdüstan  qəza  pioner  təşkilatçısı  vəzifə-

sində  çalışmış,  1927-1929-cu  illərdə  isə  Azərbaycan 

Mərkəzi Partiya Məktəbinin müdavimi olmuşdur.  

1929-1932-ci  illərdə  Şəmkir  rayonunda  müəllimlik  

edən  Cəmil  Ağayev  ali  pedaqoji  təhsil  almaq  məqsədilə 

Bakıya  gəlir  və  Azərbaycan  Dövlət  Pedaqoji  İnstitutunun 

dil-ədəbiyyat  şöbəsinə daxil  olur. 1936-cı  ildə  ali  məktəbi 

bitirən  C.Ağayev  təyinatla  Nuxaya  (Şəkiyə)  göndərilmiş 

və  1940-cı  ilin  fevralına  qədər  burada  Stalin  adına  

pedməktəbdə Azərbaycan dili və ədəbiyyatı müəllimi işlə-

mişdir.  Bu  illərdə  gənc  müəllim  qələmini  bədii  və  publi-

sistik  yaradıcılıq  sahəsində  sınamağa  başlayır,  «Gənc 

işçi»,  «Kommunist»,  «Gənc  pedaqoq»  qəzetlərində 

müxtəlif yazılarla çıxış edir. 

1940-cı ilin  mayında Bakıya  gələn C.Ağayev N.Gən-

cəvi  adına  Azərbaycan  Ədəbiyyatı  Muzeyində  kiçik  elmi 

işçi  vəzifəsinə  qəbul  olunur.  Bir  müddət  burada  çalış-

dıqdan  sonra  1941-ci  il  avqustun  15-də    ştat  ixtisarı  ilə 

əlaqədar  işdən  azad  edilən  gənc  araşdırıcı  həmin  il  ok-

tyabrın  25-dən  Sumqayıt  rayonunda  94  saylı  orta  məktəb-

də  dil-ədəbiyyat  müəllimi  kimi  yenidən  pedaqoji  fəaliy-



 

  


5  

 



 

yətə qayıdır. 

Bir  müddət  sonra  səfərbərliyə  alınaraq  cəbhəyə  gön-

dərilən  C.Ağayevin  həyatında  müharibə  yeni  mərhələnin 

başlanğıcı  olur.  Rus-alman  cəbhəsində  rus  zabitlərinin, 

ordu  komandanlığının  türk-müsəlman  döyüşçülərə  qarşı 

həqarətli  münasibətinin,  qeyri-insani  davranışlarının  şa-

hidi  olan  35  yaşlı  gəncin  dünyagörüşündə  ciddi  təbəddü-

latlar  baş  verir.  O  get-gedə  sovet  rejiminin  totalitar  ma-

hiyyətini  bütün  çılpaqlığı  ilə  qavrayır,  dünənə  qədər  al-

danaraq  ən  humanist  quruluş  saydığı,  təəssübkeşi  olduğu 

bu  rejimin  şüurlu  əleyhdarına,  müxalifinə  çevrilir.  Məhz 

bu  əqidə  onu  Azərbaycan  milli  legionlarına  qoşulmağa  və 

ruslara qarşı vuruşmağa sövq edir. 

II  Dünya  müharibəsi  başa  çatdıqdan  sonra  mühacirət 

həyatını  Sibirin  həbs  düşərgələrindən  üstün  tutan  C.Ağa-

yev  1947-ci  ilin  sonlarına  qədər  AFR-in  Münhen  şəhərin-

də  konspirativ  şəraitdə  yaşayır,  burada  «Onlar  türklərdi» 

memuar  romanını  yazmağa  başlayır.  Həmin  əsər  1951-ci 

ildə Ankarada Rəna gizli imzasıyla nəşr olunur. 

1947-ci  ilin  sonlarında  «türklüyün  son  qalası  və  

ümidgahı  olan  hürr  və  müstəqil  Türkiyəyə  qovuşan» 

(M.H.Türkəqul)  C.Ağayev  ömrünün  sonuna  qədər  burada 

mühacir  həyatı  yaşayır,  Sakarya  və  Adapazarı  litseylə-

rində  müəllimlik  edir,  Mirzə  Abay  Dağlı  imzasıyla  çox-

saylı  dram  əsərlərini  və  şeirlərini  yazıb  çap  etdirir  və    bu 

yolla  «Azərbaycan  davası»na  –  Azərbaycan  istiqlal  müca-

diləsinə xidmət göstərir.  

 A.Dağlı 1989-cu ildə vəfat etmişdir. 

*** 



Yüklə 452,41 Kb.

Dostları ilə paylaş:
  1   2   3   4   5   6   7   8   9   ...   17




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə