Nsan özü üçün nə varsa hava, su, maddi nemətlər, sənaye üçün xammal və



Yüklə 0,55 Mb.
Pdf görüntüsü
səhifə2/21
tarix08.04.2018
ölçüsü0,55 Mb.
#36768
1   2   3   4   5   6   7   8   9   ...   21

qanunauyğun  olaraq  bütün  növlərin  və  qeyri-üzvi  ətraf  mühit  –  elementlərin 

dövranı və enerjinin çevrilməsi əsas götürülmüşdür. 

Ekosistem və populyasiya ekologiyasının inkişafı ilə müasir ekologiya elmi 

metodunun  əlamətləri  yaranmağa  başladı.  Ekoloji  axtarışın  əsas  alətini  kəmiyyət 

metodları  təşkil  edir.  Bioloji  məhsuldarlığın  nəzəri  əsaslarını  hazırlamaq  işində, 

1950-ci  illərdən  başlayaraq  bir  çox  ekoloqlar  iştirak  edirlər.  Bunların  içərisində 

Q.Odumu və Y.Odumu, R.Çtekkeri, R.Marqalefanı və b. göstərmək olar.  

Ekosistem  analizinin  inkişafı  yeni  ekoloji  əsasla  biosfer  haqqında  təlimin 

yaranmasına  səbəb  oldu.  Bu  təlimin  banisi  isə  XX  əsrin  dahi  təbiət  alimi 

V. .Vernadski  olmuşdur.  O,  öz  ideyaları  ilə  onun  üçün  yeni  olan  elmi  xeyli 

qabaqlayaraq,  biosferin  –  stabilliyi,  funksiyalarının,  maddə  və  enerji  balansının 

ekoloji qanunlarla nizamlanmasının qlobal mahiyyətini əsaslandırır.  

Hazırda  ekologiya  elmi  elmlərarası  kəmiyyət  kəsb  edir.  O,  mühitlə  bağlı 

qanunauyğunluqların öyrənilməsində əks etdirilir. Bu da bütün canlı orqanizmlərə 

aiddir. Bu ekologiyadan fərdi (aut) və (cəm) sinekologiya, populyasiya ekologiyası 

ayrılır.  

Ekologiyanın  əsas  vəzifələrinə  ekosistemdə  enerji  və  materiyanın  qarşılıqlı 

fərqinin öyrənilməsi daxil edilir. Enerji və maddələrin transformasiya prosesi canlı 

orqanizmlərlə qarşılıqlı əlaqədə öyrənilməlidir. 

Deyilənlərin  sistemli  təhlili  ekologiya  elminin  predmetinə  daxil  edilir. 

Ümumiyyətlə,  ekologiya  elmi  nisbətən  müasir  dövrdə  formalaşdığından  yeni 

paradiqmaların (elmi ideyalar) formalaşmasına şərait yaradır. Bunlar yalnız bir elm 

kimi ekologiya üçün spesifik deyildir. Belə ki, onlarla digər elmlər də (biologiya, 

coğrafiya,  kimya  və  b.)  məşğul  olur.  Yuxarıda  qeyd  etdiyimiz  kimi  ekologiya 

elminin inkişafı XX əsrin əvvəllərinə təsadüf edir. Belə münasibət həmin əsrin 30-

cu illərindən, xüsusilə II Dünya müharibəsindən sonra, təbiətə, ətraf mühitə, təbii 

ehtiyatlara olan ehtiyacı artırdı. Ekologiya elmi tamamilə yeniləşən, inkişafı zəruri 

sayılan  elm  sahəsinə  çevrildi.  Hazırda  elmi-texniki  tərəqqinin  sürətlə  inkişafı  ilə 

ə

laqədar  və  təbii  ehtiyatların  mühafizəsi  məsələlərinin  həlli  müasir  ekologiyaya 



olan  maraq  dairəsini  özünün  qanuni-bioloji  sərhəddindən  çıxarılmışdır.  Odur  ki, 

Behruz Melikov

Behruz Melikov



son 30-40 il ərzində ekologiya elmi biologiya, coğrafiya, kimya təmayüllü olması 

ilə yanaşı sosial, iqtisadi, texnoloji, nəzəri və tətbiqi elm sahəsinə çevrilmişdir. Bu 

göstərilən  sahələr  ümumi  ekologiyanın  müstəqil  sahələri  olub,  daxili  bölgülərə 

malikdir.  

Bir  tədris  kimi  ekologiya  aşağıdakı  sahələrə:  vibekologiya,  coğrafi 

ekologiya,  texnoloji  ekologiya,  geoloji  ekologiya,  texnoloji  ekologiya,  hüquqi 

ekologiya,  ekosistem  və  ya  qruplaşma  ekologiyası,  yaxud  biosenologiya 

(biogeosenologiya)  bölünür:  Biosenologiya  –  biosenozlar  haqqında  elm  olmaqla 

biosenozları,  onların  tərkibini,  quruluşunu,  dinamik  inkişafını,  yayılmasını, 

mənşəyini,  xarici  mühit  amilləri  ilə  qarşılıqlı  əlaqəsini  və  növlər  arasındakı 

münasibəti öyrənən və nəhayət biosfer haqqında təlimi öyrənən bölmələrə ayrılır.  

Cəmiyyət sivilizasiyanın inkişafı ilə bağlı bir sıra neqativ ekoloji hadisələrlə 

də rastlaşır: təbii ehtiyatlar tükənir, ətraf mühit təbii proseslərlə çirklənməyə məruz 

qalır,  antropogen  təzyiqin  güclənməsi  ilə  təbii  ekosistemlərin  kasadlaşması  və 

deqradasiyası nəticəsində biosferin buferliyinin (tarazlığının) pozulması müşahidə 

olunur və s. 

Ekologiya  elminin  son  vəzifələri  və  ya  nəticələri  aşağıdakılardan  ibarət 

olmalıdır: müasir və gələcək nəsilləri sağlam ətraf mühitlə təmin etmək üçün elmi 

ə

saslar  hazırlamaq;  təbii  ehtiyatların  mühafizəsi  və  tullantısız  texnologiyanın 



ekoloji  əsaslarını  aşkar  etmək;  optimal  və  etibarlı  fəaliyyət  göstərən  süni 

(antropogen)  ekosistemləri  yaratmaq,  ekoloji  təhsil  və  ekoloji mədəniyyətə  bütün 

səviyyələrdə  yiyələnmək.  Əsaslı  ekoloji  tədqiqatlar  məhz  bu  vəzifələrin  həyata 

keçirilməsi  istiqamətinə  yönəlmişdir.  Buna  görə  də  ekologiya  elmi  qanunauyğun 

sürətdə elmin ön sırasında durur. 

 

1.2.



  Coğrafi ekologiya elminin təkamülləşmə mərhələləri 

 

Bəşəriyyətin  müasir  həyatını  ekoloji  biliksiz  təsəvvür  etmək  çətindir.  ndi 

dünyanın  bütün  ölkələrində  ekoloji  problemlər  öyrənilir,  inkişaf  etdirilir  və 

nəticələri həyata tətbiq olunur. 

Behruz Melikov

Behruz Melikov




Ali  məktəb  tələbələri  üçün  ekologiya  elmi  yeni  anlayış  deyil.  Hər  kəs 

ailəsindən, uşaq evindən və bağçadan başlamış indiyə qədər ekologiya sözünü tez-

tez eşitmiş, oxumuş və ekoloji tədbirlərin həyata tətbiq olunmasında bu və ya digər 

dərəcədə iştirak etmişdir. Artıq indi hər kəs öz əməlləri qarşısında ekoloji tələblər 

qoymalıdır,  hamının  ekoloji  mədəniyyəti,  ekoloji  dünyagörüşü  və  ekoloji 

məsuliyyəti olmalıdır. Müstəqil Azərbaycanımızda ekologiyanı öyrənmək və tətbiq 

etmək  ümumxalq  işi  hesab  edilir.  Coğrafi  ekologiya  təbiət  –  əhali  –  istehsal 

münasibətlərini ayrılıqda və qarşılıqlı təsirdə öyrənir.  

Təbiət  dedikdə  ilk  növbədə  Yer  planeti  nəzərdə  tutulur.  Yer  planeti  və 

onunla  Kainatın  əlaqəli  sistemləri  nəzərdə  tutulur.  Artıq  bilirsiniz  ki,  təbiət 

materiyanın  bir  hissəsidir:  qazlardan,  mayelərdən,  şüalardan,  bərk  cisimlərdən, 

dalğalardan  (cansız  təbiət)  və  canlılardan  ibarətdir.  Canlılar  cansızlardan  əmələ 

gəlmişdir.  Cansız  təbiəti  təşkil  edən  kimyəvi  elementlər  əsasən  canlıların  tərkib 

hissəsidir.  Lakin  cansız  ilə  canlı  arasında  çoxlu  fərq  var.  Canlıların  bədəni 

hüceyrədən  və  ya  hüceyrə  qruplarından  təşkil  olub,  cansızların  isə  hüceyrəsi 

yoxdur. Canlılar qidalanır, cansızlar isə qidalanmır. Canlılar tənəffüs edir, yəni bir 

qazı  alıb,  başqa  qazı  buraxır,  onların  mübadiləsi  prosesində  enerjinin  forması 

dəyişir. Lakin cansız predmetə hansı qaz daxil olursa, həmin qaz da çıxır, heç bir 

mübadilə getmir. 

Canlılar  qıcıqlanır,  cansız  isə  heç  nəyin  təsirindən  qıcıqlanmır.  Canlıların 

sayca  çoxalması  onların  xırda  hissələrə  bölünməsindən  ibarətdir.  Lakin  canlılar 

yeni  keyfiyyətli  nəsil  verir.  Ata-ananın  övladı  onların  heç  biri  demək  deyil,  yeni 

keyfiyyətli varlıqdır. Canlıların ifrazat etmək xüsusiyyəti var, yəni ətraf mühitdən 

aldıqlarını mənimsəyir, artıq hissəni qaytarır. Bunu cansızlar edə bilmir. 



Cansız təbiət

. Maddələr mübadiləsi etməyən və yeni nəsil verə bilməyən nə 

varsa, hamısı cansız (fiziki) təbiətə aiddir. 

Materiya  maddələrdən,  maddələr  molekullardan,  onlar  isə  atomlardan 

ibarətdir.  Maddələrin  atomlarının  xassələrinin  öyrənilməsi  kainatın  çox  sirrlərini 

açmağa imkan yaratmışdır. 

Behruz Melikov

Behruz Melikov




Yüklə 0,55 Mb.

Dostları ilə paylaş:
1   2   3   4   5   6   7   8   9   ...   21




Verilənlər bazası müəlliflik hüququ ilə müdafiə olunur ©genderi.org 2024
rəhbərliyinə müraciət

    Ana səhifə